Tələbə adınız mübarək!

15 sentyabr tarixində Gəncə Dövlət Universiteti Filologiya fakültəsində I kurslarla görüş keçirildi. Tədbirdə Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov,  tədris işləri üzrə dekan müavini f.f.d.Mehriban Məmmədova, humanitar işlər üzrə dekan müavini f.f.d. Mətanət Mahmudova və tütor  Elqanə Qocayeva iştirak edirdilər. Zakir Ələsgərov tələbələri  15 Sentyabr Bilik Günü və tələbə  adı qazanmaları  münasibətilə təbrik edərək uğurlar arzuladı. Tələbələrə onların hüquq və vəzifələri, dərs prosesi, imtahan qaydaları, online dərslər, qiymətləndirmə meyarları və s. haqqında məlumat verdi, onları maraqlandıran sualları cavablandırdı.