Elmi tədqiqat ekskursiyası

Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin tələbələri və müəllimi Vüsal İsgəndərov TGT-nin təşkilatçılığı ilə Şəki şəhərində elmi-tədqiqat məqsədli ekskursiyada olmuşlar. Məşhur tarixi tikili Şəki Xan sarayı, dramaturq Mirzə Fətəli Axundovun və Xalq şairi Bəxtiyar Vahabzadənin ev muzeyləri ziyarət edilmiş, tələbələr tarixi və önəmli məkanlarla yaxından tanış olmuşlar.

Davamı

Akademik Həmid Araslının doğumunun 115 illiyi Mir Cəlal Paşayevin ev muzeyində anıldı.

Görkəmli ədib alim və pedaqoq Mir Cəlal Paşayevin ev muzeyində ədəbiyyatşünaslığımızın ustadı, akademik Həmid Araslını doğumunun 115-ci ilində Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Filologiya ixtisasının tələbələri, dəyərli həmkarlarımızla birgə sonsuz sayğı ilə andıq! Hər iki unudulmaz alimin əsərləri dünənimizdən bu günümüzə və gələcəyimizə əvəzsiz, ədəbi-bədii, yaradıcı körpüdür.!. Ruhları şad olsun!

Davamı

Dosent Nazəndə Sabir qızı Hacıyevanın açıq dərsi.

Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti,filologiya üzrə fəlsəfə doktoru Nazəndə Sabir qızı Hacıyevanın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kursunda “Azərbaycan ədəbiyyatı tarixi-3” “XIX əsr Azərbaycan ədəbiyyatı” fənnindən “Cənubi Azərbaycanda aşıq şeiri tərzində yazan şairlər” mövzusunda açıq dərsi. Dərs işgüzar ovqatda, tələbələrin yüksək fəallığı şəraitində keçdi. Müəllim-tələbə ünsiyyəti dərs boyunca məmnunluq […]

Davamı

GDU-nun Filologiya fakültəsində Novruz şənliyi keçirildi

GDU-nun Filologiya fakültəsində Növruzun gəlişi böyük təntənə ilə qeyd edildi. Tələbələrin bəzədikləri Novruz süfrələri göz oxşayırdı. Fakültənin tələbələrinin ifa etdikləri gözəl mahnılar, səhnəciklər böyük coşqu ilə qarşılandı. Tədbirin rəsmi hissəsində sonra bütün iştiraçılar-müəllimlər, tələbələr, qonaqlar rəqsə dəvət edildilər. Şənlik yüksək əhval-ruhiyyə ilə keçdi.

Davamı

Dos.Aidə Həsənovanın açıq dərsi

15.03.2024-cü il tarixdə kafedranın dosenti Həsənova Aidə Ədib qızının Filologiya fakültısinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının 3¹,² qruplarında Ümumi dilçilik fənnindən “Gənc qrammatiklərin dilçilik görüşləri. Moskva, Kazan dilçilik məktəbləri” mövzusunda açıq dərsi dinlənilmişdir. Müəllim XIX əsrin sonlarında yaranmış “Gənc qrammatiklər cərəyanı”, onların məqsədi, tədqiqat üsulları, proqramı və nöqsanları haqqında məlumat verdi. Sonra Moskva dilçilik […]

Davamı

29 fevral  2024-cü il tarixdə saat 1200 – da Filologiya fakültəsi Elmi Şurasının iclası  keçirilmişdir                                         G Ü N D Ə L İ K   M Ə S Ə L Ə 1. 2023-2024-cü tədris ilinin payız imtahan sessiyasının nticələri və qarşıda duran vəzifələr haqqında 2. Fakültənin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Filologiya (Azərbaycan dili və […]

Davamı

“Xocalı – Zülmətdən işığa!” adlı tədbir

Xocalı faciəsi… Bu ad bizə nələri xatırlatmır?! Bu faciə nəticəsində azğın erməni faşistləri Xocalı adlı şəhəri yer üzündən sildilər. İndiyə qədər də itgin düşənlərdən və əsirlərdən 50 nəfəri barədə heç bir məlumat yoxdur. Artıq Azərbaycan xalqının tarixinə qanla yazılmış, dünyanı dəhşətə bürüyən, Xocalı soyqırımından 31 il keçir. Bu elə bir qanlı terrordur ki, bu faciəni […]

Davamı