Filologiya fakültəsinin müəllim və tələbələri “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimində

Gəncə Dövlət Universitetində Azәrbaycan Yazıçılar Birliyi Әdәbiyyat  Fondunun  “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimi keçirilib. Mərasimdə Gəncə Dövlət Universitetinin  Azərbaycan və dünya ədəbiyyatı kafedrasının  müəllimi, şair Vüsal İsgəndərov, həmçinin  universtetin Filologiya fakültəsinin tələbələri “Gəncliyin səsi” ədəbi birliyinin üzvü Amin Həsənov, Təhminə Kamalsoy  və Amil İsmayılov  öz şerləri ilə çıxış ediblər.     

Davamı

Azərbaycan dili kafedrasının müəllimi Günel Məmmədovanın açıq dərsi

25.10.2024-cü il tarixdə Azərbaycan dili kafedrasının müəllimi Günel Məmmədovanın Tərcümə (ingilis) ixtisası I kurs tələbələrinə Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən “Azərbaycan dilinin üslublar sistemi. Azərbaycan ədəbi dilinin üslublarında diferensasiya və inteqrasiya” mövzusunda açıq dərsi oldu.

Davamı

Baş müəllim Fatma Saralovanın dissertasiya işinin müzakirəsi keçirildi

Azərbaycan dili kafedrasında Gəncə Dövlət Universitetinin dissertantı baş müəllim Fatma Məhəmməd qızı Saralovanın 5706.01-Azərbaycan dili ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil prosesləri” adlı dissertasiya işinin müzakirəsi keçirildi.Dissertasiya işinin müdafiəyə buraxılması məqsədəuyğun hesab edildi.

Davamı

Fililogiya fakültəsinin 22 oktyabr 2024-cü il tarixli Elmi Şurası keçirildi

22 oktyabr 2024-cü il 12.00-da Filologiya fakültəsi Elmi Şurasının iclası oldu. İclasda payız semestrində alt qrupda olan tələbələrin dərsə davamiyyəti, ixtisas kafedralarının magistr dissertasiyası mövzularının təsdiqi, monitorinq və qiymətləndirmə komissiyasının hesabatı və fakültə tədris metodiki şurasının yeni tərkibinin təsdiqi məsələləri müzakirə olundu.

Davamı

Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin sədr və müavinlərinin seçkisi keçirildi

Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin sədr və müavinlərinin seçkisi keçirildi. Fakültə üzrə bu vəzifəyə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kurs tələbəsi Məmmədzadə Səma Eldar qızının, eyni zamanda müavinlərin namizədliyi irəli sürüldü. Qərar səsə qoyuldu və yekdilliklə qəbul edildi.

Davamı

Filologiya fakültəsi üzrə TGT və THT sədrlərinin seçkisi keçirildi

Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının sədr və müavinlərinin, Tələbə Həmkarlar Təşkilatının sədr və müavinlərinin seçkisi keçirildi. Fakültə üzrə bu vəzifələrə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kurs tələbəsi İsmayılov Ömər Təhməz oğlu və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının II kurs tələbəsi Zeynalzadə Hüseyn Ələkbər oğlunun, eyni zamanda müavinlərin namizədliyi irəli sürüldü. Qərar səsə […]

Davamı

Filologiya fakültəsində 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü qeyd olundu

     2024-cü il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33 ili tamam olur. Azərbaycan xalqı artıq bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu gün Filologiya fakültəsində bu tarixi gün qeyd olundu. Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov, Filologiya fakültəsinin humanitar məsələlər üzrə dekan müavini […]

Davamı