Dos.Aidə Həsənovanın açıq dərsi

15.03.2024-cü il tarixdə kafedranın dosenti Həsənova Aidə Ədib qızının Filologiya fakültısinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının 3¹,² qruplarında Ümumi dilçilik fənnindən “Gənc qrammatiklərin dilçilik görüşləri. Moskva, Kazan dilçilik məktəbləri” mövzusunda açıq dərsi dinlənilmişdir. Müəllim XIX əsrin sonlarında yaranmış “Gənc qrammatiklər cərəyanı”, onların məqsədi, tədqiqat üsulları, proqramı və nöqsanları haqqında məlumat verdi. Sonra Moskva dilçilik məktəbi və onun yaradıcısı olan F.F.Fortunatovun ümumdilçilik problemlərinə aid fikirlərini, Hind -Avropa dillərinin müqayisəli – tarixi istiqamətdə öyrənilməsinə dair mülahizələrini şərh etdi. Dərs zamanı müəllim Kazan dilçilik məktəbinin əsasını qoyan dilçi B. Kurtenin “fonem nəzəriyyəsi” nin yaradıcısı kimi dilçilik tarixində xidmətlərindən söhbət açdı.