Fakültəmizin tələbələri Hüseyn Cavidə həsr olunmuş tədbirdə iştirak etdilər.

Fakültəmizin 3-cü kurs tələbələri Seyhun Rzayev və Leyla Camalzadə Hüseyn Cavidə həsr olunmuş tədbirdə iştirak etdilər. Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı , Gəncə Şəhər Tarix və Diyarşünaslıq muzeyinin ev sahibliyi ilə keçirilən tədbirə tələbələrimiz dəvət almış və yüksək səviyyədə çıxış etmişlər. Seyhun Rzayev Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında ümumi məsələlərdən danışmış, Leyla Camalzadə isə ədibin ” İblis ” faciəsinin təhlilini vermiş, İblisin monoloqunu səsləndirmişdir.