Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Yusibova Aygün Azadil qızının “Müsəlman şərqində ilk dünyəvi qızlar məktəbi” mövzusunda açıq dərsi

28.11.2022-ci il tarixində   Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi  Yusibova Aygün Azadil qızının  Azərbaycan dili və ədəbiyyatı müəllimliyi  ixtisası 4-cü  kurs tələbələrinə Azərbaycan maarifçilik ədəbiyyatı fənnindən “Müsəlman şərqində ilk dünyəvi qızlar məktəbi” mövzusunda   açıq dərsi oldu. Dərsdə H. Z.Tagiyevin təşəbbüsü ilə azərbaycanlı  qızların təhsilə  cəlb olunmasi üçün məktəbin yaradılmasından, burada təhsil almış qızların sonrakı fəaliyyətindən bəhs olundu.

Tələbələr kollektiv şəkildə sual-cavabda iştirak etdilər. Mövzu ilə bağlı fərdi görüşlərini ifadə edərək  biliklərini nümayiş etdidilər. Məktəbdə fəaliyyət göstərən qadın müəllimlər haqqında da ətraflı məlumatlar verildi. Açıq dərsdə   müxtəlif  slaydlardan istifadə edildi ki, bu da mövzunun mənimsənilmısinə müsbət təsir göstərdi.