Filologiya fakültəsi Elmi Şurasının növbəti iclası

14 dekabr  2022-ci il tarixdə saat 1100 – da Filologiya fakültəsi Elmi Şurasının növbəti iclası  oldu. İclasda  2022-2023-cü tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr, tədris ilinin I yarısına aid dərs yüklərinin yerinə yetirilməsinin vəziyyəti və fakültədə keçilən açıq dərslər müzakirə olundu. Eyni zamanda Azərbaycan dili kafedrasının dosenti Gülrux Hüseynova kafedrada boş olan dosent, Günel  Məmmədova müəllim, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının  baş müəllimi Həmid Abbasov həmin kafedrada boş olan baş müəllim, Aygün Yusibova, Vüsal İsgəndərov boş olan müəllim yerinə seçildilər.