Elmi tədqiqat ekskursiyası

Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin tələbələri və müəllimi Vüsal İsgəndərov TGT-nin təşkilatçılığı ilə Şəki şəhərində elmi-tədqiqat məqsədli ekskursiyada olmuşlar. Məşhur tarixi tikili Şəki Xan sarayı, dramaturq Mirzə Fətəli Axundovun və Xalq şairi Bəxtiyar Vahabzadənin ev muzeyləri ziyarət edilmiş, tələbələr tarixi və önəmli məkanlarla yaxından tanış olmuşlar.