FİLOLOGİYA FAKÜLTƏSİNDƏ 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLDİ

20 Yanvar …  Xalqımız  hər il bu gün   Azərbaycanın istiqlaliyyət yolunun şəhidlik zirvəsinin başlandığı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qəhrəmanlıq səlnaməsində yeni səhifə yazan Vətənin igid oğul və qızlarımızın xatirəsini  yad edir. Qoca, cavan, uşaq – hər kəs Xiyabana gedib Şəhidlərin məzarlarını ziyarət edir, çiçək düzür,  öz ehtiramlarını bildirirlər.

GDU Filologiya fakültəsində də 20 Yanvar şəhidlərinin xatirəsi hüznlə yad edildi. Tədbirdə Humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva, f.f.d. Həmid Abbasov, dos. Qivami Qazıyev, b.m. Aygün Əhmədova çıxış etdilər . Filologiya fakültəsinin tələbələri Seyhun Rzayev, Məcnun Məmişov, Nigar Məmmədova, Ülviyyə İsgəndərova şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər söylədilər.