Sülh bəşəriyyətin xilasıdır

Bu gün Gəncə Dövlət Universitetində Sülh Günü münasibətilə tədbir keçirildi.  Tədbiri giriş sözü ilə  humanitar məsələlər üzrə prorektor dos.Gülsüm Fətəliyeva açdı. Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərov , Filologiya fakültəsinin III kurs tələbəsi Leyla Camalzadə və başqaları çıxış edərək qeyd etdilər ki, bu gün müasir dünyamızda ən çox ehtiyac duyduğumuz, tez-tez səslənən kəlmələrdən […]

Davamı

Bir alim ömrü əbədiyyətə qovuşdu….

Bu gün Gəncə Dövlət Universitetinin professoru, Filologiya üzrə elmlər doktoru , Əməkdar elm xadimi, ədəbiyyatımızın  yorulmaz tədqiqatçısı dünyasını dəyişdi. Dəyərli professor 1961-ci ildən elmi fəaliyyətlə məşğul olmuşdur. Ömrü boyu Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi ilə məşğul olmuşdur. “Nizaminin lirikası” , “Şərqdə İntibah və Nizami Gəncəvi” adlı monoqrafiyaları bu tədqiqatın əsas nəticələridir. Bundan əlavə, Nizami […]

Davamı

Tələbə adınız mübarək!

Gəncə Dövlət Universitetinin  Filologiya fakültəsində I kurs tələbələri ilə görüş keçirildi. Tədbirdə Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov,  Azərbaycan dili kafedrasının müdiri prof.T.Quliyev, dekan müavinləri və tütorlar iştirak edirdi. Tədbirdə, ilk növbədə, şəhidlərimizin əziz xatirəsi yad edildi. Sonra Zakir Ələsgərov tələbələri  bu  adı qazanmaları münasibətilə təbrik edərək uğurlar arzuladı. Tələbələrə onların hüquq və vəzifələri, dərs […]

Davamı

26 İyun-Silahlı Qüvvələr Günüdür

26 iyun 1918-ci il tarixli qərarla Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atıldı. 1992-ci il oktyabrın 9-da isə silahlı qüvvələrimizin Bakıda ilk hərbi paradı keçirilib. Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının […]

Davamı

Buraxılış (diplom) işlərinin müdafiəsi başlandı

Bu gün rektorluğun 06.06.2022-ci il tarixli 3/175 saylı əmrinə əsasən 2021/2022-ci il tədris ilinin buraxılış  kurs tələbələrinin diplom işlərinin müdafiəsi başlanmışdır. Müdafiədən əvvəl fakültə dekanı dos.Zakir Ələsgərov çıxış edərək tələbələrə  Dövlət Attestasiya Komissiyasının sədr və üzvlərini təqdim etdi, tələbələrə uğurlar arzuladı. Müdafiədə iştirak edən tələbələr diplom işlərinin aktuallığı, obyekti, məqsəd və vəzifələri, elmi yeniliyi, həmçinin […]

Davamı

Narkomaniya- bəşəriyyətin ən qorxulu və təhlükəli bəlası

Bu gün GDU-nun Filologiya faklütəsində  “Narkomaniya- bəşəriyyətin ən qorxulu və təhlükəli bəlası“ adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan GDU-nun  Humanitar məsələləri üzrə prorektoru   dos. Gülsüm Fətəliyeva  Ümummilli Lider Heydər Əliyevin 26 avqust 1996-cı ildə imzaladığı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin Fərmanını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Həmçinin müasir […]

Davamı

15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın taleyini dəyişən önəmli bir tarixdir

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu gün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i […]

Davamı

Filologiya fakültəsinin növbəti Elmi Şurası

07 iyun 2022-ci il tarixdə saat 1100 – da Filologiya fakültəsi Elmi Şurasının iclası  keçirildi.  Gündəlik məsələ aşağıdakılardan ibarət idi: 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyasının gedişi; Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisaslarının IV kurslarında pedaqoji və istehsalat təcrübəsinin yekunu;  IV kurslar üzrə Buraxılış işlərinin müdafiəsi və Dövlət imtahanlarının […]

Davamı

2021-2022-ci il yaz imtahan sessiyası davam edir

Bu gün Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının I kurs tələbələri Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən (ingilis, rus, fars) test imtahanı verdilər.İmtahan prosesində  tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik,  nizam-intizam təmin olunub. İmtahan zamanı  heç bir kənar müdaxilə baş verməyib, tələbələrə biliklərini nümayiş etdirmək üçün […]

Davamı

28 May- Müstəqillik Günümüz mübarək!

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü […]

Davamı