Müəllim Günel Məmmədovanın Onomastika fənnindən “Antroponimlərin növləri” mövzusunda açıq dərsi

25.11.2022-ci il tarixində Azərbaycan dili kafedrasının  müəllimi Günel Məmmədovanın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi  ixtisası 3-cü kurs tələbələrinə Onomastika fənnindən “Antroponimlərin növləri” mövzusunda açıq dərsi oldu.

Açıq dərsdə Keyfiyyətin təminatı şöbəsinin əməkdaşları, Azərbaycan dili kafedrasının müdiri prof.Telman Quliyev, f.f.d. Mehriban Məmmədova, b.m.Naibə Məmmədova, f.f.d.Aytən Əhmədova, f.f.d. Mətanət Mahmudova,müəllim Ayşən Nəbiyeva,   Nurlu Qasımova, Səbinə Səlmanova və Azərbaycan dili kafedrasının digər əməkdaşları iştirak edirdilər.Seminar məşğələsi tələbələrin yüksək fəallığı ilə keçdi. Dərs prosesində müasir təlim texnologiyalarından istifadə edildi.Müəllimin müxtəlif mənbələrdən topladığı materiallar dərsin daha səmərəli keçməsinə şərait yaratdı.