Azərbaycan dili kafedrasının baş müəllimi Naibə Məmmədzadənin Üslubiyyat və ritorika fənnindən açıq dərsi

Azərbaycan dili kafedrasının baş  müəllimi Naibə Məmmədzadənin  28.11.2022-ci il tarixində   Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası III kurs tələbələrinə Üslubiyyat və rotorika  fənnindən açıq dərsi oldu.

Naibə Məmmədzadə Ritorikanın yaranma tarixi, bu elmin əsas nümayəndələri, Azərbaycanda natiqlik, ritorika ilə üslubiyyatın ümumi və fərqli cəhətləri və s. kimi məsələlərin geniş izahını verdi. Dərsdə tələbələrin  fəallığı yüksək dərəcədə idi. Müəllim dərs prosesində müasir təlim texnologiyalarından istifafadə edərək vacib məqamları slaydlar şəklində nümayiş etdirdi  ki, bu da dərsin  səmərəli keçməsinə, mövzunun  daha yaxşı mənimsənilməsinə şərait yaratdı.