Tələbə adınız mübarək!

Gəncə Dövlət Universitetinin  Filologiya fakültəsində I kurs tələbələri ilə görüş keçirildi. Tədbirdə Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov,  Azərbaycan dili kafedrasının müdiri prof.T.Quliyev, dekan müavinləri və tütorlar iştirak edirdi. Tədbirdə, ilk növbədə, şəhidlərimizin əziz xatirəsi yad edildi. Sonra Zakir Ələsgərov tələbələri  bu  adı qazanmaları münasibətilə təbrik edərək uğurlar arzuladı. Tələbələrə onların hüquq və vəzifələri, dərs prosesi, imtahan qaydaları, qiymətləndirmə meyarları  və s. haqqında məlumat verildi, onları maraqlandıran suallar cavablandırıldı.