Filologiya fakültəsinin növbəti Elmi Şurası

07 iyun 2022-ci il tarixdə saat 1100 – da Filologiya fakültəsi Elmi Şurasının iclası  keçirildi.  Gündəlik məsələ aşağıdakılardan ibarət idi: 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyasının gedişi; Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisaslarının IV kurslarında pedaqoji və istehsalat təcrübəsinin yekunu;  IV kurslar üzrə Buraxılış işlərinin müdafiəsi və Dövlət imtahanlarının təşkili; Azərbaycan dili  kafedrasında boş olan dosent  və baş müəllim yerinə seçki (dos.T.Ə. Quliyeva və b.m.N. T.Məmmədzadə); Azərbaycan və dünya ədəbiyyatı kafedrasında boş olan dosent və  baş müəllim yerinə seçki (dos.A.X. Yusifli, b.m.A.M. Əhmədova, b.m.A.M. Muşkiyeva).

Fakültənin dekanı  dos. Zakir   Ələsgərov   Şura üzvlərnə  yaz imtahan sessiyasının gedişi, IV kurslarında pedaqoji və istehsalat təcrübəsi, IV kurslar üzrə Buraxılış işlərinin müdafiəsi və Dövlət imtahanlarının təşkili məsələləri barədə məlumat verdi. Sonra adı çəkilən müəllimlərin seçkisi keçirildi. Səsvermə prosesində 13 nəfərdən yalnız biri (dos.G.Mehrəliyeva)  iştirak etmirdi. Qalan üzvlərin gizli səsverməsinə əsasən (12 nəfər leyhinə) adı çəkilən əməkdaşlar  boş olan dosent və baş müəllim yerinə seçildilər.