Müəllim və tələbələrimiz Sülh Günü ilə bağlı tədbirdə

Bu gün Gəncə Dövlət Universitetində Sülh Günü münasibətilə tədbir keçirildi.  Tədbirdə çıxış edən Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərovun “Azərbaycan ədəbiyyatında sülh mövzusu” adlı çıxışı maraqla dinlənildi, Filologiya fakültəsinin tələbələrindən Nigar Məmmədova “Dünyamıza   sülh   gərəkdir”, Aysu Cəfərova “Sülh bəşəriyyətin   qurtuluşudur” başlıqlı çıxışlarında  qeyd etdilər ki, bu gün müasir dünyamızda ən çox ehtiyac duyduğumuz, tez-tez səslənən kəlmələrdən biri sülhdür. Ən çox arzu etdiyimiz dəyərlərdən biri də sülhün, məhz ədalətli sülhün mövcud olmasıdır. Çünki hər bir cəmiyyətin inkişafı, habelə insan hüquqlarının  təmin olunması, ilk növbədə, məhz sülh və əmin-amanlığın bərqərar olmasından asılıdır.

Sonda tədbir iştirakçıları universitetin qarşısında sülhün rəmzi olan ağ göyərçinləri səmaya uçurdublar.