AZƏRBAYCAN RESPUBLİKASI
ELM VƏ TƏHSİL NAZİRLİYİ
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ
BAKALAVRİAT TƏHSİL SƏVİYYƏSİNİN
050101 – AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI MÜƏLLİMLİYİ
İXTİSASI ÜÇÜN
TƏHSİL PROQRAMI VƏ FƏNLƏR ÜZRƏ
TƏLİM NƏTİCƏLƏRİ
Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının 26.12.2023-cü il, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının 20.12.2023-cü il tarixli iclaslarında müzakirə edilərək bəyənilmiş və qəbul edilmişdir.
GƏNCƏ – 2024
Hazırlayanlar: Telman Ziyatxan oğlu Quliyev
Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
Səba Azad qızı Namazova
Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
GİRİŞ
Təlim nəticələri anlayışı tələbəyə yönəlmiş ali təhsil sisteminin başlıca konseptual əsasını formalaşdırır. Təlim nəticələri təhsil prosesini tamamladıqdan sonra tələbənin nəyi bilməli, anlamalı və ya nümayiş etdirə bilməli olduğuna dair ifadələrdir.
Gözlənilən təlim nəticələri hər kurs və proqram üzrə tədris başlamazdan əvvəl yazılmalı və tədris prosesi zamanı professor-müəllim heyətinin üzvü və tələbə arasında dialoq vasitəsilə inkişaf etdirilməlidir.
Təlim nəticələrindən istifadə kvalifikasiyaların qiymətləndirilməsində iştirak edən müəssisələrə, işəgötürənlərə və digərlərinə kvalifikasiyaları daha aydın anlamağa yardım etmək üçün kvalifikasiyaların təsvirində istifadə edilən ortaq dildir.
Proqram və fənlərin təsvirində təlim nəticələrindən istifadə proqramın, yaxud modulun sonunda tələbələrdən nə gözlənildiyini onlara daha aydın şəkildə çatdırır. Təlim nəticələrinin üstünlüklərindən biri ondan ibarətdir ki, tələbələrdən nəyə nail olmaq tələb olunduğu və nailiyyətlərini necə nümayiş etdirmək lazım olduğu aydın surətdə göstərilir.
Metodik tövsiyədə 050101-“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üçün təhsil proqramı üzrə təlim nəticələri, fənlər üzrə təlim nəticələri, eləcə də tədris olunan fənlərin və təhsil proqramının təlim nəticələrinin matrisi verilmişdir.
Təlim nəticələrinin kvalifikasiyaların qiymətləndirilməsində iştirak edən maraqlı tərəflərə daha aydın və anlaşıqlı olması üçün mütəmadi olaraq ayrı-ayrı fənlərin təlim nəticələri kafedrada yaradılmış komissiya tərəfindən ekspertiza edilir.
Əlavə 1
050101 – AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI MÜƏLLİMLİYİ İXTİSASI
TƏHSİL PROQRAMI VƏ FƏNLƏR ÜZRƏ
TƏLİM NƏTİCƏLƏRİ
TƏHSİL PROQRAMININ TƏLİM NƏTİCƏLƏRİ (PTN)
PTN 1. Yüksək yaradıcı və tənqidi təfəkkürə, vətənpərvərliyə, geniş erudisiyaya, sosial-siyasi məsuliyyətə, yazılı və şifahi nitq vərdişlərinə yiyələnir, bir neçə xarici dildən sərbəst istifadə etməyi bacarır.
PTN 2. Empirik və analitik tədqiqat vərdişlərini inkişaf etdirmək; müqayisə, qarşılaşdırma, analiz və sintez kimi elmi-akademik bacarıqlar formalaşdırmaq; sahə işi, məlumatın toplanması, emalı və sistemləşdirilməsi vərdişlərini əldə etmək
PTN 3. Dilin müxtəlif funksional üslublarını müvafiq situasiyalarda uğurla tətbiq edə bilmək; dil vərdişlərini praqmatik-kommunikativ, mədəniyyətlərarası ünsiyyət, sosiolinqvistik kompetensiya baxımından istifadə edə bilmək; bütün bunların əsasında konkret dil materialını və mətnin qurulması xüsusiyyətlərini təhlil edə bilmək
PTN 4. Dilin tarixi inkişaf mərhələlərini əks etdirən mətnləri ayırd etmək; ədəbi qaynaqlarda müvafiq dövrü əks etdirən dil xüsusiyyətlərini anlamaq və təhlil edə bilmək
PTN 5. Dilin sistemini, strukturunu, mahiyyətini, funksiyalarını, eləcə də dil vahidlərinin özəlliklərini anlamaq; bunların elmi izahını verə bilmək; bunları mətn daxilində ayırd etmək və təhlil etmək
PTN 6. Ayrı-ayrı dilçilik məktəbləri/cərəyanları və onların məşğul olduqları problemlər haqqında müfəssəl bilik əldə etmək; bu məktəbləri/cərəyanları qarşılaşdırmalı şəkildə təhlil edə bilmək; dilin sisteminİn/strukturunun tədqiqatı baxımından bu məktəblərin/cərəyanların tənqidi təhlilini vermək; dillə bağlı müasir dövrdə hansı araşdırma istiqamətlərinin (və nə üçün) prioritet təşkil etməli olduğu haqda şəxsi mülahizə yürüdə bilmək
PTN 7. Bədii formaları, janrları, ədəbi-bədii üslubları anlamaq, mətn daxilində ayırd etmək və ədəbi əsərləri bu aspektlər baxımından təhlil etmək
PTN 8. Bədii təsvir və ifadə vasitələrini mənimsəmək, ayırd edə bilmək və yazılı və şifahi nitq prosesində – lazım gəldiyində və ya verilən tapşırığın bir hissəsi kimi tətbiq edə bilmək
PTN 9. Ədəbi mətni oxuyub təhlil etmək və bədii əsərdə qoyulmuş problemi müəyyən edib bu haqda sərbəst mülahizə yürütmək
PTN 10. Müasir ədəbi prosesləri anlamaq və bu proseslərin müasir dövrün müxtəlif tendensiyalarını, problemlərini, prioritetlərini və s. nə cür əks etdirdiyi haqda mülahizələr irəli sürmək
PTN 11. İxtisas dilinin əsas dil olduğu ölkə(lər)in /region(lar)ın tarxi, coğrafi, siyasi, mədəni, etnoqrafik və sosial xüsusiyyətləri ilə bağlı təməl iliklərə sahib olmaq
FƏNLƏR ÜZRƏ TƏLİM NƏTİCƏLƏRİ (FTN)
AZƏRBAYCAN TARİXİ
FTN 1. Azərbaycanın dünyanın ən qədim yaşayış məskənlərindən, ilk sivilizasiya məkanlarından biri olmasını müəyyən etməyi bacarır.
FTN 2. Azərbaycanın müxtəlif dövrlərdə dövlətçiliyinin təşəkkülü şəraitini, siyasi, beynəlxalq amilləri təhlil etməyi bacarır.
FTN 3. Azərbaycanda milli dövlətin təşəkkülü, formalaşmasında ideoloji, iqtisadi və mədəni amillərin rolunu təhlil etməyi bacarır; azərbaycançılıq ideologoyasını dərk edir.
FTN 4. Müxtəlif dövrlərdə Azərbaycan dövlətçiliyinin zəifləməsinə təsir göstərmiş xarici və daxili amilləri təhlil etməyi və ümumiləşdirməyi bacarır.
FTN 5. Azərbaycan dövlətinin müasir dünyada yeri və rolunu sistemli şəkildə öyrənir.
FTN 6. Müasir mərhələdə Azərbaycan dövlətçiliyinin güclənməsini şərtləndirən amilləri, şəxsiyyətin rolunu təhlil və müəyyən etməyi bacarır
FTN 7. Azərbaycan Respublikası təməl prinsiplərinin möhkəmləndirilməsində tarixi bilik və bacarıqlardan istifadə etmək qabiliyyətləri var.
AZƏRBAYCAN DİLİNDƏ İŞGÜZAR VƏ AKADEMİK KOMMUNİKASİYA
FTN 1. Müasir qloballaşma şəraitində ana dilinə göstərilən dövlət qayğısı sayəsində işgüzar və akademik kommunikasiyanın formalaşması, “İşgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələrini bilir. Dövlət dili haqqında fərman və sərəncamlar, “Ulu öndər Heydər Əliyev və Azərbaycan dili” mövzusunda təqdimatlar hazırlayır;
FTN 2. Nitq mədəniyyəti və mədəni nitq anlayışını fərqləndirir. Nitq mədəniyyətinin üslubları və Azərbaycan ədəbi dilinin normalarının kommunikativlikdəki rolunu bilir. Azərbaycan dilində kommunikativliyin sabit və sərbəst norma prinsiplərini müasir tələblər səviyyəsində qurmağı öyrənir.
FTN 3. Azərbaycan ədəbi dilinin üslublar sistemi və üslublarda diferensasiya və inteqrasiya məsələlərini mənimsəyir.
FTN 4. Kommunikasiya etikasını mənimsəyir. Yazılı və şifahi etiketlərindən düzgün istifadə edir. Dinləmə və diqqət, dinləmə formaları, dinləmə bacarıqlarını təkmilləşdirir.
FTN 5. İşgüzar ritorika haqqında nəzəri və praktik çalışmalara sahib olur.
FTN 6. Bədən dili, jest, mimika və geyim tələblərinin kommunikasiyada əsas vasitə olmasını mənimsəyir.
FTN 7. Azərbaycan dilində təqdimat etmə bacarığına yiyələnir. İnformasiya cəmiyyəti və müasir dilçilik, internetdə Azərbaycan dili kontentləri barədə tam məlumatlanır.
XARİCİ DİLDƏ İŞGÜZAR VƏ AKADEMİK
KOMMUNİKASİYA-1(fars dili)
FTN 1. Cəmiyyətin müxtəlif sahələrinə(məsələn, şəxsi vəailəməlumatları, alış-veriş, yerlicoğrafiya, məşğulluq və s.) aid cümlələri və tez-tez istifadə olunan ifadələri təsvir edir;
FTN 2. Gündəlik işlərdə, məişətdəsadəünsiyyəti təmin edən təməl cümlələrləünsiyyətprosesini təşkil edir;
FTN 3. Danışıq zamanı müxtəlif mövzularda xarici dildəsəmərəli ünsiyyət qurmaq üçünməlumatlardan istifadə edir;
FTN 4. Gündəlik və peşəhəyatlarında qarşılaşa biləcəkləri fərqli kontekstlərdə şifahi şəkildəünsiyyət qurur;
FTN 5. Işgüzar və akademik yazının xüsusiyyətlərinə uyğun olaraq, fərqli kontekstlərdəolanmətnləri sintez edir;
FTN 6. Akademik və işgüzar nitqinməzmununa və quruluşuna uyğun xarici dildəünsiyyətəlaqələrini inkişaf etdirir.
XARİCİ DİLDƏ İŞGÜZAR VƏ AKADEMİK
KOMMUNİKASİYA-2 (fars dili)
FTN 1. Gündəlik həyatda sadə cümlələrdən istifadə etməklə ünsiyyət qurur.
FTN 2. Müxtəlif işgüzar vəziyyətlərdə ünsiyyət qurur.
FTN 3. Gündəlik və peşə həyatlarında qarşılaşa biləcəkləri fərqli kontekstlərdə şifahi şəkildə ünsiyyət yaratmağı bacarır.
FTN 4. İşgüzar və akademik yazının xüsusiyyətlərini bilmək, fərqli kontekstlərdə mətnlər hazırlayır.
FTN 5. Akademik və işgüzar nitqin məzmununu və quruluşunu bilərək, ünsiyyət əlaqələrində istifadə edir.
FTN 6. fars dilində kiçik paraqrafları, dialoq və mətnləri oxuyub anlamaq, müxtəlif kontekstlər üzrə yazılı və şifahi ifadə bacarıqlarına yiyələnir.
XARİCİ DİLDƏ İŞGÜZAR VƏ AKADEMİK
KOMMUNİKASİYA-1(ingilis dili)
FTN 1. Gündəlik həyatda sadə cümlələrdən istifadə etməklə ünsiyyət qurur.
FTN 2. Müxtəlif işgüzar vəziyyətlərdə ünsiyyət qurur.
FTN 3. Gündəlik və peşə həyatlarında qarşılaşa biləcəkləri fərqli kontekstlərdə şifahi şəkildə ünsiyyət yaratmağı bacarır.
FTN 4. İşgüzar və akademik yazının xüsusiyyətlərini bilmək, fərqli kontekstlərdə mətnlər hazırlayır.
FTN 5. Akademik və işgüzar nitqin məzmununu və quruluşunu bilmək, ünsiyyət əlaqələrində istifadə edir.
FTN 6. İngilis dilində kiçik paraqrafları, dialoq və mətnləri oxuyub anlamaq, müxtəlif kontekstlər üzrə yazılı və şifahi ifadə bacarıqlarına yiyələnir.
XARİCİ DİLDƏ İŞGÜZAR VƏ AKADEMİK
KOMMUNİKASİYA-2
(ingilis dili)
FTN 1. Gündəlik həyatda sadə cümlələrdən istifadə etməklə ünsiyyət qurur.
FTN 2. Müxtəlif işgüzar vəziyyətlərdə ünsiyyət qurur.
FTN 3. Gündəlik və peşə həyatlarında qarşılaşa biləcəkləri fərqli kontekstlərdə şifahi şəkildə ünsiyyət yaratmağı bacarır.
FTN 4. İşgüzar və akademik yazının xüsusiyyətlərini bilmək, fərqli kontekstlərdə mətnlər hazırlayır.
FTN 5. Akademik və işgüzar nitqin məzmununu və quruluşunu bilmək, ünsiyyət əlaqələrində istifadə edir.
FTN 6. İngilis dilində kiçik paraqrafları, dialoq və mətnləri
oxuyub anlamaq, müxtəlif kontekstlər üzrə yazılı və şifahi ifadə bacarıqlarına
yiyələnir.
XARİCİ DİLDƏ İŞGÜZAR VƏ AKADEMİK
KOMMUNİKASİYA-1 (rus dili)
FTN1.Fənnin məqsəd, hədəf və
strategiyalarını anlayır. Öyrənilən mətnləri intonasiya, vurğu, orfoepik
normalar aspektlərindən düzgün və ifadəli oxuyur, onların məzmunlarıni şifahi
formada təsvir edir, Azərbaycan dillinə
tərcümə edir, rus dilində tanış olur, özünü təqdim edir və tərcümeyi halını müstəqil
formada yazır.
FTN 2. Mətnlərə dair müxtəlif
formada suallar qurur və bu sualları cavablandırır.
FTN3. Öyrənilən mətnlərdə yeni
leksikaya daxil olan sözləri tərcümə edir, sinonim, antonimləri tanıyir,
onlarla müxtəlif söz birləşmələri və
cümlələr qurur, öz nitqində istifadə edir.
FTN 4. Ticarət mərkəzində”
“Mağazalarda”, “Həkimin qəbulunda”,”Poliklinikada
“İlin fəsilləri” “Universitetlər və muzeylər mövzularına dair
dialoqlar qurur və tamamlanmamış dialoqları sadə cümlə konstruksiyaları ilə
tamamlayır
FTN 5. “Morfologiya” və
“Sintaksis” bölmələrinə dair qrammatik fraqmentlərin
yeni anlayışlarını açıqlayır, onlara dair qrammatik çalışma və tapşırıqları
yerinə yetirir, praktik olaraq nümayiş etdirir.
FTN 6. Öyrənilən mətnlərə dair qısa
məlumat verir.
XARICI DILDƏ IŞGÜZAR VƏ AKADEMIK KOMMUNIKASIYA-2
(rus dili)
FTN1.Fənnin məqsəd, hədəf və
strategiyalarını anlayır. Öyrənilən hekayələri intonasiya, vurğu, orfoepik
normalar aspektlərindən düzgün və ifadəli oxuyur, onlarınməzmunlarını,
Azərbaycan dilinə tərcümə edir.
FTN 2. Hekayələrə dair müxtəlif
formada suallar qurur və bu suallan cavablandınır, qısa məzmununu təsvir edir.
FTN 3.Yeni leksikaya daxil olan
sözləri tərcümə edir, sinonim, antonimləri
tanıyır, onlarla müxtəlif sadə və mürəkkəb cümlələr qurur, öz nitqində istifadə
edir.
FTN 4.Oxuduğu hekayələrə dair öz
fikrini bildirir.
FTN 5. Hekayələrdə olan obraz ve
personajları müqayisə edərək təhlil edir və
öz münasibətini açıqlayır..
FTN 6. Öyrənilən mövzulara aid esse
yazır və öz fikirlərinin bildirir.
FTN 7.Azərbaycan yazıcıları və şailəri haqqda rus dilində biliklərini təkminləşdirirlər.
S/f. FƏLSƏFƏ
FTN 1. Fəlsəfə nəzəri dünya görüşünü bilir.
FTN 2. Fəlsəfə dünyagörüşün dünyaya və orada insanın yerinə dair, insanin gerçəkliyə,
təfəkkürün varlığa münasibətinə dair ən ümumi nəzəri baxışlar sistemini bilir.
FTN 3.Fəlsəfi dünyagörüşü idealist və ya materialist meyilli olmasından asılı
olmayaraq həmişə insana, onun dünyaya münasibətini bilir.
FTN 4. Müstəqillik yolunda inamla irəliləyən Azərbaycanda milli ideologiyanın
formalaşmasının qanunauyğunluqlarını öyrənir.
FTN 5.Fəlsəfə nəzəri dünyagörüşü olmaqla bəşəriyyətin, varlığın gerçəkliyə
təfəkkürün varlığa münasibətinə dair fikirləri tələbələrə düzgün çatdıra bilir.
FTN 6.Fəlsəfi dünya görüş materialist və idealist meyilli olmasından asılı olmayaraq
hər zaman insana onun dünyaya münasibətini əsaslandığını, elmlənən gənclər
öyrənir.
S/f. SOSİOLOGİYA
FTN 1. Sosiologiya və onun əhəmiyyətini, predmet və funksiyalarını dərk edir, cəmiyyət və onun strukturunu bilir
FTN 2. Sosial ərazi birlikləri və sosial strukturun mahiyyətini müqayisə etməyi bacarır
FTN 3. Sosial qanunları və sosial mobilliyi müqayisə edir, sosial etnik münasibətləri təhlil etməyi bacarır
FTN 4. Sosial institutlar və təşkilatların fəaliyyətini təhlil edir, sosial nəzarətin metodlarından istifadəni bacarır
FTN 5. Siyasətin, idarəetmənin, ictimai rəyin və hüququn sosiologiyasının müqayisəli təhlili ilə bağlı auditoriya qarşısında təqdimat etməyi bacarır
S/f. AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYASI VƏ HÜQUQUN ƏSASLARI
FTN 1. Hüququn anlayışı, nəzəriyyələri, onun obyektləri və subyektləri, norma və prinsipləri, mənbələri və s. haqqında lakonik, lakin dolğun məlumat və biliklərin əldə edilməsini bacarır
FTN 2. Dövlətin anlayışı və onun mənşəyi haqqında nəzəriyyələr, dövlətlərin təsnifatı və konstitusiya haqqında məlumat və bilikləri mənimsəyir.
FTN 3.Hüquqda insan və vətəndaş anlayışları, insan hüquqlarının anlayışı və təsnifatı, vətəndaşlıq məsələləri ilə əlaqədar bilikləri bilir;
FTN 4. Azərbaycan Respublikasında dövlət hakimiyyəti və idarəçilik sisteminin, habelə yerli özünüidarəetmənin və vətəndaş cəmiyyətinin mahiyyətinin bilir
FTN 5. Mülkiyyət, mülki hüquq, mülki müqavilə, habelə onlarla əlaqəli hüquqi anlayış və qavramların, müvafiq qanunvericilikdə əksini tapmış norma və prinsiplərini bacarır;
FTN 6. Ailə qavramının hüquqi-sosioloji əsaslarının araşdırılması, ailə qanunvericiliyinin təməl normalarının öyrənilməsini bilir
FTN 7. Müasir əmək bazarının araşdırılması qabiliyyətlərinin mənimsənilməsi.Əmək müqaviləsi, əmək hüquqları, əməyin mühafizəsi və s. fundamental hüquqi məsələlərin təhlili və araşdırılması bacarır.
FTN 8. Cinayət və cəza anlayışları, habelə cinayət qanunvericiliyinin təməl norma və prinsipləri haqqında məlumat və biliklərin əldə edilməsini bilir
FTN 9.İnzibati hüquq pozuntusu, inzibati məsuliyyət və s. anlayışların ətraflı öyrənilməsi, habelə hüquqların inzibati qaydada müdafiəsi məsələlərinin araşdırlmasını bacarır
S/f. MƏNTİQ
FTN 1. Fənnin tədrisi nəticəsində tələbə təfəkkürünün qanunauyğunluqlarını bilir.
FTN 2. Bu qanunauyğunluqların öyrənilməsi sayəsində mülahizə prosesində fikri düzgün qurmağı bacarır.
FTN 3. Məntiq elminin qanunauyğunluqlara istinad edərək öyrənilməsi onlardan şüurlu surətdə istifadə olunmasına və mülahizələrin təhlil edilməsini bacarır.
FTN 4. Məntiq mülahizələrin düzgün və yaxud səhv olduğunu müəyyən edərək həqiqəti yanlışlıqdan ayırmağı bilir.
FTN 5. Təfəkkürün qanunauyğunluqlarının öyrənilməsi, onlardan mülahizə prosesində şüurlu surətdə istifadə edilməsini bacarır
FTN 6. Daha ardıcıllıqla, qeyri-ziddiyyətli, sübutlu düşüncə səriştəsini yaratmaqla həm özünün, həm də özgənin fikirlərinə qarşı tənqidi münasibət qaydalarını bilir.
S/f. ETİKA
FTN 1. Əsas əxlaqi anlayışlar kimi çıxış edən xeyir və şərin mahiyyətini dərk edərək, sosialhəyatda üzləşdiyi situasiyaları xeyir və şər prizmasında təsvir edir;
FTN 2. İstər qədim vəortaəsrlər tarixində, istərsədəmüasir dövrdə geniş yayılmış incəsənətnövlərinin mahiyyətini dərk edir;
FTN 3. Sosial-əxlaqi fəzilətlərin mahiyyətini,əməksevərlik, vətənpərvərlik kimi formalarıncəmiyyət həyatında rolunu izah edir;
FTN 4. Estetikanın vəbəşəriyyətin estetik zövqünün formalaşma tarixindəxüsusiəhəmiyyətkəsb edən estetik konsepsiyaların mahiyyətini və onara tənqidi münasibəti təhlil edir;
FTN 5. Əsas estetik kateqoriyalar kimi çıxış edən gözəllik vəeybəcərlik, ülvilik vərəzillik,faciəvilik və komiklik kimi anlayışların məzmununu öyrənərək onlarda estetik tərbiyə və estetik zövq formalaşdırır;
FTN 6. Azadlıq,
məsuliyyət, vicdan, borc, ləyaqət və qürur kimi anlayışların məzmunuçərçivəsində
insan davranışını dəyərləndirir.
S/f. İNFORMASİYA TEXNOLOGİYALARI İNFORMASİYANIN İDARƏ EDİLMƏSİ
FTN 1. İnformasiya texnologiyaları və sistemləri.Verilənlər bazasının idarəetmə sistemləri
FTN 2. Access proqramı.Access-də cədvəllərlə iş
FTN 3.Böyük verilənlərin analitikası. Big Data.Bulud texnologiyaları. Bulud xidmətləri
FTN 4.İnternet. İnternet protokollaı. OSİ modeli.
FTN 5.HTML ilə tanışlıq. Bu dildən istifadə edərək veb səhifələrdə rənglərdən istifadə, siyahıların, hiperistinadların, səhifələrin cədvəllərin yaradılması.
FTN 6. CSS-in HTML sənədə daxil edilməsi vərdişlərini əldə etmək
S/f. POLİTOLOGİYA
FTN 1. Siyasət, demokratiya, siyasi təsisatlar, siyasi proseslər, siyasi hakimiyyət, siyasi sistem, siyasi rejim, seçki sistemi, azadlıq və s. kimi siyasi anlayışların tələbələr tərəfindən mənimsənilməsinə və onlarda siyasi dünyagörüşünün formalaşmasını bacarır.
FTN 2. Beynəlxalq münasibətlərin və eləcə də Azərbaycandakı siyasi proseslərin mahiyyəti haqqında bilikləri bilir.
FTN 3. Nəzəri və tətbiqi bilikləri bir-birindən ayırmağı bacarır, onların siyasi qərarların qəbul edilməsindəki rolunu bilir.
FTN 4. Siyasi tədqiqatlar aparmaq, eləcə də tənqidi və müqayisəli təhlildən istifadə etmək bacarığını bilir.
FTN 5. Siyasi prosesləri modelləşdirmək və proqnozlaşdırmağı bacarır.
FTN 6. İnsan və vətəndaş hüquq və azadlıqlarını dərk etmək və onları ictimai həyatın müxtəlif sahələrində istifadə etməyi bacarır.
FTN 7. Dinləmək, öz rəyini müdafiə etmək və diskussiya aparmaq bacarığı, eyni zamanda müxtəlif siyasi problemlərin müstəqil həll edilməsi təcrübəsini bilir.
FTN 8. Başqaları ilə əməli münasibətlər qurmaq , nümayəndəli siyasi təsisatlar vasitəsilə fərdi və qrup maraqlarını reallaşdırmağı bacarır.
S/f. MƏDƏNİYYƏTŞÜNASLIQ
FTN 1. Mədəniyyətin əvvəlki nəsillərin yaradaraq gələcəyə ötürdüyü, bizim həyatımızın əsaslarını müəyyən edən sosial təcrübə və mənəvi irs olduğunu müəyyən edir;
FTN 2. Mədəniyyət haqda mövcud nəzəriyyələri şərh edir;
FTN 3. Mədəniyyətin sənət (incəsənət), əxlaq, qanunlar, adətlər, həmçinin sosial varlıq kimi insanın yaratdığı qabiliyyətlər və bacarıqlar kompleksi olması məsələsinə aydınlıq gətirir;
FTN 4. Estetik mədəniyyətin insan həyatındakı rolunu müəyyənləşdirir;
FTN 5. Azərbaycan ədəbi-mədəni mühitinin inkişaf dövrlərini aydınlaşdırır;
FTN 6. Gender haqqında fikirləri ümumiləşdirir;
FTN 7. Multikulturalizm dəyərlərinin və dinin mədəniyyətlə qarşılıqlı əlaqəsinin şərhini verir.
PEDAQOGİKA
FTN 1. Cəmiyyətdəmüəllimlik peşəsinin sosialəhəmiyyətini dərk edir;
FTN 2. Təlim, tərbiyəvə sosiallaşma prosesinin nüfuz etdiyi müxtəlif kontekstləri (sosial,mədəni, milli) izah edir;
FTN 3. Peşəvəzifələrini yerinəyetirmək üçün pedaqoji vəpsi-xoloji diaqnostik metodlardanistifadə edir;
FTN 4. Pedaqoji prosesin təşkilindəmüasir texnologiyalardan istifadəetməklədərsinstrukturunu qurur;
FTN 5. Müasir təhsil konsepsiyalarını sistemli şəkildətəhlil edir;
FTN 6. Pedaqoji fəaliyyətin subyektləri ilə əməkdaşlıq müna-sibətləri qurur;
FTN 7. Pedaqoji cəhətdən məqsədyönlü, psixoloji cəhətdən təhlükəsiz təhsil mühiti yaradır;
FTN 8. Təhsilalanların sinifdənkənar fəaliyyətini təşkil edir;
FTN 9. Müasir təhsilquruculuğunda vəməktəb sistemində keçmişin mütərəqqi irsindən,pedaqoq və mütəfəkkirlərin bu günü-müz üçün dəyərli ideyalarından müqayisəli şəkildə istifadə edir.
PSİXOLOGİYA
FTN1. Ümumi psixologiyanın mahiyyətini, psixi hadisələr, onların qanunauyğunluqlarını, inkişaf tarixi ilə bağlı məsələləri, metodoloji prinsipləri, tədqiqat metodları, nəzəriyyələr, psixika və şüur, onların müqayisəsi və şərhi barədə mənimsədiyi bilikləri şərh edir.
FTN2. Psixoloji konteksdə şəxsiyyətin formalaşması, onun inkişafının qanunauyğunluqları, inkişafın amilləri, hərəkətverici qüvvələri, şəxsiyyətin fəaliyyət və ünsiyyət prosesində formalaşması, qrup və kollektivdə şəxsiyyətlərarası münasibətləri təhlil edir və mənimsəyir.
FTN3. Psixi prosesləri sistemli şəkildə mənimsəməklə, hissi idrakın bilavasitə inikası haqqında bilikləri mənimsəyir, bu proseslərin inkişafının zəruriliyini və onların insanın həyatında nə kimi rol oynadığını müəyyənləşdirir.
FTN4. İdrak proseslərinin inkişaf xüsusiyyətlərindən, ali psixi fuksyalar kimi anlayışlarından istifadə etmək imkanı əldə edir.
FTN5. Fəaliyyət və ünsiyyət prosesində idrak imkanlarının inkişafının iradi- emosional proseslərlə qarşılıqlı əlaqəsini, onların təzahür xüsusiyyətlərini müəyyən etməyə nail olur.
FTN6. İnsanların temperament tiplərini, xarakter əlamətlərini, qabiliyyətlərini müqayisə edir, rəftar və davranış prosesində, təhsildə, əmək fəaliyyətində onların nə kimi rol oynadığını müəyyən edir.
FTN7. Psixi inkişafın yaş dövrləri, yaş böhranları, yaş dövrlərinin spesifik xüsusiyyətləri, aparıcı fəaliyyət sahələri, şəxsiyyət kimi inkişafı və formalaşması haqqında məlumat alır.
FTN8. Hər bir yaş dövrünün inkişafında baş verən özünəməxsus yenilikləri, meydana gələn problemləri, onların həlli yollarını müqayisə edir, bu sahədə nəzəri və praktik bilikləri əldə edir.
FTN9. Pedaqoji psixologiyanın mahiyyəti, əsas bölmələri, inkişaf tarixi, təlim, tərbiyə və pedaqoji fəaliyyətin aspektlərini şərh etməyi bacarır.
FTN10. Təhsil sistemində müəllimin pedaqoji qabiliyyətləri, bacarıq və funksyaları, müəllim şəxsiyyətinin psixoloji keyfiyyətləri, pedaqoji prosesdə mövqeyi və ünsiyyəti haqqında biliklər əldə edir.
TƏHSİLDƏ İKT
FTN 1. İnformasiya və informatika anlayışlarının elmi əsaslarına yiyələnib. İnformasiya proseslərinin həyata keçirilməsində istifadə olunan üsul və vasitələri, ölçü vahidləri haqqında geniş məlumata malikdir. Məlumatın daxil edilməsinə, toplanmasına, emalına, ötürülməsinə diqqət yetirir.
FTN 2. Dünyada və Azərbaycanda İKT sferasında mövcud olan vəziyyət və inkşaf perspektivləri haqqında məlumatlara yiyələnib.
FTN 3. Təhsildə və etəhsildə istifadə olunan elektron vasitələrdən, dərsliklər və internet resurslardan istifadə etmə imkanlarına malikdir.
FTN 4. Təhsildə istifadə olunan İKT avadanlıqlarını təlim prosesində tətbiq edir, multimediya proqramlarından istifadə edir.
FTN 5. Məsafəli təhsil və distant təhsil texnologiyaları haqqında məlumatlanıb, videokursların təşkili və proqram vasitələrinin istifadəsinə yiyələnib.
FTN 6. Distant təhsil proqram təminatına aid olan Moodle və Microsoft Teams platforması ilə iş bacarığına malikdir.
FTN 7. İnternet. Kompüter şəbəkələri. Lokal və Qlobal şəbəkələr. İnternet şəbəkələri mövzusu üzrə nəzəri materialları mənimsəyib.
FTN 8. Kommunikativ məsələlərin həlli, İnternet axtarış sistemləri vasitəsi ilə peşə əhəmiyyətli informasiyanın axtarışı və seçimi vasitələrindən və informasiya texnologiyalarından istifadə qabilliyyətindədir.
MULTİKULTURALİZMƏ GİRİŞ
FTN 1. Multikulturalizmin mahiyyəti, yaranmasının səbəbləri, mədəniyyətin unikal tərkib hissəsi kimi əhəmiyyətini bilir;
FTN 2. Azərbaycanda multikulturalizmin inkişafında ümummilli lider H.Əliyevin rolunu bilir;
FTN 3. Dünya, o cümlədən Azərbaycan ictimai-fəlsəfi fikir tarixində formalaşmış tolerantlıq, multikulturalizm ideyaları və multikulturalizmin nəzəri-ideoloji əsaslarını bilir;
FTN 4.Cəmiyyətdəki dini və etnik-milli müxtəlifliyin tənzimlənməsində multikulturalizmin əhəmiyyətini bilir
FTN 5. Etnik-mədəni müxtəlifliyin tənzimlənməsində dünya dövlətlərinin mütərəqqi təcrübəsini bilir;
FTN 6. Multikulturalizm ilə sosial-iqtisadi inkişafın, xarici siyasətin qarşılıqlı münasibətini bacarır Qərb ölkələrində etnik- mədəni müxtəlifliyin tənzim lənməsi xüsusiyyətlərini
FTN 7.Bacarır multikulturalizmin Azərbaycan və dünya modelinin mahiyyətini, xüsusiyyətlərini, mənbələrini və üstünlüklərini bilir;
FTN 8. Müasir dövrdə Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun multikulturalizm sahəsində gördüyü konkret işləri bilir
DİLÇİLİYƏ GİRİŞ
FTN 1. Dilçiliyə giriş fənninin məqsəd və vəzifələrini, dilin ən mühüm xüsusiyyətlərini, dilin ictimai mahiyyətini, dillə təfəkkürün əlaqəsini, dilçiliyin tarixini, müasir xarici dilçilikdəki ən mühüm cərəyanları, dilçiliyin başqa elmlərlə əlaqəsi, əsas struktur vahidlərini, dilin yarusları və onların bir-biri ilə qarşılıqlı əlaqə və münasibətlərini şərh edir.
FTN 2. Dilçilik cərəyanları, məktəbləri, bu məktəblərin görkəmli nümayəndələri və onların yaratdıqları nəzəriyyələri, dilçiliyin sahə və şöbələrini, dilin əsas və periferik vahidlərinin xüsusiyyətlərini, yazı və onun mənşəyi, yazının növləri, əlifbaları təsvir və şərh edir.
FTN 3. Dünya dilləri, dillərin təsnifat prinsipləri haqqında məlumat verir və təsnifini (genealoji, morfoloji, areal, struktur, sosioloji, funksional) aparır.
FTN 4. Ümumi dilçilik elminin müxtəlif dillərin, dil qruplarının milli və ümumi inkişaf qanunları ilə əlaqədar nailiyyətlərini izləmək, dil materialını dilin forma və aspektləri, eləcə də dil vahidləri baxımından təhlil edir
FTN 5. Ümumi linqvistik anlayışlar, dilçiliyin tarixi inkişaf yolu, dilin qrammatik quruluşu haqqında ümumi məlumatı şərh edir.
FTN 6. Dilçiliyin nəzəri əsasları, dilin əmələ gəlməsinə dair nəzəriyyələr haqqında ilkin, ümumi, eyni zamanda, zəruri biliklərə yiyələnmək. Elmi mövqeyini arqumentləşdirməyi bacarır.
FTN 7. Dil və dilçilik haqqında ilkin nəzəri bilik əldə etməklə analitik təfəkkürünü möhkəmləndirmək. Elmi-nəzəri mənbələr, müxtəlif növ lüğətlər, eləcə də sorğu ədəbiyyatı ilə işləməyi bacarır.
MÜASİR AZƏRBAYCAN DİLİ-1 (fonetika)
FTN 1. Müasir Azərbaycan dilinin fonetik quruluşunun əsas xüsusiyyətlərini şərh edir;
FTN 2. Fonem anlayışı, Azərbaycan dilində fonemi müəyyənləşdirmək üsullarını, səslərin təsnifi meyarı və formalaşma mənbələrini, akustik və fizioloji əlamətlərini aydınlaşdırır;
FTN 3. Saitlərin və samitlərin təsnifi prinsiplərini fizioloji-akustik xüsusiyyətlərini təhlil edir;
FTN 4. Azərbaycan dilində heca tiplərini və nitqin fonosemantik əlamətlərini, vurğunun yerini müəyyən edir, intonasiyanın yazıda ifadəsini – tonoqramı tərtib edir;
FTN 5. Azərbaycan dilində fonetik qanunların və fonetik hadisələrin izahını verir;
FTN 6. Tələffüz üslubları, tələffüz vasitələri, tələffüz şəraitini aydınlaşdırır;
FTN 7. Yazının tipləri, inkişafı, Azərbaycan əlifbasının tarixi, Azərbaycan orfoqrafiyasının prinsiplərini, sözlərin, şəkilçilərin yazılış qaydalarını, durğu işarələrinin işlənmə yerlərini şərh edir;
FTN 8. Azərbaycanda XX və XXI əsrlərin əvvəllərində dil quruculuğu məsələlərini müqayisəli şəkildə təhlil edir.
MÜASİR AZƏRBAYCAN DİLİ -2 (leksika)
FTN 1. Dilin leksik sistemi, onun spesifik xüsusiyyətləri, sözün leksikanın əsas vahidi olmasını, sözün formaca, mənaca bütövlüyünü aydınlaşdırmaq bacarığı yaranır.
FTN 2. Sözün məna tiplərini müəyyənləşdirərək, sözlərin paradikmatik, sintakmatik və semantik strukturunu təyin etməyi öyrənir.
FTN 3. Sözlərin məna tipləri, sinonim və antonimlərin xüsusiyyətlərini müəyyənləşdirməyi bacarır.
FTN 4. Etimologiya və sözün daxili formasını, onomastikanın tədqiqat obyektini, vəzifəsini və başqa elmlərlə əlaqəsini müəyyənləşdirir.
FTN 5. Azərbaycan ədəbi dilinin lüğət tərkibi və onun dəyişmə səbəbləri, dildaxili və dilxarici amillərin dilin lüğət tərkibinə təsiri, onların oxşar və fərqli cəhətlərini öyrənir.
FTN
6. Azərbaycan ədəbi dilinin aktiv və passiv
leksikası, sözün köhnəlmə səbəblərini aydınlaşdırmaq, köhnəlmiş sözlərin bədii
və elmi əsərlərdə işlədilmə məsələsini əsərlərdən gətirilən misallarla şərh
edir.
MÜASİR AZƏRBAYCAN DİLİ -3 (leksika)
FTN 1. İşlədilmə dairəsinə görə dilimizin leksikasında fərqlənən söz qruplarını-terminləri, peşə-sənət sözlərinin fərqləndirilmək bacarığına yiyələnir.
FTN 2. İctimai-siyasi-leksika, idman və hərbi leksikanın xüsusiyyətləri araşdırıb jarqon və arqo sözlər, onların dildə işlədilmə məqamlarına aydınlıq gətirir.
FTN 3. Azərbaycan dilinin frazeologiyasının öyrənilməsinin əhəmiyyəti, frazeologizmin əlamətləri, frazeologizmlə söz, frazeologizmlə sərbəst söz birləşməsi arasında hansı ümumi və fərqli cəhətlərin olmasını nümunələrlə izah etməyi bacarır.
FTN 4. Danışıq və kitab leksikasına aid olan sözlərin xüsusiyyətlərini, danışıq – məişət leksikasının kitab leksikasından fərqlənən xüsusiyyətlərini izah edir.
FTN 5. Lüğətlərin hansı prinsip və üsullarla tərtib olunduğunu öyrənib lüğətlər üzərində işləmək bacarığı nümayiş etdirir.
FTN 6. Ədəbi dilin ayrı-ayrı üslub xüsusiyyətlərini öyrənib düzgün qiymətləndirir.
MÜASİR AZƏRBAYCAN DİLİ -4 (morfologiya)
FTN 1. Dilin morfoloji təsnifatını xarakterizə edir.
FTN 2. Mətndəki əsas nitq hissələrini leksik və qrammatik mənasına görə izah edir.
FTN 3.Mətnin təşkilində iştirak edən struktur elementlərin və vasitələrin xüsusiyyətlərini aydınlaşdırır
FTN 4.Əsas nitq hissələrinə aid əsas və ikinci dərəcəli xüsusiyyətlərin ayırd edillməsi prosesində sərbəst tədqiqat aparmaq bacarığı nümayiş etdirir.
FTN 5. Dil vahidlərini morfoloji təhlil etmək bacarığı nümayiş etdirir.
FTN 6.Köməkçi nitq hissələrinin növlərini , qrammatik xüsusiyyətlərini bilir, yazılış və durğu işarələri qaydalarına əməl edir
FTN 7.Əsas və köməkçi nitq hissələrinin həm daxili, həm də müştərək omonimlik və sinonimlik xüsusiyətlərini ayırd və izah edir.
FTN 8. Nitq hissələrinin cümlədəki rolunu müəyyənləş-dirməyi bacarır.
MÜASİR AZƏRBAYCAN DİLİ -5 (sintaksis)
FTN 1. Azərbaycan dilçiliyində sintaksisin tədqiqi tarixini öyrənir;
FTN 2. Söz birləşmələri,onların növləri, yaranma yolları və xüsusiyyətlərini izah edir;
FTN 3. Sintaktik əlaqələr və onların novlərini şərh edir;
FTN 4. Cümlənin məqsəd və intonasiyaya görə növlərini nümunələrlə izah edir. Qarışıq tipli cümlələri fərqləndirməyi öyrənir.
FTN 5. Cümlə üzvlərinin qrammatik üzvlənməsi, cümlənin baş və ikinci dərəcəli üzvlərinin xüsusiyyətlərini və funksiyalarını, eyni zamanda cümlə üzvlərinin həmcins işlənməsini, əlavələri və onların xüsusiyyətlərini təhlil edir. Dil normalarına uyğun cümlə üzvlərinin sıralanmasını aydınlaşdırır;
FTN 6. Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözləri və onların ifadə vasitələrini şərh edir;
FTN 7. Cüttərkibli cümlələrlə bütöv cümlələrin fərqli cəhətlərini nümunələrlə izah edir;
FTN 8. Xüsusiləşən və xüsusiləşməyən üzvləri bir-birindən fərqləndirməyi bacarır.
FTN 9.Sadə cümlənin struktur-semantik tiplərini,üzvlənən və üzvlənməyən cümlələri fərqləndirir;
FTN 10. Mürəkkəb cümlə və onun növlərini müqayisə yolu ilə şərh edir.
AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ METODİKASİ
FTN 1. Azərbaycan Respublikası Təhsilinin məzmunun-dan irəli gələn tələbləri, dil təlimi qarşısında duran didaktik vəzifələri izah edir. Azərbaycan dilinin tədrisi metodikasının digər fənlərlə əlaqəsini və qanunauyğunluq-larını şərh edir.
FTN 2. Azərbaycan dilinin tədrisi metodikasının keçdiyi inkişaf yolunu, tarixini və metodik qanunauygunluqlarını analitik təhlil edir. İlk proqram və qrammatika dərslikləri haqqında apardığı tədqiqatların nəticələrini təqdim edir.
FTN 3. Azərbaycan dilinin tədrisi metodikasının tədqiqat metodlarının (müşahidə, ümumiləşdirmə, eksperiment) tətbiqetmə imkanlarını tədqiq edir. İnformasiyaları toplayır, elmi-metodik, təlim-metodik işin əsaslarını izah edir.
FTN 4. Dil təliminin qanunlarını, prinsiplərini, tələblərini izah edir, təlim məqsədinə uyğun materialları müəyyənləşdirir, məktəb kursunun proqramlarda linqvistik mövqeyini analitik təhlil edir.
FTN 5.Azərbaycan dili dərslərində ən çox istifadə edilən metod, üsul və vasitələri bir-birindən ayırd edir, səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin xüsusiyyətlərini analiz edə bilir.
FTN 6. Baloniya prosesi çərçivəsində təhsildəki islahatların mahiyyətini dərk edir, kurikulumlarda yer tutan məzmun standartlarını mənimsəyir, təlimin keyfiyyətini yüksəltməyə imkan verə biləcək müasir iş formalarından istifadə edir. Fəal (interaktiv) dərs tipləri və onun formalarınıa aid dərs icmallari tərtib edir.
FTN 7. Orfoqrafiya üzrə məktəb kursunun məzmununu, təlim vəzifələrini dərk edir, yazı işlərindəki səhvləri təshih edir və qiymətləndirmə meyarlarından istifadə etməklə müəllimlik peşəsi üçün zəruri olan vərdişlərə yiyələnir.
FTN 8.Prespektiv(illik) və gündəlik təlim planlarının tərtibi xüsusiyyətlərini, məzmun standartlarını izah edə bilir, Azərbaycan təhsilinin prioritet məsələlərini dərk edir, nitq inkişafı üzrə aparılan işlərin optimal yollarını müəyyənləşdirə bilir. Öz təhsil fəlsəfəsini müəyyən edir.
FTN 9. Cəmiyyətin təhsil ehtiyaclarının hüququ sənədlərdə necə təsbit edildiyini tədqiqat aparmaqla müəyyən edir. Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyasının məzmununu dərk edir.
FTN 10. Müasir təhsil sənədlərinin tətbiqi üzrə praktik bacarıqlar nümayiş etdirir, şəxsi müşahidə və mülahizələri, ayrı-ayrı problemlər üzrə diskusiyalar, konkret faktlar üzrə təhlillər aparır, pedaqoji texnologiyalardan istifadə edir və əlavə resurslar hazırlayır.
ƏDƏBİYYATŞÜNASLIĞA GİRİŞ
FTN 1. Bədii ədəbiyyatın qanunauyğunluqlarının estetik hadisə kimi dərkinə münasibət bildirir;
FTN 2. Ədəbiyyatla digər incəsənət sahələri və elmlər arasındakı əlaqələri müəyyən edir, bunun bədii mətnə tətbiq imkanlarını araşdırır;
FTN 3. Ədəbiyyat və insan, ədəbiyyat və cəmiyyət, ədəbiyyat və idealogiya,ədəbiyyatda istedadın rolunu dərk etməyin elmi əsaslarını şərh edir;
FTN 4. Bədii ədəbiyyat haqqında nəzəri bilikləri ümumiləşdirirb, ədəbiyyata müstəqil münasibət ifadə edir;
FTN 5. Ədəbiyyatın nəzəri əsasları ilə tanışlıq sayəsində onun fəlsəfəsi barədə də düşüncə yaradır;
FTN 6. Bədii nümunələrin
mövzusunun, sənətkar qayəsinin, ideya-bədii xüsusiyyətlərinin tam təsnifatını
verir.
ŞİFAHİ XALQ ƏDƏBİYYATI
FTN 1. Xalq ədəbiyyatının etnomədəni sistemin ən möhtəşəm qaynağı olması ilə bağlı sistemli və təfərrüatlı bilgini ümumiləşdirir;
FTN 2. İbtidai düşüncənin, ilkin təsəvvürlərin toplumu olan sənət və mədəniyyət kodlarını, ümumi məzmun qatları ilə bağlı amilləri şərh edir;
FTN 3. Mifdən eposa gəlişin dinamikasının və etnos təsəvvüründə etnik sistemin mükəmməllik konseptinin nələrlə səciyyələnməsini dəyərləndirir;
FTN 4. Növ və janr şəbəkəsində tarixi prosesin axarını, çeşidlilik mənzərəsini, kanonik sistemin mükəmməlləşmə prosesini qiymətləndirir;
FTN 5. Xalq ədəbiyyatı haqqında elmin yaranması, formalaşması və tarixi haqqında bütöv bir sahəni şərh edir;
FTN 6. Çağdaş dünyada özünüdərkin, xalqların taleyində mənəvi dəyərlərin, mənsubluğun, etnik sistemin rolunun aparıcılığını aydınlaşdırır.
AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİ-1 (QƏDİM DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI)
FTN 1. Azərbaycan ədəbiyyatının dövrləri haqqında konkret məlumatları ümumiləşdirir;
FTN 2. Qədim dövr Azərbaycan ədəbiyyatında istifadə olunan janrlara aydınlıq gətirir;
FTN 3. Farsdilli ədəbiyyatın formalaşması səbəbləri və inkişafı məsələləri, bu ədəbiyyatın ilk nümayəndələrinin yaradıcılığını təhlil edərək türkçülük ideologiyasına xidmətini aydınlaşdırır;
FTN 4. Qədim dövr Azərbaycan ədəbiyyatının ayrı-ayrı mərhələlərinin aparıcı sənətkarlarının həyat və yaradıcılığı haqqında dolğun və konkret (yəni təhlil xarakterli deyil, bioqrafik yönümlü) məlumatların şərhini verir;
FTN 5. Dövrün aparıcı əsərlərinin məzmununu şərh edir, onları təhlil və müqayisə yolu ilə dəyərləndirir;
FTN 6. Azərbaycan intibahının formalaşması və Nizami ədəbi məktəbinin yaranması prosesini Nizami Gəncəvinin yaradıcılığı əsasında sistemləşdirir;
FTN 7. Ədəbiyyatımızda humanist və ümumbəşəri dəyərlərin təşəkkülü və inkişafı məsələlərini, onun özündən sonrakı ədəbiyyata təsiri və ədəbi məktəb anlayışlarını şərh edir.
AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİ- 2 (ORTA DÖVR VƏ YENİ DÖVR I MƏRHƏLƏ ƏDƏBİYYATI)
FTN 1. Azərbaycan ədəbiyyatının dövrləri haqqında konkret məlumatlar verir;
FTN 2. Azərbaycan ədəbiyyatında istifadə olunan janrlar haqqında təsəvvürləri genişləndirir;
FTN 3. Azərbaycan ədəbiyyatının ayrı-ayrı mərhələlərinin aparıcı sənətkarlarının həyat və yaradıcılığı haqqında dolğun və konkret (yəni təhlil xaraskterli deyil, bioqrafik yönümlü) məlumatları şərh edir;
FTN 4. Azərbaycan ədəbiyyatında anadilli lirik və epik poeziyanın yaranma şəraiti və şərtləri, mərkəzləşdirilmiş dövlətin yaradılmasının təsiri ilə milli ədəbiyyatın mövqelərinin möhkəmlənməsi məsələlərini təhlil edir;
FTN 5. Orta dövr ədəbiyyatında fəlsəfi cərəyanların bədii ədəbiyyata təsiri və yaranan yeni ədəbi idtiqamətlərin təhlili və müzakirəsi ilə bağlı şərh verir;
FTN 6. Azərbaycan poeziyasında realizmin təşəkkülü və inkişafı məsələləri ilə bağlı məsələlərə aydınlıq gətirir.
AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİ-3 (XIX ƏSR AZƏRBAYCAN ƏDƏBİYYATI)
FTN 1. XIX əsr Azərbaycan ədəbiyyatının spesifik xüsusiyyətlərini sistemli şəkildə təsvir edir;
FTN 2. Maarifçilik hərəkatının, yeni ədəbi mərhələnin məzmununu şərh edir, Azərbaycan və Yaxın Şərq elmi tarixində tanınmış görkəmli alimlərin yaradıcılığına aydınlıq gətirir;
FTN 3. Azərbaycanın çar Rusiyası tərəfindən işğalının ədəbi- mədəni mühitə təsiri və baş verənlərə münasibətini təhlil edir;
FTN 4. Yeni tipli məktəblərin yaranmasını və dərsliklərin işıq üzü görməsi tarixini izah edir, pansionlu məktəb təşəbbüslərini şərh edir;
FTN 5. Satirik ədəbi cərəyanın yaranmasını və inkişafını dəyərləndirir.
FTN 6. Milli mətbuatın və milli teatrın yaranmasının zəruriliyini aydınlaşdırır;
FTN 7. XIX əsrdə yaranan yeni ədəbi forma, üslub və janrların mahiyyətini ifadə edir;
FTN 8. Dövrün görkəmli ədiblərinin yaradıcılığını milli dəyərlər müstəvisində dəyərləndirir.
AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİ-4 (XX ƏSR AZƏRBAYCAN ƏDƏBİYYATI)
FTN 1. Mətbuat və ədəbiyyatın inkişaf istiqamətlərini müəyyənləşdirir;
FTN 2. “Molla Nəsrəddin” jurnalının XX əsrin ən böyük ədəbi hadisəsi olduğunu qeyd edir;
FTN 3. Sabir şeir məktəbinin formalaşma prosesi və istedadlı nümayəndələrinin yaradıcılığına aydınlıq gətirir;
FTN 4. Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov və Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığını araşdırma müstəvisinə gətirir;
FTN 5. Azərbaycan ədəbiyyatında romantizmin formalaşması və buna zəmin olan cəhətləri müəyyənləşdirir;
FTN 6. Cümhuriyyət dövrü ədəbi fikri haqqında şərh verib, Azərbaycan mühacirət ədəbiyyatı və Cənubi Azərbaycan ədəbiyyatının inkişaf yolunu, başlıca mövzu və problemlərini müzakirə obyektinə çevirir;
FTN 7. Azərbaycan mühacirət ədəbiyyatının əsas problemlərini, Legion ədəbiyyatının inkişaf istiqamətlərini şərh edir.
AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİ-5 (MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATI)
FTN 1. XX əsrin 20-40-cı illərində ədəbi fikrin axtarışlarını, nəsrdə müasir cəmiyyət problemlərini şərh edir;
FTN 2. XX əsrin əvvəllərinin poeziyasındakı yaradıcı meyilləri aydınlaşdırır;
FTN 3. Nəsrdə yeni ədəbi qüvvələrin yaradıcılıq axtarışlarının genişlənməsinə səbəb olan amilləri müəyyənləşdirir;
FTN 4. Cənubi Azərbaycan ədəbiyyatının inkişaf yolu, başlıca mövzu və problemlərini izah edib aydınlaşdırır;
FTN 5. 1950-1970-ci illərin poeziyasının hərtərəfli şərhini verir;
FTN 6. 1960-1990-cı illərdə nəsr və dramaturgiyanın inkişaf yoluna aydınlıq gətirir;
FTN 7. Müasir ədəbi prosesin, ələlxüsus ədəbi-ictimai fikirdə meydana çıxan milli mənlik və istiqlal düşüncəsinin bədii əksi məsələlərini, ədəbiyyatda Qarabağ mövzusu, milli birlik və mübarizəyə çağırış motivlərini, ümumən ədəbi prosesin əlamətdar hadisələrini şərh edir.
DÜNYA ƏDƏBİYYATI-1 (ANTİK DÖVR VƏ XIII-XVII ƏSRLƏR QƏRBİ AVROPA ƏDƏBİYYATI)
FTN 1. Antik ədəbiyyatın xronoloji dövrləşməsi haqqında məlumatları ümumiləşdirir;
FTN 2. Konkret dövrlərdə ictimai-siyasi və mədəni şəraitin formalaşması məsələlərinə aydınlıq gətirir;
FTN 3. Antik dövrdə ədəbi janrların formalaşması prinsipləri və xüsusiyyətləri haqqında hərtərəfli şərh verir;
FTN 4. Yunan ədəbiyyatının nümayəndələri haqqında məlumatları ümumiləşdirib, əsas əsərlərin məzmununu təhlil edir;
FTN 5. Roma ədəbiyyatının nümayəndələrinin yaradıcılığını şərh edib, onların orta əsrlər Avropa ədəbiyyatına təsirini dəyərləndirir;
FTN 6. Avropada İntibah mədəniyyətinin xüsusiyyətləri və əsas nümunələrini təhlilə cəlb edir;
FTN 7. XVII əsr Avropa klassisizminin böyük nümyəndələrinin: Molyer, Rasin, Kornel kimi görkəmli sənətkarların əsərlərinin təsnifatını və müqayisəsini aparır.
DÜNYA ƏDƏBİYYATI-2 (XVIII ƏSR DÖVRÜ)
FTN 1. Maarifçilik ədəbi cərəyaının yarandığı tarixi şərait və səciyyəvi xüsusiyyətlərinə aydınlıq gətirilir;
FTN 2. Maarifçilik hərəkatındakı iki axın haqqında məlumatları ümumiləşdirir;
FTN 3. Dünya mədəniyyəti xəzinəsinə töhfələr vermiş məşhur maarifçi yazıçılar, onların yaradıcılığı haqqında biliklərə aydınlıq gətirir;
FTN 4. Romantizmin yaranma tarixi, bu prosesə təsir edən amilləri dəyərləndirir;
FTN5. Romantik ədəbiyyatın səciyyəvi xüsusiyyətləri haqqında nəzəri məlumatları ümumiləşdirir;
FTN 6. Dünyaşöhrətli romantik və maarifçi yazıçılar, onların həyat və yaradıcılığı, məşhur əsərlərini şərh edir;
FTN 7. Maarifçilik və romantizm ədəbi cərəyanlarının bir-birinə qarşılıqlı əlaqəsi və təsirini aydınlaşdırır.
DÜNYA ƏDƏBİYYATI-3 (XX ƏSR QƏRBİ AVROPA VƏ AMERİKA ƏDƏBİYYATI)
FTN 1.XX əsrdə yaranan dünya ədəbiyyatı nümunələrinin yarandığı mühit haqqında şərh verir;
FTN 2. Qərb ədəbiyyatının dünya ədəbiyyatı tərkibində xüsusi dəyərə malik olduğunu aydınlaşdırır.
FTN 3. Romantizm dövründən postmodernizm dövrünə qədər yaranan ədəbiyyatlar arasındakı başlıca fərqləri şərh edir;
FTN 4. XX əsr Amerika və Avropada yaranan ədəbiyyat haqqında müfəssəl məlumatları ümumiləşdirir;
FTN 5. Müasir ədəbi prosesi formalaşdıran yazıçılar haqqında məlumatlara aydınlıq gətirir;
FTN 6. Dünya ədəbiyyatında və onların təsiri ilə Azərbaycan ədəbiyyatında formalaşmış ədəbi cərəyanlar haqqında bilikləri sistemləşdirir.
ƏDƏBİYYATIN TƏDRİSİ METODİKASI
FTN 1. Ədəbiyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri, tədrisi tarixi və mərhələləri ilə bağlı nəzəri biliklərini ümumiləşdirir, əyani və texniki vasitələrdən istifadəni aydınlaşdırır;
FTN 2. Ədəbiyyatın tədrisinin səmərəli təşkilini, ədəbi əsərlərin, sənətkarların tərcümeyi-halının öyrədilməsində nitq inkişafı üzrə işlərin əhəmiyyətini fənnin əsas məqsədi kimi mənimsəyir;
FTN 3. Dünya təhsilinin qabaqcıl təcrübəsini öyrənir, təhsil proqramlarında təlimə yeni yanaşmanın mütərəqqi cəhətlərini milli və tarixi dəyərlərimizi nəzərə almaqla tətbiq edir;
FTN 4. Qiymətləndirmə nümunələri, məzmun xətləri və standartların tətbiqinə dair sistem və tapşırıqlar hazırlayır;
FTN 5. Ədəbiyyatın tədrisində innovativ təlim metodları, üsul və iş formalarından müntəzəm, əlaqəli istifadə etməklə, dərsin növləri, planlaşdırılması, icmalların, illik və gündəlik planların hazırlanması qaydalarını mənimsəyir, ənənəvi və fəal/interaktiv dərslərin səmərəli təşkili prosesində bacarıqlarını ümumiləşdirir;
FTN 6. Bədii mətni müxtəlif struktur səviyyələrində kompozisiya, süjet baxımından təhlil etməyi bacarır, ədəbiyyatşünaslıq elminin nailiyyətləri baxımından dəyərləndirə bilir.
İFADƏLİ OXU
FTN 1. İfadəli oxunun təlim və tərbiyəvi əhəmiyyətini aydınlaşdırır, tətbiqi yollarını şərh edir;
FTN 2. İfaçının düzgün və dəqiq nitqi üçün vacib olan şərtləri izah edir, qiymətləndirir;
FTN 3. Müəllif fikrinin düzgün və aydın çatdırılması şərtlərini müəyyənləşdirir, emosional-obrazlı ifadəliliyin mahiyyətini dəyərləndirir;
FTN 4. Bədii nümunələrin oxusu üçün vacib olan mərhələləri fərqləndirir, praktik olaraq reallaşdırır;
FTN 5. Müxtəlif ədəbi növ və janrda olan əsərlərin oxu xüsusiyyətlərini izah edir, tətbiq etməyi bacarır;
FTN 6. Fərqli mövzu, növ və janrda olan əsərləri emosional-obrazlı ifadəliliyin tələblərinə uyğun ifa edir, həmin ifaları həqiqi meyarlarla qiymətləndirir.
MÜLKİ MÜDAFİƏ VƏ İLKİN
TİBBİ YARDIM
FTN1. Mülki müdafiə və ilkin tibbi yardım fənninin tədrisində tələbə mülki müdafiənin əsas vəzifələrini, Mülki Müdafiə Tiib Xidmətinin təşkilinin quruluşunu, Fövqəladə Halların yaranma səbəblərini və növlərini öyrənir.
FTN2. Mülki müdafiə və ilkin tibbi yardım fənnin tədrisi zamanı Fövqəladə Halların nəticələrinin aradan qaldırılmasını, iri istehsalat qəzaları zamanı tibbi təminatın təşkilini, xilasetmə və digər təxirəsalınmaz işlərin təşkilini bilir.
FTN3. Mülki müdafiə və ilkin tibbi yardım fənnin tədrisi zamanı müharibə dövrünə aid fövqəladə hallarla sülh dövrünə aid fövqəladə halları müqayisə edir.
FTN4. Mülki müdafiə və ilkin tibbi yardım fənnin tədrisi zamanı Fövqəladə Hallarda yaranmış şəraitin qiymətləndirilməsini, dozimetrik cihazlarla tanışlıq və onlardan istifadə qaydalarını bilir.
FTN5. Mülki müdafiə və ilkin tibbi yardım fənnin tədrisi zamanı Fövqəladə Hallar zamanı əhalinin mühafizəsinin prinsip və üsulları, mühafizə qurğularının növləri, fərdi və tibbi mühafizə vasitələrinin növlərini öyrənir və tətbiq edir.
FTN6. Mülki müdafiə və ilkin tibbi yardım fənnin tədrisi zamanı Mülki Müdafiə Tiib Xidmətinin müəssisələrinin tibbi təchizatının təşkilini, hərbiləşdirilməmiş dəstələrin və əhalinin hazırlığını öyrənir.
FTN7. Mülki müdafiə və ilkin tibbi yardım fənnin tədrisi zamanı Həkiməqədər ilk tibbi yardım və ixtisaslaşdırılmış tibbi yardımın təşkilini həyata keçirir..
FTN8. Mülki müdafiə və ilkin tibbi yardım fənnin tədrisi zamanı köçürülmə tədbirlərini, köçürülmənin mahiyyətini, rabitə və xəbərdarlıq sisteminin təşkilini və onlardan istifadə qaydalarını bilir.
S\f. AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA VƏ ORFOEPİYASININ TƏDRİSİ
FTN 1. Müasir Azərbaycan dilinin orfoqrafiyası haqqında ümumi məlumatlar verir; Orfoqrafiyanın tarixini sistemli şəkildə araşdıraraq təqdimatlar hazırlayır, orfoqrafiya üzrə aparılan işlərin təşkilini və orfoqrafiyanın tədrisində çətinlik törədən amillərin xarakterini müəyyənləşdirir və mənimsəyir;
FTN 2. 2021-ci ildə tərtib edilmiş Azərbaycan dilinin orfoqrafik qaydalarını əskiləri ilə müqayisə edir (Venn dioqramı vasitəsi ilə ola bilər) və müsbət cəhətləri meydana çıxarır; Samitlərin orfoqrafiyası üzrə aparılan işlərin istiqamətləri müəyyənləşdirir; Azərbaycan dilinin orfoqrafiyasının əsas prinsiplərini aydınlaşdırır; Bədii əsərlər üzərində (nəzm və nəsr parçaları ola bilər) durğu işarələrinin orfoqrafiyasını araşdırır; Ayırıcı və fərqləndirici durğu işarələrinindən istifadə etməklə təqdimatlar hazırlayır;
FTN 3. Ən son çapdan çıxmış (Bakı- ”Elm”- 2021, 7-ci nəşr) Azərbaycan dilinin orfoqrafik lüğətindən istifadə edərək şagird leksikonunun və lüğət ehtiyatının zənginləşdirilməsi üzrə işlər aparır; Lüğət ehtiyatını zənginləşdirməyin tematikası və lüğət ehtiyatını zənginləşdirməyin yollarını bilir;
FTN 4. Orfoqrafiyanın tədrisi prosesində müxtəlif iş formalarından (qrup, kollektiv, cütlər, fərdi), üsul və vasitələrindən (BİBÖ, Venn dioqramı, ZiqZaq, Auksion, Akvarium) istifadə edir; Orfoqrafik rejim, yazılı çalışmaların növləri, üzündənköçürmə yazıların mənimsədilmə yollarını öyrənir; Əlifba (qədimdən indiyə qədər dəyişmiş 4 növ əlifba haqqında araşdırma aparır) və kalliqrafiya haqqında məlumatlar, onların müqayisəsini təşkil edir;
FTN 5. Orfoepiya haqqında ümumi məlumatlara yiyələnir; Ədəbi tələffüz növlərini araşdırır; Orfoepik qaydaları müəyyənləşdirən əsas prinsipləri şərh edir;
FTN 6. Azərbaycan dilinin saitlər və samitlər sisteminin tələffüzünə aid yeni qəbul olunmuş orfoepik qaydaları praktik materiallar üzərinə tətbiq edir; Müasir telekanallarda ədəbi dilin (orfoepik qaydaların) qorunması problemləri haqqında araşdırmalar aparır
S\f. AZƏRBAYCAN DİLİNİN TARİXİ QRAMMATİKASI
FTN 1. “Azərbaycan dilinin tarixi qrammatikası” fənninin mahiyyətinini, strukturunu, cəmiyyətdə funksiyasını izah edir;
FTN 2. Azərbaycan dilinin fonetikasının tarixi inkişafını dil materialları əsasında izah edir;
FTN 3. Azərbaycan dilinin morfologiyasının tarixi inkişaf yollarını şərh edir;
FTN 4. Abidələrin dilində köməkçi nitq hissələrinin tarixi inkişaf prosesini izah edir;
FTN 5. Azərbaycan dilinin tarixi sintaksisi haqqında bilik və bacarıq nümayiş etdirir;
FTN 6. Dil materiallarını, dil faktlarını təhlil etməyi bacarır.
FTN 7. Dildə tarixən baş verən dəyişiklikləri öyrənərək müqayisəli şəkildə araşdırma aparır.
S\f. AZƏRBAYCAN DİALEKTİKASI
FTN 1. Azərbaycan dialektologiyası fənninin məqsəd və vəzifələrini, dialektologiyanin əsas anlayişları və terminlər haqqında məlumatı, Azərbaycan dilinin dialekt bölgüsünü və dialektlərə xas dil xüsusiyyətləri öyrənməklə dil faktlarının Azərbaycan dilinin bu və ya digər şivəsinə mənsubluğunu təyin edir.
FTN 2. Şivələrdə Azərbaycan dilinin fonetik, leksik quruluşunun təsvirini verir.
FTN 3. Azərbaycan dilinin dialektlərinin fonetik, leksik xüsusiyyətlərini fərqləndirməyi bacarır.
FTN 4. Dialekt leksikasının qrammatik özəlliklərini praktik şəkildə fərqləndirir.
FTN 5. Dialekt leksikasının fonetik, leksik və qrammatik xüsusiyyətlərini mənimsəməklə dialektoloji lüğət materiallarından düzgün istifadə etməyi bacarır.
FTN 6. Dialektlər və onların öyrənmə metodları haqqqında zəruri biliklər əldə etməklə fərdi öyrənmə yolu ilə Azərbaycan dili dialektlərinin tədqiqinə çalışır.
S/f. ƏSKİ AZƏRBAYCAN YAZISI
FTN 1. Yazı sistemləri, yazı və onun növləri, ərəb qrafikalı mətnlərimizin yazılışında istifadə olunan müxtəlif xətt növləri, Azərbaycan – ərəb əlifbasının ümumi qrafik və orfoqrafik prinsiplərini şərh edir.
FTN 2. Yardımçı işarələri, saitləri və samitləri ifadə edən hərəkələri, 1929 –cu ilə qədər yazımızda istifadə olunan ərəb qrafikalı Azərbaycan əlifbasındakı – iki cür və dörd cür yazılan hərflərin sözün əvvəlində, ortasında və sonunda yazılış qaydalarını, onların fərqli xüsusiyyətlərini, Azərbaycan yazısı üçün spesifik hərflər və onların yazılış qaydalarını praktik şəkildə tətbiq edir.
FTN 3. Fənnin tədrisi prosesində əbcəd hesabı, ərəb hərflərinin say məzmunu, əbcəd rəqəmləri, maddeyi – tarix (xronoqram), şəmsi və qəməri hərfləri, “Əl “ artikli haqqında məlumatı şərh edir.
FTN 4. Beyin həmləsi, müzakirə, qrup çalışmaları, təqdimatlar və dərs nümunələrinin təhlili və hazırlanması kimi müxtəlif üsul və texnikalardan istifadə edilməklə təşkil olunmuş dərs prosesində auditoriyaya ünvanlanmış sualların cavablandırılmasında və müzakirələrdə aktiv iştirak edir.
FTN 5. Müxtəlif dövrlərin təmsilçisi olan abidələrin yazısına əsasən bəzi qrafik işarələrin qeydə alınan variantlılığı, onların səs göstəriciləri, bir qisminin sinkretik xarakteri, səsləri ifadə etmək baxımından onların diferensiyaya uğrayaraq konkretləşməsi, sabitləşməsi və s. məsələləri mətn oxunuşu zamanı diqqətə çatdırır.
FTN 6. Nəsx, nəstəliq və şikəstə yazılarının abidələrimizdə aparıcılıği və işləkliyi ilə bağlı məlumatlar verir.
FTN 7. “Ərəb və fars sözləri lüğəti”ndən düzgün istifadə etməyi bacarır.
FTN 8. Əski əlifba ilə yazılmış mətnləri müasir əlifbaya çevirməyi, minillik tarixə malik qədim və zəngin Azərbaycan mənbələrindən, əski Azərbaycan yazısı ilə nəşr olunan mətbuat materiallarından istifadə etməyi, fənnlə bağlı lazımi məlumat əldə etməyi bacarır.
S\f. TÜRKOLOGİYAYA GiRiŞ
FTN 1. Türk dillərinin quruluşu, tarixi, müqayisəli tədqiqi, təhlili və təsnifi mərhələləri haqqında məlumatlanır;
FTN 2. Tarixi-filoloji istiqamətdə yazılan tədqiqat əsərlərinə əsasən türk xalqlarının qədimliyi barədə fikir söyləyir;
FTN 3. Türk dillərinin quruluşuna, sistem mükəmməlliyinə görə çox qədim inkişaf dövrü keçirməsi mülahizəsini irəli sürür;
FTN 4. Türk dillərinin müqayisəli şəkildə öyrənilməsi ilə onların tarixi inkişaf perspektivləri və qanunuayğunluqları müəyyən edir;
FTN 5. Türk dillərinin daxili quruluşunu öyrənir və nümunələrlə izah edir;
FTN 6. Coğrafi arealın türk dillərinin təsviri və müqayisəli öyrənilməsində xüsusi əhəmiyyət kəsb etməsini öyrənir;
FTN 7. Türk dillərinin bir-birindən fərqlənməsi və müstəqilləşməsini özünəməxsus dil arealında baş verdiyi nəticəsini əldə edir;
FTN 8. Türk dillərində keçid mərhələlərini izləməyi öyrənir;
FTN 9. Türk dillərində kökdaxili törəmə tiplərini nümunələrlə izah edir;
FTN 10. Türk dillərini müəyyənləşmiş prinsiplərə görə təsnif edir;
FTN 11. Coğrafi areala görə türk tayfa birliklərini müəyyən edir.
S\f. MƏKTƏBŞÜNASLIQ
FTN 1. Məktəbşünaslıq elminin əsas nailiyyətlərini, mövcud problemlər və inkişaf meyllərini, onun predmet və digər elmlərlə əlaqələrinə dair biliklərə yiyələnir;
FTN 2. Mütəxəssisin şəxsi və peşəkar keyfiyyətlərinə verilən müasir tələbləri bilir;
FTN 3.Ümumi və orta peşə təhsili müəssisələri sistemində təlim və tərbiyənin mahiyyəti, məqsəd və problemlərini bilir;
FTN 4. Əldə edilmiş pedaqoji bilikləri peşəkar və elmi fəaliyyətdə tətbiq etməyi bacarır;
FTN 5. Pedaqoji biliklərdən peşə fəaliyyətində və insanlarla ünsiyyətdə istifadə etməyi bacarır;
FTN 6. Kollektivdə şəxsiyyətlərarası münasibətlərə pedaqoji təsir göstərmək bacarığına sahib olur;
FTN 7. Pedaqoji biliklərdən özünütəhlil, özünə-nəzarət və özü-nü təkmilləşdirmək məqsədi üçün istifadə etmək bacarığı;
FTN 8. Fəal peşə fəaliyyəti metodlarına yiyələnir;
FTN 9. Təlim-tərbiyə proqramlarının təhlili və hazırlanması üsullarına yiyələnir;
FTN 10. Şəxsi və peşəkar özünütəkmilləşdirmə üsullarına yiyələnir.
S\f. AZƏRBAYCAN ƏDƏBİYYATINDA İNTİBAH
FTN 1. Azərbaycan ədəbiyyatında intibahın mərhələləri haqqında konkret şərh verir;
FTN 2. İntibah dövrünün insanın mənəvi dirçəlişi, dünyəvi arzu və hisslərin çiçəklənməsi, ən yüksək qiymətə malik varlıq kimi insan şəxsiyyəti haqqında humanist ideyanın təsdiqi məsələlərinə aydınlıq gətirir;
FTN 3. Azərbaycan ədəbiyyatının ayrı-ayrı mərhələlərinin aparıcı sənətkarlarının Azərbaycan ədəbiyyatına verdiyi töhfələri dəyərləndirir;
FTN 4. Qədim və orta dövr ədəbiyyatında fəlsəfi cərəyanların bədii ədəbiyyata təsiri və yaranan yeni ədəbi istiqamətlərin təhlili və müzakirəsi ilə bağlı təsəvvürləri aydınlaşdırır;
FTN 5. İntibah dövrü ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığında qaldırılan ideyalar və onların tərbiyəvi mahiyyətini şərh edir.
S\f. UŞAQ ƏDƏBİYYATI
FTN 1. Uşaq ədəbiyyatının predmeti, vəzifələri, yaş xüsusiyyətləri ilə bağlı müstəqil fikir yürüdür və əsaslandırır;
FTN 2. Azərbaycan uşaq ədəbiyyatının mərhələləri və yaradıcılıq problemləri ilə bağlı biliklərini təkmilləşdirir;
FTN 3. Folklor və klassik ədəbi ənənələrin uşaq ədəbiyyatının bədii strukturundakı yeri və mövqeyi ilə bağlı müqayisələr aparır;
FTN 4. Uşaq ədəbiyyatı nümunələrini mövzu və janr tipologiyası üzrə təsnif edir;
FTN 5. Müxtəlif ədəbi mühitlərdə yaranan uşaq əsərlərini elmi-metodiki tövsiyyələrdən istifadə edərək araşdırır və alınan nəticələrdən dərs prosesində məqsədyönlü istifadə edir;
FTN 6. Uşaq ədəbiyyatının inkişafında qarşılıqlı ədəbi əlaqələrin və bədii təcrümənin rolu haqqında məlumatlarını ümumiləşdirir.
S\f. AZƏRBAYCAN MAARİFÇİLİK ƏDƏBİYYATI
FTN 1. Maarifçilik ideyalarının Azərbaycanda geniş intişarı, kamil, ideoloji bir sistem, cərəyan kimi formalaşması və milli ictimai, siyasi, fəlsəfi və ədəbi fikrin formalaşması məsələlərinə aydınlıq gətirir;
FTN 2. Azərbaycanda maarifçi dünyagörüşünün, maarifçilik ideologiyasının şərhini verib, görkəmli maarifçilərin – A.Bakıxanov, M.Ş.Vazeh və İ.Qutqaşınlının yaradıcılığını təhlil edir;
FTN 3. M.F.Axundzadənin əlifba uğrunda mübarizəsini, xalqının qəflət yuxusundan oyanması üçün bütün varlığı ilə çalışmasını dəyərləndirir;
FTN 4. H. Zərdabinin təhsil aldığı illəri, maarifçilik ideologiyasını, Azərbaycan xalqının tarixində mühüm rol oynayan mətbuat və gələcək nəslin təhsili üçün göstərdiyi xidmətləri aydınlaşdırır;
FTN 5. S.Ə.Şirvani və N.Vəzirovun çoxşaxəli yaradıcılığının hərtərəfli şərhini verir;
FTN 6. F. Köçərlinin ədəbiyyat tariximizə verdiyi töhfələri, H.Sanılının maarifçilik ideyalarını şərh edir;
FTN 7. Müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi və Hənifə xanım Məlikovanın maarifçilik idealogiyasını dəyərləndirir;
FTN 8. İrəvanda məktəbdarlıq məsələlərinin və görkəmli maarifpərvərlərin fəaliyyətinin şərhini verir;
FTN 9. B.Vahabzadənin əsərlərinin xalqın taleyində oynadığı mühüm rolu ümumiləşdirir.
S\f. ONOMASTİKA
FTN 1.Onomastikanın nəzəri əsasları, növləri və başqa elmərlə əlaqəsini izah edir;
FTN 2.Onomastik mənbələrin təsnifini və xarakteris-tikasını şərh edir;
FTN 3.Onomastik mənbələr üzərində işin bəzi prinsiplərini, onomastik elmi-tədqiqat metodlarını, onomastik tədqiqat üçün material toplamağin forma və üsullarinı bilir;
FTN 4.Onomastik vahidləri təsnif edir, zəruri onomastik terminlərin mənasını izah edir;
FTN 5.Antroponimlərin növləri: əsas adlar -şəxs adı, ata adı, familiya, köməkşi adlar-ləqəb, təxəllüs, titul haqqında, onların leksik-qrammatik, semantik xüsusiyyətləri, inkişafı haqqında öyrəndiklərini nümunələr əsasında şərh edir;
FTN 6.Azərbaycan etnonimləri, toponimləri, hidronimləri, zoonimləri, kosmonimləri, ktematonimləri, onların növləri və xüsusiyyətlərini misallarla izah edir;
FTN 7.Azərbaycan dilində onomastik vahidlərin yaranmasi və dəyişməsi, onomastik vahidlərin əmələ gəlməsi yollarını bilir;
FTN 8.Onomastik vahidlərin poetik və üslubi imkanlarını müstəqil şəkildə araşdırır;
FTN 9.Azərbaycan dilində onomastik vahidlərin orfoqrafik və orfoepik xüsusiyyətlərini praktik şəkildə izah edir.
S/F. QƏDİM DİL
FTN 1. Qədim dilin səs sistemini mənimsəyir.
FTN 2. Qədim dilin morfoloji strukturu haqqında müəyyən biliklər əldə edir.
FTN 3. Qədim dilin əsas sintaktik vahidlərini mənimsəyir.
FTN 4. Qədim dildə seçilmiş mətnləri oxuyub təhlil etmək bacarığına yiyələnir.
FTN 5. Qədim dildə əsas frazeoloji vahidlərin mənasını anlayır.
FTN 6. Qədim dilin inkişaf etdiyi mühitin sosial, siyasi və mədəni özəllikləri haqqında məlumatlanır.
FTN 7. Qədim abidələrdən gətirilmiş mətnləri oxuyub tərcümə etmək bacarığı əldə edir.
FTN 8. Mətnlərin üslubi xüsusiyyətlərini təhlil edir, qədim dilin funksional üslubları haqqında fikir yürüdür.
S\f. AZƏRBAYCAN DİLİ TARİXİ
FTN 1. “Azərbaycan dili” terminoloji anlayışını şərh edir;
FTN 2. Azərbaycan ədəbi dili tarixinin dövrlərini, dövrləşdirmə təcrübələrini öyrənməklə tarixən işlənmiş dil faktlarının Azərbaycan dili tarixinin bu və ya digər dövrünə, (mərhələsinə) mənsubluğunu təyin edir.
FTN 3. Dil faktlarının tariixi inkişaf prosesində məruz qaldığı dəyişiklikləri izah edir;
FTN 4. Orta əsrlər yazılı abidələrində Azərbaycan dilinin fonetik, leksik, qrammatik quruluşunu təsvir edir.
FTN 5. Ədəbi dil normasından kənaraçıxmaların izahını verir;
FTN 6. Azərbaycan dili tarixində öz mürəkkəbliyi ilə fərqlənən XX əsrin əvvəllərinə aid dil situasiyasını təsvir edir.
FTN 7. XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid dilçilik əsərlərini, dil quruculuğu məsələlərini şərh edir.
S/f. NİTQ MƏDƏNİYYƏTİ
FTN 1. Nitq mədəniyyəti anlayışını, fənnin məqsəd və vəzifələrini, başqa elmlərlə əlaqəsini izah edir.
FTN 2. Natiqliyin tarixini, Azərbaycanda natiqlik sənətinin və nitq mədəniyyətinin inkişaf yollarını bilir.
FTN 3. Nitqin forma və növlərınin – şifahi və yazılı, zahiri və daxili, monoloji və dialoji nitqin xüsusiyətlərini, oxşar və fərqli cəhətlərini bilir.
FTN 4. Şifahi və yazılı nitqində mədəni nitqin düzgünlük, aydınlıq, zənginlik, təmizlik, yığcamlıq,münasiblik, obrazlılıq və s. kimi tələblərə əməl edir.
FTN 5. Yazılı və şifahi nitqdə fonetik, leksik və qrammatik normalara riayət edir.
FTN 6. Nitq prosesində ünsiyyət mədəniyyətinə, danışıq etikasına əməl edir.
FTN 7. Müxtəlif situasiyalarda nitq etiketlərindən, müraciət formalarından düzgün istifadə etməyi bacarır.
FTN 8. Ədəbi dilin funksional üslublarının və fərdi üslubun xüsusiyyətlərini bilir.
FTN 9. Əməli yazıların tərtibi qaydalarına verilən tələblər əsasında nümunələr yazmağı bacarır.
S\f. TERMİNOLOJİ LEKSİKA
FTN 1. Azərbaycan dilindəterminoloji leksikanın yaranma qaynaqları, dünyanın terminoloji məktəbləri haqqında məlumatlara sahib olur.
FTN 2. Terminin spesifik xüsusiyyətləri, elmi dildə işlənən işarələr və simvolların spesifikası, xüsusi leksik qatın əsas yaruslarının xüsusiyyətlərini araşdırmaq bacarıqlarına nail olur.
FTN3. Terminoloji qatın zənginləşməsi mənbələri və üsulları, determinləşmə, transterminləşmə, termin-yaratma, dilin daxili imkanları hesabına terminyaratma məsələlərini izah etməyi öyrənir.
FTN 4. Terminoloji qatın zənginləşməsi mənbələri və üsullarını öyrənir, alınma terminlərin leksik- funksional paralelliyini araşdırır.
FTN 5. Azərbaycan ədəbi dilində terminoloji yeniləşmə prosesi və bu prosesdə əvəzetmə meylləri məsələsini araşdırmaq bacarığına yiyələnir.
FTN 6. Müvafiq sahə anlayışlarını müəyyənləşdirməyi bacarır.
S/f. AZƏRBAYCAN DİLINİN ÜSLUBİYYATI
FTN 1. Azərbaycan dilinin üslubiyyatı fənninin mahiyyətini, məqsəd və vəzifələrini bilir.
FTN 2. Funksional üslublara və fərdi üsluba aid olan leksik və qrammatik xüsusiyyətləri izah edir.
FTN 3. Fonetik vahidlərin üslubi xüsusiyyətlərinidən nitqində istifadə etməyi bacarır
FTN 4. Leksik vahidlərin, bədii təsvir vasitələrinin üslubi xüsusiyyətlərini bilir və nitqdə tətbiq edir.
FTN 5. Morfoloji vahidlərin-əsas nitq hissələrinin və şəkilçilərin, köməkçi nitq hissələrinin üslubi imkanlarından istifadə etməyi bacarır.
FTN 6. Sintaktik vahidlərin, bədii ifadə vasitələrinin üslubi xüsusiyyətlərini mənimsəməklə rabitəli nitqdə məqsədəuyğun istifadə etməyi bacarır.
FTN 7. Qrammatik cəhətdən cümə üzvləri ilə bağlı olmayan sözlərin üslubi xüsusiyyətlərindən istifadə edir.
FTN 8. Mətndəki söz və ifadələri üslubi xüsusiyyətinə görə fərqləndirmək, izah etmək və müxtəlif üslublarda mətn hazırlamağı bacarır.
FTN 9. Nitqdə tez-tez rast gəlinən üslubi qüsurları ayırd etməyi və aradan qaldırılması yollarını bilir.
FTN 10. Müxtəlif əməli yazı növlərinə aid nümunələr hazırlamağı bacarır.
S/f. SÖZ YARADICILIĞI
FTN 1. Söz yaradıcılığı fənninin mahiyyətini, strukturunu, cəmiyyətdə funksiyasını şərh edir.
FTN 2. Fonetik söz yaradıcılığının yollarını, mərhələləri, leksik yolla söz yaradıcılığının yollarını, düzəltmə və mürəkkəb sözlərin sadə sözlərə çevrilməsi prosesini, semantik yolla söz yaradıcılığının üsullarını, şəkilçilərin məna ardıcıllığını aydınlaşdırır.
FTN 3. Leksik yolla söz yaradıcılığı haqqında məlumat verir.
FTN 4. Semantik yolla söz yaradıcılığının üsullarını şərh edir.
FTN 5.Morfoloji yolla söz yaradıcılığı haqqında məlumat verir.
FTN 6. Sözyaratma prosesində şəkilçilərin rolunu praktik şəkildə təhlil edir.
FTN 7. Mürəkkəb sözlərin söz yaratma prosesini təhlil edir.
FTN 8. Köməkçi nitq hissələrinin söz yaradıcılığında rolunu praktik şəkildə aydınlaşdırır.
FTN 9. Söz yaradıcılığı ilə bağlı dərin bilik nümayiş etdirir.
FTN10. Öz elmi fəaliyyətinin nəticələrini ixtisaslı təhlil etmək, qiymətləndirmək, mücərrədləşdirmək, təqdim və təbliğ etmək bacarıqlarına yiyələnir.
S/f. MƏTNİN LİNQVİSTİK TƏHLİLİ
FTN 1. Mətnin linqvistik təhlilinin mahiyyətini, fənnin məqsəd və vəzifələrini, prinsiplərini, həmçinin linqvistik təhlilin ədəbiyyatşünaslıq təhlilindən fərqini bilir
FTN 2. Xüsusi və ümumi təhlil aparma bacarığına sahibdir. Mətnin dili, bədii dilin tərkibinin xüsusiyyətlərini bilir
FTN 3. Poetik dilin, nəsr və dram dilinin səciyyəvi xüsusiyyətlərini mənimsəyir
FTN 4. Linqvistik təhlilin konkret prinsiplərini, metod və üsullarını, mərhələlərini bilir
FTN 5. Bədii dilin fonetik imkanlarını bilmək və nitq quruluşunun təhlili vərdişlərinə yiyələnir
FTN 6. Qrammatik təhlil və onun aparılma metodikasını mənimsəmək, nəzm əsərlərinin linqvistik təhlili bacarığına yiyələnir
FTN 7. Nəsr əsərlərinin linqvistik təhlilini bacarır, dram əsərlərinin linqvistik təhlili metodunu şərh edir.
S/f. ÜMUMTƏHSİL KURİKULUMUNUN ƏSASLARI
FTN1. Fənnin mahiyyətini, Azərbaycan təhsil sisteminin quruluşunu izah edir, əsas pedaqoji anlayışları, kurikulim islahatını zəruri edən səbəbləri şərh edir.
FTN 2. Fənn kurikulumunu, məzmununu, standart anlayışını, onun əhəmiyyətini izah edir, şagirdləri idrak fəaliyyətinə cəlb etməklə onlarda akademik nailiyyətləri yüksəltməyin yollarına nail olur, dərsin planlaması, dərsin məqsədinin müəyyənləşdirilməsi, tapşırığın hazırlanması və qiymətləndirmənin sistemli və ardıcıl şəkildə təşkil edir.
FTN 3. Məllimin bələdçilik funksiyasını təhlil edir, təlim prosesində istifadə olunan forma və üsulları , təlim metodlarını, mvasitələrini, istifadə edilən texnologiyalarını tətbiq edir.
FTN 4. Şagirdlərdə bütün zəka növlərinə müxtəlif nisbətlərdə sahib olmalarını müəyyən edir, şagirdlərdə öyrənməyi öyrənməkkompetensiyalarını formalaşdırır.
FTN 5. Illik və cari planlaşdırma üzrə dərs nümunələrini hazırlamaqbacarığını nümayiş etdirir, Microsoft office proqramlarının ixtisas məsələlərinin həllində tətbiq edir.
FTN 6. Ümumi təhsil sistemində qiymətləndirmənin prinsiplərini müqayisəli təhlil edir, təlim prosesinin qiymətləndirilməsi üzrə bacarıq nümayış etdirir.
S/f. RUS ƏDƏBİYYATI
FTN 1. Rus ədəbiyyatının qədim dövrü haqqında məlumatları ümumiləşdirir;
FTN 2. XIX əsr rus ədəbiyyatı haqqında bilgilərə aydınlıq gətirir;
FTN 3. Rus ədəbiyyatının inkişaf tarixi və qanunauyğunluqları haqqında şərh verir;
FTN 4. Dünya və rus poeziyasının nəhəngi A.S.Puşkinin, M.Y.Lermontovun, N.A.Nekrasovun və başqalarının yaradıcılığına dair ümumiləşdirmələr aparır;
FTN 5. Rus dramaturgiyası və N.V.Qoqolun yaradıcılığını müasir təfəkkür işığında şərh edir;
FTN 6. Dünyaşöhrətli yazıçı L.N.Tolstoy və Nobel mükafatçısı M.A.Şoloxovun yaradıcılığını, zəngin bədii irsini təhlilə cəlb edir.
S/f. ƏN YENİ AZƏRBAYCAN ƏDƏBİYYATI
FTN 1. Ən yeni Azərbaycan ədəbiyyatının özünəməxsus mərhələ və xüsusiyyətlərinə dair biliklərini ümumiləşdirir;
FTN 2. 60-cı illər Azərbaycan poeziyasının ictimai-siyasi-mənəvi proseslər kontekstində şərhini verib,poeziyada müasirliyin yeni bir məzmun kəsb etməsi məsələsinə aydınlıq gətirir;
FTN 3. Keçən əsrin 60-80-ci illərində Azərbaycan poeziyasında özünü büruzə verən keçmişlə bu günün qırılmaz bağlılığı məsələsini şərh edir;
FTN 4. 50-ci illərin sonlarından başlayaraq poeziyada lirik qəhrəmanın fikri yetkinliyini gerçəkliyi dərk etməsi, zamanla dialoqa girməsi, həyat və ömür yolu barədə fəlsəfi düşüncələrini aydınlaşdırır;
FTN 5. 60-80-ci illərin poeziyasında vətənpərvərlik məfhumunun başlıca missiyasını ayrı-ayrı söz sənətkarlarının yaradıcılığı işığında ümumiləşdirir;
FTN 6. 60-cı illərdə poeziya, nəsr və dramaturgiyada baş verən yenilik meyillərinin, lirik-psixoloji üslubun üstün mövqe qazanması, mənəvi-əxlaqi mövzulara daha çox üstünlük verilməsi məsələsinin şərhini verir.
FTN 7. Keçən əsrin 90-cı
illərinin ədəbi-mədəni mühitinin səciyyəvi xüsusiyyətlərinə aydınlıq gətirir.
Əlavə 2
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (050101) ixtsasında tədris olunan fənlərin və Təhsil Proqramının təlim nəticələrinin matrisi
Sıra № | Fənnin şifri | Fənnin adı | PTN 1 | PTN 2 | PTN 3 | PTN 4 | PTN 5 | PTN 6 | PTN 7 | PTN 8 | PTN 9 | PTN 10 | PTN 11 |
ÜF-B01 | Azərbaycan tarixi | x | |||||||||||
ÜF-B02 | Azərbaycan dilində işgüzar və akademik kommunikasiya | x | x | x | |||||||||
ÜF-B03-1 | Xarici dildə işgüzar və akademik kommunikasiya-1 | x | |||||||||||
ÜF-B03-2 | Xarici dildə işgüzar və akademik kommunikasiya-2 | x | |||||||||||
ÜFS-B04,I | Fəlsəfə | x | |||||||||||
Sosiologiya | x | ||||||||||||
Azərbaycan Respublikasinin Konstitusiyasi və hüququn əsasları | x | ||||||||||||
Məntiq | x | ||||||||||||
Etika | x | ||||||||||||
ÜFS-B04,II | İnformasiyanın idarə edilməsi | x | |||||||||||
Politologiya | x | x | x | ||||||||||
Mədəniyyətşünaslıq | x | ||||||||||||
Ixtisas fənləri | |||||||||||||
İPF-B001 | Pedaqogika | x | |||||||||||
İPF-B002 | Psixologiya | x | |||||||||||
İPF-B003 | Təhsildə İKT | x | |||||||||||
İPF-B004 | Multikulturalizmə giriş | x | |||||||||||
İPF-B005 | Dilçiliyə giriş | x | x | x | |||||||||
İPF-B006 | Müasir Azərb.dili-1 | x | |||||||||||
Müasir Azərb.dili-2 | x | ||||||||||||
Müasir Azərb.dili-3 | x | ||||||||||||
Müasir Azərb.dili-4 | x | ||||||||||||
Müasir Azərb.dili-5 | x | ||||||||||||
İPF-B007 | Azərbaycan dilinin tədrisi metodikası | x | x | ||||||||||
İPF-B008 | Ədəbiyyatşünaslığa giriş | x | |||||||||||
İPF-B009 | Şifahi xalq ədəbiyyatı | x | |||||||||||
İPF-B010 | Azərb.ədəb.tarixi-1 | x | |||||||||||
Azərb.ədəb.tarixi-2 | x | ||||||||||||
Azərb.ədəb.tarixi-3 | x | ||||||||||||
Azərb.ədəb.tarixi-4 | |||||||||||||
Azərb.ədəb.tarixi-5 | x | ||||||||||||
İPF-B011 | Dünya ədəbiyyatı-1 | x | |||||||||||
Dünya ədəbiyyatı-2 | x | ||||||||||||
Dünya ədəbiyyatı-3 | x | ||||||||||||
İPF-B012 | Ədəbiyyatın tədrisi metodikası | x | x | ||||||||||
İPF-B013 | İfadəli oxu | x | |||||||||||
İPF-B014 | Mülki müdafiə və ilkin tibbi yardım | x | |||||||||||
BLOK-I ATMEF-BO1 | Azərb.dili orfoq.və orfoep.tədrisi | x | x | ||||||||||
Azərb.dilinin tarixi qrammatikası | x | ||||||||||||
BLOK-II ATMEF-BO2 | Azərbaycan dialektologiyası | x | |||||||||||
Əski Azərb.yazısı | x | ||||||||||||
Türkologiyaya giriş | x | ||||||||||||
Məktəbşünaslıq | x | ||||||||||||
BLOK-III ATMEF-BO3 | Azərbaycan ədəbiyyatında intibah | x | |||||||||||
BLOK-IV ATMEF-B-04 | Uşaq ədəbiyyatı | x | |||||||||||
Azərbaycan maarifçilik ədəbiyyatı | x | ||||||||||||
BLOK-V ATMEF-B05 | Qədim dil | x | |||||||||||
Onomastika | x | ||||||||||||
BLOK-VI ATMEF-B06 | Azərb.dili tarixi | x | |||||||||||
BLOK-VII ATMEF-B07 | Terminoloji leksika | x | |||||||||||
Azərb.dilinin üslubiyyatı | x | ||||||||||||
BLOK-VIII ATMEF-B08 | Söz yaradıcılığı | x | |||||||||||
Mətnin linqvistik təhlili | x | ||||||||||||
Ümumtəhsil kurikulumunun əsasları | x | ||||||||||||
BLOK-IX ATMEF-B09 | Rus ədəbiyyatı | x | |||||||||||
Ən yeni Azərb.ədəb | x | ||||||||||||
BLOK-X ATMEF-B10 | Azərb.romanının ink.tarixi | x |
MÜNDƏRİCAT
Giriş…………………………………………………………………………………………………………..3
Təhsil proqramının təlim nəticələri…………………………………………………………………4
Fənlər üzrə təlim nəticələri. Azərbaycan tarixi…………………………………………………6
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya………………………..6
Xarici dildə işgüzar və akademik kommunikasiya-1 (fars dili) ………………….7
Xarici dildə işgüzar və akademik kommunikasiya-2 (fars dili) ………………….8
Xarici dildə işgüzar və akademik kommunikasiya-1 (ingilis dili) …………….. 8
Xarici dildə işgüzar və akademik kommunikasiya-2 (ingilis dili) ……………….9
Xarici dildə işgüzar və akademik kommunikasiya-1 (rus fars dili) …………..10
Xarici dildə işgüzar və akademik kommunikasiya-2 (rus dili) ………………….10
S/f. Fəlsəfə……………………………………………………………………………………….11
S/f Sosiologiya………………………………………………………………………………….12
S/Azərbaycan Respublikası Konstitusiyası və hüququn əsasları……………12
S/f Məntiq…………………………………………………………………………………………13
S/f Etika……………………………………………………………………………………………14
S/f İnformasiya texnologiyaları, informasiyanın idarə edilməsi…………………15
S/f Politologiya………………………………………………………………………………….15
S/f Mədəniyyətşünaslıq………………………………………………………………………16
Pedaqogika………………………………………………………………………………………17
Psixologiya……………………………………………………………………………………….18
Təhsildə İKT……………………………………………………………………………………..19
Multikulturalizmə giriş…………………………………………………………………………20
Dilçiliyə giriş……………………………………………………………………………………..21
Müasir Azərbaycan dili-1 (fonetika)……………………………………………………..22
Müasir Azərbaycan dili-2 (leksika)……………………………………………………….23
Müasir Azərbaycan dili-3 (leksika)……………………………………………………….24
Müasir Azərbaycan dili-4 (morfologiya)………………………………………………..24
Müasir Azərbaycan dili-5 (sintaksis)…………………………………………………….25
Azərbaycan dilinin tədrisi metodikası…………………………………………………..26
Ədəbiyyatşünaslığa giriş……………………………………………………………………28
Şifahi xalq ədəbiyyatı………………………………………………………………………..29
Azərbaycan ədəbiyyatı tarixi-1 (Qədim dövr Azərbaycan ədəbiyyatı)……..29
Azərb.ədəbiyyatı tarixi-2 (Orta dövr və yeni dövr I mərhələ Azərbaycan ədəbiyyatı)………………………………………………………………………………………30
Azərbaycan ədəbiyyatı tarixi-3 (Qədim dövr Azərbaycan ədəbiyyatı)…….31
Azərbaycan ədəbiyyatı tarixi-4 (XIX əsr Azərbaycan ədəbiyyatı)………….31
Azərbaycan ədəbiyyatı tarixi-5 (XX əsr Azərbaycan ədəbiyyatı)…………..32
Dünya ədəbiyyatı-1 (Antik dövr və XIII-XVII əsrlər Qərbi Avropa ədəbiyyatı)………………………………………………………………………………………33
Dünya ədəbiyyatı-2 (XVIII əsr dövrü)…………………………………………………33
Dünya ədəbiyyatı-3 (XX əsr Qərbi Avropa və Amerika ədəbiyyatı)……….34
Ədəbiyyatın tədrisi metodikasl…………………………………………………………..35
İfadəli oxu……………………………………………………………………………………….35
Mülki müdafiə və ilkin tibbi yardım……………………………………………………..36
S/f.Azərbaycan dilinin orfoqrafiya və orfoepiyasının tədrisi……………………..37
S/f Azərbaycan dilinin tarixi qrammatikası…………………………………………….38
S/f Azərbaycan dialektologiyası…………………………………………………………..39
S/f Əski Azərbaycan yazısı…………………………………………………………………39
S/f Türkologiyaya giriş……………………………………………………………………….41
S/f Məktəbşünaslıq……………………………………………………………………………42
S/f Azərbaycan ədəbiyyatlnda intibah………………………………………………….43.
S/f Uşaq ədəbiyyatı…………………………………………………………………………..43
S/f Azərbaycan maarifçilik ədəbiyyatı………………………………………………….44
S/f Onomastika………………………………………………………………………………..45
S/f Qədim dil……………………………………………………………………………………46
S/f Azərbaycan dili tarixi……………………………………………………………………46
S/f Nitq mədəniyyəti…………………………………………………………………………47
S/f Terminoloji leksika………………………………………………………………………48
S/f Azərbaycan dilinin üslubiyyatı………………………………………………………48
S/f Söz yaradıcılığı…………………………………………………………………………..49
S/f Mətnin linqvistik təhlili………………………………………………………………….50
S/f Ümumtəhsil kurikulumunun əsasları………………………………………………51
S/f Rus ədəbiyyatı……………………………………………………………………………52
S/f Ən yeni Azərbaycan ədəbiyyatı…………………………………………………….52
Təlim nəticələrinin
matrisi………………………………………………………………….54