Sülh bəşəriyyətin xilasıdır

Bu gün Gəncə Dövlət Universitetində Sülh Günü münasibətilə tədbir keçirildi.  Tədbiri giriş sözü ilə  humanitar məsələlər üzrə prorektor dos.Gülsüm Fətəliyeva açdı. Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərov , Filologiya fakültəsinin III kurs tələbəsi Leyla Camalzadə və başqaları çıxış edərək qeyd etdilər ki, bu gün müasir dünyamızda ən çox ehtiyac duyduğumuz, tez-tez səslənən kəlmələrdən biri sülhdür. Ən çox arzu etdiyimiz dəyərlərdən biri də sülhün, məhz ədalətli sülhün mövcud olmasıdır. Çünki hər bir cəmiyyətin inkişafı, habelə insan hüquqlarının  təmin olunması, ilk növbədə, məhz sülh və əmin-amanlığın bərqərar olmasından asılıdır.

Bu gün şanlı Azərbaycan Ordusunun gücü  və Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi və qətiyyəti sayəsində ilə 30 ildən sonra  işğaldan azad olunmuş torpaqlarımızda geniş bərpa və quruculuq işləri aparılır, erməni vandalizmi nəticəsində dağıdılmış şəhər və kəndlərimiz yenidən qurulur və dirçəldilir. Azərbaycan dövləti işğaldan azad olunmuş Qarabağımızda davamlı sülhə nail olmaq üçün  səylə çalışır.