NOVRUZ YARAŞIQDIR AZƏRBAYCANA !

Xalqımızın  ən əziz, ən doğma, ən sevimli  bayramı Novruz ! Sən necə yaraşırsan AZƏRBAYCANA!  Sən necə  yaraşırsan QARABAĞIMA , ŞUŞAMA ! Sən necə də yaraşırsan igid oğullarımızın çiyinlərində məğrur dayanan, şəhidlərimizin qanı axan VƏTƏNİMƏ ! Qoy hər gəlişin xalqımıza səadət, sevinc, ruzi-bərəkət gətirsin. Axan çaylarımız qurumasın. Qoy bu bayram anaların gözlərinə, körpələrimizin çöhrəsinə köçsün.

Gəncə Dövlət Universitetinin Filologiya fakültəsi adından xalqımızın Novruz bayramını təbrik edirik!  Bizə bütöv Azərbaycan bəxş edərək əsl  bayram sevinci yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik.  Qoy dünya durduqca Milli Ordumuzun şücaəti, Ali Baş Komandanımızın iradəsi, zəkası və şəhidlərimizin qanı bahasına alınan torpaqlarımızda Novruz şənlikləri keçirilsin. 

BAYRAMINIZ MÜBARƏK !!!