Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərovun açıq dərsi

24 noyabr 2022-ci il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi  Vüsal İsgəndərovun    Azərbaycan dili və ədəbiyyatı müəllimliyi  ixtisası 2-ci kurs tələbələrinə İfadəli oxu  fənnindən “M.H.Şəhriyar.Heydərbabaya salam” mövzusunda   açıq dərsi oldu. Açıq dərsdə Keyfiyyətin təminatı şöbəsinin əməkdaşı,  fakültə dekanı dos. Zakir Ələsgərov, Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini f.f.d.Mehriban Məmmədova, Azərbaycan dili və ədəbiyyatı kafefrasının  müdiri dos.Maqbet Əhmədov və başqaları  iştirak edirdilər. Dərs çox dolğun, əhatəli, faktların zənginliyi baxımından mükəmməl idi. Tələbələrin fəallığı yüksək səviyyədə idi.Açıq dərsdə   müxtəlif  slaydlardan istifadə edildi ki, bu da mövzunun mənimsənilmısinə müsbət təsir göstərdi.