Narkomaniya- bəşəriyyətin ən qorxulu və təhlükəli bəlası

Bu gün GDU-nun Filologiya faklütəsində  “Narkomaniya- bəşəriyyətin ən qorxulu və təhlükəli bəlası“ adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan GDU-nun  Humanitar məsələləri üzrə prorektoru   dos. Gülsüm Fətəliyeva  Ümummilli Lider Heydər Əliyevin 26 avqust 1996-cı ildə imzaladığı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin Fərmanını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Həmçinin müasir dövrdə narkomaniya ilə  mübarizə ilə bağlı görülən işlərdən danışdı. O,  qeyd etdi ki, narkomaniya bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemlərindəndir. Xüsusi ilə yeniyetmə və gənclər üçün “ağ ölüm” adlandırılan bu bəlaya düçar olanlar daim mənəvi, tibbi, iqtisadi və sosial problemlər məngənəsində boğulurlar. Xüsusən  də xalqın gələcəyi olan gənclərimizin bu bəlaya düçar olması acınacaqlı haldır. Tədbirdə çıxış edən   Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi f.f.d. Həmid Abbasov bildirdi ki,  narkomaniyanın ictimai təhlükəliliyi insanların fiziki və psixi sağlamlığının ciddi şəkildə pozulmasında, onlarda ruh düşgünlüyünün, intellektual səviyyənin, ictimai fəallığın aşağı düşməsində, sosial əlaqələrin daralmasında və parçalanmasındadır. Bu isə insanın həm mənəvi həm cismən məhvinə səbəb olur. Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti   Qivami Qazıyev narkotiklərdən istifadə nəticəsində psixi xəstəliklərə düçar olan, cəmiyyətdə tüfeyli həyat sürən narkomanlar tərəfindən ictimai təhlükəli əməllərin, o cümlədən cinayət əməllərinin törədilməsi hallarına tez-tez rast gəlmək olduğunu qeyd etdi və bu bəla ilə mübarizədə hamını birlikdə mübarizə aparmalı olduğunu bildirdi.