Filologiya fakültəsində “Erkən nigahın fəsadları” mövzusunda debat keçirildi

06.12.2022-ci il tarixdə 06.12.2022-ci il tarixdə Filologiya fakültəsində “Erkən nigahın fəsadları” mövzusunda debat keçirildi. Debatda erkən nigahın cəmiyyətə gətirdiyi fəsadlar, ailə-məişət problemləri, gənc qızlarımızın təhsillə bağlı ailədə üzləşdiyi problemlər və s. kimi məsələlər haqqında fikir mübadiləsi edildi. Tədbirin təşkilatçısı, Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri, fakültəmizin 3-cü kurs tələbəsi Rzayev Seyhun cəmiyyətimizdə rast gəlinən belə […]

Davamı

Azərbaycan dili kafedrasının müəllimi Samirə Quliyevanın Azərbaycan dilinin üslubiyyatı fənnindən açıq dərsi

06.12.22-ci il tarixində Azərbaycan dili kafedrasının müəllimi Samirə Quliyevanın Azərbaycan dilinin üslubiyyatı fənnindən IVkurs tələbələrinə “Xitabın üslubi xüsusiyyətləri” mövzusunda açıq dərsi oldu. Dərsdə xitabın dilimizdə yaratdığı üslubi çalarlar, işlənmə rəngarəngliyi tələbələr tərəfindən geniş izah edildi, nəzm və nəsr əsərlərindən nümunələr söylənildi, mövzuya aid slaydlar nümayiş etdirildi.

Davamı

Dos. Aidə Həsənovanın “Azərbaycan dilinin orfoqrafiyası” fənnindən açıq dərsi

30.11.2022 tarixində  dos. Aidə Həsənovanın Filologiya ixtisası, I kurslarda “Azərbaycan dilinin orfoqrafiyası” fənnindən açıq dərsi oldu . Dərsdə müəllim  orfoqrafiyanın mahiyyəti, prinsipləri ( fonetik, morfoloji, tarixi-ənənəvi) , həmçinin orfoqrafiya lüğətlərinin nəşri tarixləri, xüsusən yeni 2021-ci il tarixdə nəşr olunan orfoqrafiya lüğətindəki bəzi yeniliklər haqqında məlumat verdi.

Davamı

Azərbaycan dili kafedrasının baş müəllimi Naibə Məmmədzadənin Üslubiyyat və ritorika fənnindən açıq dərsi

Azərbaycan dili kafedrasının baş  müəllimi Naibə Məmmədzadənin  28.11.2022-ci il tarixində   Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası III kurs tələbələrinə Üslubiyyat və rotorika  fənnindən açıq dərsi oldu. Naibə Məmmədzadə Ritorikanın yaranma tarixi, bu elmin əsas nümayəndələri, Azərbaycanda natiqlik, ritorika ilə üslubiyyatın ümumi və fərqli cəhətləri və s. kimi məsələlərin geniş izahını verdi. Dərsdə tələbələrin  fəallığı yüksək […]

Davamı

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Yusibova Aygün Azadil qızının “Müsəlman şərqində ilk dünyəvi qızlar məktəbi” mövzusunda açıq dərsi

28.11.2022-ci il tarixində   Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi  Yusibova Aygün Azadil qızının  Azərbaycan dili və ədəbiyyatı müəllimliyi  ixtisası 4-cü  kurs tələbələrinə Azərbaycan maarifçilik ədəbiyyatı fənnindən “Müsəlman şərqində ilk dünyəvi qızlar məktəbi” mövzusunda   açıq dərsi oldu. Dərsdə H. Z.Tagiyevin təşəbbüsü ilə azərbaycanlı  qızların təhsilə  cəlb olunmasi üçün məktəbin yaradılmasından, burada təhsil almış qızların sonrakı fəaliyyətindən […]

Davamı

Müəllim Günel Məmmədovanın Onomastika fənnindən “Antroponimlərin növləri” mövzusunda açıq dərsi

25.11.2022-ci il tarixində Azərbaycan dili kafedrasının  müəllimi Günel Məmmədovanın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi  ixtisası 3-cü kurs tələbələrinə Onomastika fənnindən “Antroponimlərin növləri” mövzusunda açıq dərsi oldu. Açıq dərsdə Keyfiyyətin təminatı şöbəsinin əməkdaşları, Azərbaycan dili kafedrasının müdiri prof.Telman Quliyev, f.f.d. Mehriban Məmmədova, b.m.Naibə Məmmədova, f.f.d.Aytən Əhmədova, f.f.d. Mətanət Mahmudova,müəllim Ayşən Nəbiyeva,   Nurlu Qasımova, Səbinə Səlmanova və […]

Davamı

Filologiya fakültəsində “Narkomaniya sərhədsiz fəlakətdir “ adlı tədbir keçirildi

24.11.2022-ci il tarixində  GDU-nun Filologiya fakültəsində “Narkomaniya sərhədsiz fəlakətdir “ adlı tədbir keçirildi.Humanitar məsələlər üzrə prorektor dos.Gülsüm Fətəliyeva, Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov, tələbələrdənƏliyeva Günel, Məmmədova Aytac, Əliyeva Aynur, Rzayev Seyhun və başqaları çıxış edərək bildirdilər ki, narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir və bu fəlakətin qurbanlarının əksəriyyəti gənclərdir. Onlar zamanlarının və […]

Davamı

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərovun açıq dərsi

24 noyabr 2022-ci il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi  Vüsal İsgəndərovun    Azərbaycan dili və ədəbiyyatı müəllimliyi  ixtisası 2-ci kurs tələbələrinə İfadəli oxu  fənnindən “M.H.Şəhriyar.Heydərbabaya salam” mövzusunda   açıq dərsi oldu. Açıq dərsdə Keyfiyyətin təminatı şöbəsinin əməkdaşı,  fakültə dekanı dos. Zakir Ələsgərov, Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini f.f.d.Mehriban Məmmədova, Azərbaycan dili və ədəbiyyatı […]

Davamı