Fakültə dekanı professor Mübariz Yusifovun mühazirəsi

20 sentyabr 2017- ci il tarixində Məhsəti Gəncəvi muzeyində Gəncə şəhərindəki rəssamlar və heykəltaraşların Mirzə Şəfi Vazeh yaradıcılığıhaqqında dəqiq, aydın obrazının yaradılması məqsədi ilə Filologiya fakültəsinin dekanı filologiya elmləri doktoru, professor Mübariz Yusifovun mühazirəsi keçirilmişdir. Mühazirədə Mirzə Şəfi Vazeh yaradıcılığı haqqında ətraflı izahat verilmiş və onun orijinal (Azərbaycan və fars dillərində olan) əsərləri haqqında geniş […]

Davamı

Fakültənin tələbə və professor-müəllim heyəti Gəncə marafonunda

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarları altında keçirilən Gəncə Marafonu-2017-yə sentyabrın 17-də Heydər Əliyev Park Kompleksindəki Zəfər Tağının önündən start verilib. Azərbaycanın qədim tarixə sahib Gəncə şəhəri “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında marafona ev sahibliyi edən ilk şəhər olub. Saat 10:00-da start götürən marafonun məsafəsi […]

Davamı

Gəncənin elmi ictimaiyyətinə ağır itki üz verib.

Gəncənin elmi ictimaiyyətinə ağır itki üz verib. Gəncə Dövlət Universitetinin alimi, filologiya üzrə fəlsəfə doktoru, “Fəxri professor” Nəzakət Usub qızı Əliyeva 2017-ci il iyulun 7-də ömrünün 71-ci ilində vəfat edib. Nəzakət Əliyeva 1946-cı il fevralın 12-də Gəncə şəhərində anadan olub. 1964-cü ildə Kirovabad (indiki Gəncə) Dövlət Pedaqoji İnstitunun Tarix-Filologiya fakültəsinə daxil olan Nəzakət Əliyeva 1968-ci […]

Davamı

Samirə Qasımovanın müzakirəsi

16 iyun 2017 ci il tarixində Azərbaycan dili kafedrasının disserantı Samirə Qasımova Firuddin qızının (ixtisas: 5714.01 – “Müqayisəli – tarixi və müqayisəli tipoloji dilçilik”) filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan və ingilis dillərində təfəkkür feilləri” mövzusunda təqdim etdiyi disertasiyanın müzakirəsi keçirilmişdir.

Davamı

FAKÜLTƏDƏ ŞİFAHİ İMTAHAN

      Universitetdə  bəzi fənlərin  xüsusiyyətləri nəzərə alınaraq imtahanları şifahi formada keçirildi.  8 iyul 2017 ci il tarixində universitetin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə I kurs tələbələrinin “İfadəli oxudan praktikum” fənnindən, Filologiya ixtisasında isə “öyrənilən əsas dil” fənnindən şifahi imtahanı keçirildi. Şifahi imtahandan tələbələrin əksəriyyəti müvəffəq qiymətlər aldılar. Məqsəd tədrisin keyfiyyətini yüksəltmək, şəffaflığı və […]

Davamı

yaz semestrinin imtahan sessiyası başladı.

Gəncə Dövlət  Universitetində (GDU) yaz semestrinin imtahan sessiyası başlayıb. Yazılı və VTS-TEST sistemi üzrə tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində olan şikayətləri araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə Apelyasiya Komissiyası,  yaradılıb. Fakültə dekanlarının, kafedra müdirlərinin və digər struktur bölmələrin həyata keçirəcəkləri vəzifələr müəyyən edilib. Sessiyanı obyektiv başa çatdırmaq üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılıb, […]

Davamı

“Molla Pənah Vaqif irsi filoloji kondeksdə”

24 may 2017-ci il tarixində Filologiya fakültəsində “Molla Pənah Vaqif irsi filoloji kondeksdə” mövzusuna həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə başlayan fakültə dekanı professor Mübariz Yusifov “Vaqif yaradıcılığının istiqamətləri” mövzusu haqqında danışmışdır. Daha sonra Nizamişünas alim, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının Professoru Xəlil Yusifli “Vaqif irsinin tədqiqi tarixi və vaqif obrazının bədii ədəbiyyatda […]

Davamı

Qəribə Xəlilovanın Açıq dərsi

18 may 2017-ci il tarixində Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 3-ci kursunda Ədəbiyyatın tədrisi metodikası fənnindən “Ədəbi əsərlərin öyrənilməsi” mövzusunda Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Qəribə Xəlilovanın açıq dərsi keçirilmişdir. Açıq dərsdə  fakültə tədris metodik şurasının sədri baş müəllim Nadir Kıbuşev, fakültənin açıq dərslərini dinləmək üçün təhkim olunmuş dosent Üzeyir Əfəndiyev, Azərbaycan […]

Davamı

“Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı”

Bakı Mühəndislik Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı” öz işinə başlayıb. “Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı”-nın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nəailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil […]

Davamı

Ismayılova Pərvanənin açıq dərsi

4 may 2017 ci il tarixində Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 3-ci kursunda Müsir Azərbaycan dili fənnindən “ Zərf ” mövzusunda  Azərbaycan dili kafedrasının baş müəllimi Ismayılova Pərvanənin açıq dərsi keçirilmişdir. Açıq dərsdə  fakültə tədris metodik şurasının sədri baş müəllim Nadir Kıbuşev, Azərbaycan dili kafedrasının müdiri professor Telman Quliyev və kafedranın digər əməkdaşları iştirak etmişlər.

Davamı