Əziz müəllimlər, peşə bayramınız mübarək!

5 oktyabr- Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

Filologiya fakültəsi adından hər bir müəllimin peşə bayramını təbrik edir, can sağlığı və uğurlar arzu edirik!