Müəllim Günay Hüseynovanın Dilçiliyə giriş fənnindən açıq dərsi

Bu gün kafedramızın müəllimi Günay Hüseynovanın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası, 1-ci kurs tələbələrinə Dilçiliyə giriş fənnindən “Dillərin inkişafı, dillərin geneoloji təsnifi” mövzusunda açıq dərsi oldu. Dərs Ümummilli Lider Heydər Əliyevin xatirəsinin yad olunması ilə başladı.

Seminarda tələbələr dil ailələrindən, dünya dillərinin geneoloji və tipoloji təsnifindən hərtərəfli məlumat verdilər, fikirlərini sual-cavab əsasında izah etdilər.