Baş müəllim f.ü.f.d. Mehriban Məmmədovanın “XX əsrin 20-90-cı illərində Azərbaycan terminologiyasının inkişafı” mövzusunda açıq dərsi
Filologiya fakültəsinin baş müəllimi f.ü.f.d. Mehriban Məmmədova Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (II kurs) ixtisasında “Azərbaycan terminologiyasının təşəkkülü və inkişafı” fənnindən açıq dərs keçdi. Açıq dərsin mövzusu “ XX əsrin 20-90-cı illərində Azərbaycan terminologiyasının inkişafı” idi. Dərsin başlanğıcında müəllim Azərbaycan terminologiyasının ilk mərhələlərini yada saldı və köhnə dərslə əlaqə yaradaraq yeni mövzunu tələbələrə izah etdi. […]