60 illik yubileyiniz mübarək !

Ali Baş Komandan İlham Əliyev  həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən, yeni tarix yazan böyük sərkərdə kimi tarixə düşdü. O, Azərbaycanın zəfər və qəhrəmanlıq simvoluna çevrildi!

Bu gün əziz prezidentimizin doğum günüdür.  Bu münasibətlə Gəncə Dövlət Universitetində geniş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, prof.Yusif Yusibov İlham Əliyevin rəhbərliyi dövründə  Azərbaycanın qazanığı uğurlardan, 44 günlük qələbəyə imza atan liderin daxili və xarici siyasətinin  həlledici rolundan danışdı. Digər çıxışçılar da Ali Baş Komandanın xalqımız qarşısında göstərdiyi xidmətlərİ,  yürütdüyü uzaqgörən və çevik siyasət barədə məlumat verdilər.

Xalqın 30 illik ağrısını, boynubüküklüyünü,ümidsizliyni dəmir yumruğu ilə yox edən əziz Prezidentimizə uzun ömür, sağlıq arzulayırıq.