AZƏRBAYCAN RESPUBLİKASI  ELM VƏ TƏHSİL NAZİRLİYİ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ BAKALAVRİAT TƏHSİL SƏVİYYƏSİNİN 050101­­­­­­­­­­­­­­­­­­­­­­­­­ – AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI MÜƏLLİMLİYİ İXTİSASI ÜÇÜN TƏHSİL PROQRAMI VƏ FƏNLƏR ÜZRƏ TƏLİM NƏTİCƏLƏRİ Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının 26.12.2023-cü il, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının         20.12.2023-cü il tarixli iclaslarında müzakirə edilərək bəyənilmiş və qəbul edilmişdir. GƏNCƏ – 2024 Hazırlayanlar:           […]

Davamı

BAKALAVRİAT TƏHSİL SƏVİYYƏSİNİ 050205­­­­­­­­­­­­­­­­­­­­­­­­­ – FILOLOGIYA (AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI) İXTİSASI ÜÇÜN TƏHSİL PROQRAMI VƏ FƏNLƏR ÜZRƏ TƏLİM NƏTİCƏLƏRİ Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının 26.12.2023-cü il, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının       20.12.2023-cü il tarixli iclaslarında müzakirə edilərək bəyənilmiş və qəbul edilmişdir. GƏNCƏ – 2024 Hazırlayanlar:        Telman Ziyatxan oğlu Quliyev  Gəncə Dövlət Universitetinin Azərbaycan    dili […]

Davamı

FAKÜLTƏDƏ TƏLƏBƏLƏRİN FƏNN SEÇİMİ DAVAM EDİR….

24.04. 2024 cü il tarixində Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 3 cü kurslarında 2024/ 2025 ci tədris ili üçün fənn seçimi olmuşdur. Təqdim olunan fənlərin aparıcı müəllimlər tərəfindən tələbələrlə fənlərin predmeti, məqsədi, məzmunu, tədrisin əhəmiyyəti barədə geniş məlumat verildi, tələbələrin sualları cavablandırıldı.

Davamı

Dosent f.e.d. Yadigar Əliyevin açıq dərsi

Azərbaycan dili kafedrasının dosenti  f.e.d. Yadigar Əliyev  Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I kurs tələbələrinə Müasir  Azərbaycan dili-1 (Fonetika) fənnindən  “Azərbaycan dilində fonetik hadisələr” mövzusunda açıq dərs keçdi. Müəllimin dərs prosesində istifadə etdiyi slaydlar, dil materialları,  faktlar mövzunun mənimsənilməsinə müsbət təsir göstərdi.

Davamı

Müəllim Afət Həsənovanın açıq dərsi

Müəllim Afət Həsənovanın Filologiya fakültəsi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası I kurs tələbələrinə “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnindən  “Azərbaycan dilində işgüzar yazışmalarda rəsmi kargüzarlıq üslubu: hesabat, teleqram, xəbərdarlıq” mövzusunda açıq dərs keçdi. Müəllimin dərs prosesində istifadə etdiyi slaydlar, dil materialları,  faktlar mövzunun mənimsənilməsinə müsbət təsir göstərdi.

Davamı

Baş müəllim Naibə Məmmədzadənin açıq dərsi

Azərbaycan dili kafedrasının baş müəllimi  Naibə Məmmədzadə Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının III kursunda “Linqvistik tipologiya” fənnindən “Fonetik söz yaradıcılığı” mövzusunda  açıq dərs keçdi.Dərsin başlanğıcında müəllim mövzu haqqında məlumat verdi, fonetik söz yaradıcılığının yollarını, xüsusiyyətlərini izah etdi. Dərs prosesində nümayiş etdirilən slaydlar dərsin daha səmərəli keçməsinə şərait yaratdı.

Davamı

Elmi tədqiqat ekskursiyası

Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin tələbələri və müəllimi Vüsal İsgəndərov TGT-nin təşkilatçılığı ilə Şəki şəhərində elmi-tədqiqat məqsədli ekskursiyada olmuşlar. Məşhur tarixi tikili Şəki Xan sarayı, dramaturq Mirzə Fətəli Axundovun və Xalq şairi Bəxtiyar Vahabzadənin ev muzeyləri ziyarət edilmiş, tələbələr tarixi və önəmli məkanlarla yaxından tanış olmuşlar.

Davamı