Filologiya fakültəsində “Narkomaniya sərhədsiz fəlakətdir “ adlı tədbir keçirildi

24.11.2022-ci il tarixində  GDU-nun Filologiya fakültəsində “Narkomaniya sərhədsiz fəlakətdir “ adlı tədbir keçirildi.Humanitar məsələlər üzrə prorektor dos.Gülsüm Fətəliyeva, Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov, tələbələrdənƏliyeva Günel, Məmmədova Aytac, Əliyeva Aynur, Rzayev Seyhun və başqaları çıxış edərək bildirdilər ki, narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir və bu fəlakətin qurbanlarının əksəriyyəti gənclərdir. Onlar zamanlarının və sağlamlıqlarının qeydinə qalmayıb narkomaniya kimi pis vərdişlərin qurbanına çevrilirlər. Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.