ELM VƏ TƏHSİL NAZİRLİYİ
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ
BAKALAVRİAT TƏHSİL SƏVİYYƏSİNİN
050205 – FILOLOGIYA
(AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI) İXTİSASI ÜÇÜN
TƏHSİL PROQRAMI VƏ FƏNLƏR ÜZRƏ
TƏLİM NƏTİCƏLƏRİ
Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının 26.12.2023-cü il, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının 20.12.2023-cü il tarixli iclaslarında müzakirə edilərək bəyənilmiş və qəbul edilmişdir.
GƏNCƏ – 2024
Hazırlayanlar: Telman Ziyatxan oğlu Quliyev
Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının müdiri, Filologiya elmləri doktoru, professor
Səba Azad qızı Namazova
Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı
kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
GİRİŞ
Təlim nəticələri anlayışı tələbəyə yönəlmiş ali təhsil sisteminin başlıca konseptual əsasını formalaşdırır. Təlim nəticələri təhsil prosesini tamamladıqdan sonra tələbənin nəyi bilməli, anlamalı və ya nümayiş etdirə bilməli olduğuna dair ifadələrdir.
Gözlənilən təlim nəticələri hər kurs və proqram üzrə tədris başlamazdan əvvəl yazılmalı və tədris prosesi zamanı professor-müəllim heyətinin üzvü və tələbə arasında dialoq vasitəsilə inkişaf etdirilməlidir.
Təlim nəticələrindən istifadə kvalifikasiyaların qiymətləndirilməsində iştirak edən müəssisələrə, işəgötürənlərə və digərlərinə kvalifikasiyaları daha aydın anlamağa yardım etmək üçün kvalifikasiyaların təsvirində istifadə edilən ortaq dildir.
Proqram və fənlərin təsvirində təlim nəticələrindən istifadə proqramın, yaxud modulun sonunda tələbələrdən nə gözlənildiyini onlara daha aydın şəkildə çatdırır. Təlim nəticələrinin üstünlüklərindən biri ondan ibarətdir ki, tələbələrdən nəyə nail olmaq tələb olunduğu və nailiyyətlərini necə nümayiş etdirmək lazım olduğu aydın surətdə göstərilir.
Metodik tövsiyədə 050205- Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üçün təhsil proqramı üzrə təlim nəticələri, fənlər üzrə təlim nəticələri, eləcə də tədris olunan fənlərin və təhsil proqramının təlim nəticələrinin matrisi verilmişdir.
Təlim nəticələrinin
kvalifikasiyaların qiymətləndirilməsində iştirak edən maraqlı tərəflərə daha
aydın və anlaşıqlı olması üçün mütəmadi olaraq ayrı-ayrı fənlərin təlim nəticələri
kafedrada yaradılmış komissiya tərəfindən ekspertiza edilir.
Əlavə 1
050205 – FILOLOGIYA (AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI) İXTİSASI
TƏHSİL PROQRAMI VƏ FƏNLƏR ÜZRƏ
TƏLİM NƏTİCƏLƏRİ
TƏHSİL PROQRAMININ TƏLİM NƏTİCƏLƏRİ (PTN)
PTN 1. Yüksək yaradıcı və tənqidi təfəkkürə, vətənpərvərliyə, geniş erudisiyaya, sosial-siyasi məsuliyyətə, yazılı və şifahi nitq vərdişlərinə yiyələnir, bir neçə xarici dildən ərbəst istifadə etməyi bacarır.
PTN 2. Empirik və analitik tədqiqat vərdişlərini inkişaf etdirmək; müqayisə, qarşılaşdırma, analiz və sintez kimi elmi-akademik bacarıqlar formalaşdırmaq; sahə işi, məlumatın toplanması, emalı və sistemləşdirilməsi vərdişlərini əldə etmək
PTN 3. Dilin müxtəlif funksional üslublarını müvafiq situasiyalarda uğurla tətbiq edə bilmək; dil vərdişlərini praqmatik-kommunikativ, mədəniyyətlərarası ünsiyyət, sosiolinqvistik kompetensiya baxımından istifadə edə bilmək; bütün bunların əsasında konkret dil materialını və mətnin qurulması xüsusiyyətlərini təhlil edə bilmək
PTN 4. Dilin tarixi inkişaf mərhələlərini əks etdirən mətnləri ayırd etmək; ədəbi qaynaqlarda müvafiq dövrü əks etdirən dil xüsusiyyətlərini anlamaq və təhlil edə bilmək
PTN 5. Dilin sistemini, strukturunu, mahiyyətini, funksiyalarını, eləcə də dil vahidlərinin özəlliklərini anlamaq; bunların elmi izahını verə bilmək; bunları mətn daxilində ayırd etmək və təhlil etmək
PTN 6. Ayrı-ayrı dilçilik məktəbləri/cərəyanları və onların məşğul olduqları problemlər haqqında müfəssəl bilik əldə etmək; bu məktəbləri/cərəyanları qarşılaşdırmalı şəkildə təhlil edə bilmək; dilin sisteminİn/strukturunun tədqiqatı baxımından bu məktəblərin/cərəyanların tənqidi təhlilini vermək; dillə bağlı müasir dövrdə hansı araşdırma istiqamətlərinin (və nə üçün) prioritet təşkil etməli olduğu haqda şəxsi mülahizə yürüdə bilmək
PTN 7. Ədəbi formaları, janrları, ədəbi-bədii üslublan anlamaq, mətn daxilində ayırd etmək və ədəbi əsərləri bu aspektlər baxımından təhlil etmək
PTN 8. Bədii təsvir və ifadə vasitələrini mənimsəmək, ayırd edə bilmək və yazılı və şifahi nitq prosesində – lazım gəldiyində və ya verilən tapşırığın bir hissəsi kimi tətbiq edə bilmək
PTN 9. Ədəbi mətni oxuyub təhlil etmək və ədəbi əsərdə qoyulmuş problemi müəyyən edib bu haqda sərbəst mülahizə yürütmək
PTN 10. Müasir ədəbi prosesləri anlamaq və bu proseslərin müasir dövrün müxtəlif tendensiyalarını, problemlərini, prioritetlərini və s. nə cür əks etdirdiyi haqda mülahizələr irəli sürmək
PTN 11. İxtisas dilinin əsas dil olduğu ölkə(lər)in /region(lar)ın tarxi, coğrafi, siyasi, mədəni, etnoqrafik və sosial xüsusiyyətləri ilə bağlı təməl iliklərə sahib olmaq
FƏNLƏR ÜZRƏ TƏLİM NƏTİCƏLƏRİ (FTN)
AZƏRBAYCAN TARİXİ
FTN 1. Azərbaycanın dünyanın ən qədim yaşayış məskənlərindən, ilk sivilizasiya məkanlarından biri olmasını müəyyən etməyi bacarır.
FTN 2. Azərbaycanın müxtəlif dövrlərdə dövlətçiliyinin təşəkkülü şəraitini, siyasi, beynəlxalq amilləri təhlil etməyi bacarır.
FTN 3. Azərbaycanda milli-dövlətin təşəkkülü, formalaşmasında ideoloji, iqtisadi və mədəni amillərin rolunu təhlil etməyi bacarır; azərbaycançılıq ideologoyasını dərk edir.
FTN 4. Müxtəlif dövrlərdə Azərbaycan dövlətçiliyinin zəifləməsinə təsir göstərmiş xarici və daxili amilləri təhlil etməyi və ümumiləşdirməyi bacarır.
FTN 5. Azərbaycan dövlətinin müasir dünyada yeri və rolunu sistemli şəkildə öyrənir.
FTN 6. Müasir mərhələdə Azərbaycan dövlətçiliyinin güclənməsini şərtləndirən amilləri, şəxsiyyətin rolunu təhlil və müəyyən etməyi bacarır
FTN 7. Azərbaycan Respublikası təməl prinsiplərinin nöhkəmləndirilməsində tarixi bilik və bacarıqlardan istifadə etmək qabiliyyətləri var.
AZƏRBAYCAN DİLİNDƏ İŞGÜZAR VƏ AKADEMİK KOMMUNİKASİYA
FTN 1. Müasir qloballaşma şəraitində ana dilinə göstərilən dövlət qayğısı sayəsində işgüzar və akademik kommunikasiyanın formalaşmasını, “İşgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələrini bilir. Dövlət dili haqqında fərman və sərəncamlar, “Ulu öndər Heydər Əliyev və Azərbaycan dili” mövzusunda təqdimatlar hazırlayır;
FTN 2. Nitq mədəniyyəti və mədəni nitq anlayışını fərqləndirir. Nitq mədəniyyətinin üslubları və Azərbaycan ədəbi dilinin normalarının kommunikativlikdəki rolunu bilir. Azərbaycan dilində kommunikativliyin sabit və sərbəst norma prinsiplərini müasir tələblər səviyyəsində qurur
FTN 3. Azərbaycan ədəbi dilinin üslublar sistemi və üslublarda diferensasiya və inteqrasiya məsələlərini şərh edir.
FTN 4. Kommunikasiya etikasını mənimsəməklə yazılı və şifahi nitq etiketlərindən düzgün istifadə edir.
FTN 5. İşgüzar ritorikaya aid nəzəri və praktik çalışmaları yerinə yetirir.
FTN 6. Bədən dili, jest, mimika və geyim tələblərinin kommunikasiyada əsas vasitə olması məsəllərini şərh edir;
FTN 7. Azərbaycan dilində təqdimat etmə bacarığı nümayiş etdirir. İnformasiya cəmiyyəti və müasir dilçilik, internetdə Azərbaycan dili kontentləri barədə təqdimat hazırlayır.
XARİCİ DİLDƏ İŞGÜZAR VƏ AKADEMİK
KOMMUNİKASİYA-1
(ingilis dili)
FTN 1. Gündəlik həyatda sadə cümlələrdən istifadə etməklə ünsiyyət qurur.
FTN 2. Müxtəlif işgüzar vəziyyətlərdə ünsiyyət qurur.
FTN 3. Gündəlik və peşə həyatlarında qarşılaşa biləcəkləri fərqli kontekstlərdə şifahi şəkildə ünsiyyət yaratmağı bacarır.
FTN 4. İşgüzar və akademik yazının xüsusiyyətlərini bilmək, fərqli kontekstlərdə mətnlər hazırlayır.
FTN 5. Akademik və işgüzar nitqin məzmununu və quruluşunu bilmək, ünsiyyət əlaqələrində istifadə edir.
FTN 6. İngilis dilində kiçik paraqrafları, dialoq və mətnləri oxuyub anlamaq, müxtəlif kontekstlər üzrə yazılı və şifahi ifadə bacarıqlarına yiyələnir.
XARİCİ DİLDƏ İŞGÜZAR VƏ AKADEMİK
KOMMUNİKASİYA-2
(ingilis dili)
FTN 1. Gündəlik həyatda sadə cümlələrdən istifadə etməklə ünsiyyət qurur.
FTN 2. Müxtəlif işgüzar vəziyyətlərdə ünsiyyət qurur.
FTN 3. Gündəlik və peşə həyatlarında qarşılaşa biləcəkləri fərqli kontekstlərdə şifahi şəkildə ünsiyyət yaratmağı bacarır.
FTN 4. İşgüzar və akademik yazının xüsusiyyətlərini bilərək fərqli kontekstlərdə mətnlər hazırlayır.
FTN 5. Akademik və işgüzar nitqin məzmununu və quruluşunu bilərk ünsiyyət əlaqələrində istifadə edir.
FTN 6. İngilis dilində kiçik paraqrafları, dialoq və mətnləri
oxuyub anlayaraq, müxtəlif kontekstlər üzrə yazılı və şifahi ifadə
bacarıqlarına yiyələnir.
XARİCİ DİLDƏ İŞGÜZAR VƏ AKADEMİK
KOMMUNİKASİYA-1
(fransız dili)
FTN.1. Ümumi fransız dilində dinləmə, danışıq, oxu və yazı bacarıqlarına yiyələnir, gündəlik söhbətləri eşidib anlayır, onlara qeyri-rəsmi cavab verir, dialoq qurur, mürəkkəb cümlələri düzgün zaman formasında şifahi işlədir.
FTN.2. Kiçik mətnləri oxuyub anlayır, mətnlər üzrə suallara cavab verir, A1 səviyyəsi üzrə lüğətə yiyələnir.
FTN.3. A1 səviyyəsi üzrə sözlərdən istifadə etməklə sadə cümlələr qurur.
FTN.4. Ümumi fransız dilində A1 səviyyədə dialoqları dinləyib anlayır, 50-60 sözlük esselər yazır.
FTN.5. Ümumi fransız dilində A1 səviyyəsində kinoları izləyir, kitabları oxuyur, onlar haqqında şərh yazır, onları təhlil edir, etdikləri təhlilləri təqdimatlar vasitəsilə dinləyiciyə çatdırır.
FTN.6. İşgüzar fransız dili lüğətinə yiyələnir, 3-cü şəxsin adından istifadə edərək fikirlər irəli sürür.
FTN.7. Qrammatik qaydaları öyrəndikdən sonra quizlər işləyə bilir.
XARİCİ DİLDƏ İŞGÜZAR VƏ AKADEMİK
KOMMUNİKASİYA-2
(fransız dili)
FTN 1. Cəmiyyətin müxtəlif sahələrinə (məsələn, şəxsi və ailə məlumatları, alış-veriş, yerli coğrafiya, məşğulluq və s.) aid cümlələri və tez-tez istifadə olunan ifadələri təsvir edir.
FTN 2. Fransız dilində kiçik paraqrafların, rəsmi və qeyri-rəsmi məktubların yazılma qaydasını mənimsəyir
FTN 3. Gündəlik işlərdə və məişətdə işlədilən sadə ünsiyyəti təmin edən təməl cümlələrlə ünsiyyət prosesini təşkil edir.
FTN 4. Danışıq zamanı müxtəlif mövzularda xarici dildə səmərəli ünsiyyət qurmaq üçün məlumatlardan istifadə edir
FTN 5. Ümumi fransız dilində kinoları izləməyi, kitabları oxumağı, onlar haqqında şərh yazmağı, onları təhlil etməyi, etdikləri təhlilləri təqdimatlar vasitəsilə dinləyiciyə çatdırmağı mənimsəyir
FTN 6. Gündəlik və peşə həyatlarında qarşılaşa biləcəkləri fərqli kontekstlərdə şifahi şəkildə ünsiyyət qurur
FTN 7. Işgüzar və akademik yazının xüsusiyyətlərini bilərək, fərqli kontekstlərdə olan mətnləri əlaqələndirir
FTN 8. Akademik və işgüzar nitqin məzmununu və quruluşunu dərk edərək xarici dildə ünsiyyət əlaqələrini inkişaf etdirərək təhlil aparır, 3-cü şəxsin adından istifadə edərək fikirlərini irəli sürə bilir
S/f. FƏLSƏFƏ
FTN 1. Fəlsəfə nəzəri dünya görüşünü bilir.
FTN 2. Fəlsəfə dünyagörüşün dünyaya və orada insanın yerinə dair, insanin gerçəkliyə, təfəkkürün varlığa münasibətinə dair ən ümumi nəzəri baxışlar sistemini bilir.
FTN 3.Fəlsəfi dünyagörüşü idealist və ya materialist meyilli olmasından asılı olmayaraq həmişə insana, onun dünyaya münasibətini bilir.
FTN 4. Müstəqillik yolunda inamla irəliləyən Azərbaycanda milli ideologiyanın formalaşmasının qanunauyğunluqlarını öyrənir.
FTN 5.Fəlsəfə nəzəri dünyagörüşü olmaqla bəşəriyyətin, varlığın gerçəkliyə
təfəkkürün varlığa münasibətinə dair fikirləri tələbələrə düzgün çatdıra bilir.
FTN 6.Fəlsəfi dünya görüş materialist və idealist meyilli olmasından asılı olmayaraq hər zaman insana onun dünyaya münasibətini əsaslandığını, elmlənən gənclər
öyrənir.
S/f. SOSİOLOGİYA
FTN 1. Sosiologiya və onun əhəmiyyətini, predmet və funksiyalarını dərk edir, cəmiyyət və onun strukturunu bilir
FTN 2. Sosial ərazi birlikləri və sosial strukturun mahiyyətini müqayisə etməyi bacarır
FTN 3. Sosial qanunları və sosial mobilliyi müqayisə edir, sosial etnik münasibətləri təhlil etməyi bacarır
FTN 4. Sosial institutlar və təşkilatların fəaliyyətini təhlil edir, sosial nəzarətin metodlarından istifadəni bacarır
FTN 5. Siyasətin, idarəetmənin,
ictimai rəyin və hüququn sosiologiyasının müqayisəli təhlili ilə bağlı
auditoriya qarşısında təqdimat etməyi bacarır
S/f. AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYASI VƏ HÜQUQUN ƏSASLARI
FTN 1. Hüququn anlayışı, nəzəriyyələri, onun obyektləri və subyektləri, norma və prinsipləri, mənbələri və s. haqqında lakonik, lakin dolğun məlumat və biliklərin əldə edilməsini bacarır
FTN 2. Dövlətin anlayışı və onun mənşəyi haqqında nəzəriyyələr, dövlətlərin təsnifatı və konstitusiya haqqında məlumat və biliklərin mənimsənilməsi bacarır
FTN 3. Hüquqda insan və vətəndaş anlayışları, insan hüquqlarının anlayışı və təsnifatı, vətəndaşlıq məsələləri ilə əlaqədar bilikləri bilir;
FTN 4. Azərbaycan Respublikasında dövlət hakimiyyəti və idarəçilik sisteminin, habelə yerli özünüidarəetmənin və vətəndaş cəmiyyətinin mahiyyətinin bilir
FTN 5. Mülkiyyət, mülki hüquq, mülki müqavilə, habelə onlarla əlaqəli hüquqi anlayış və qavramların, müvafiq qanunvericilikdə əksini tapmış norma və prinsiplərini bacarır;
FTN 6. Ailə qavramının hüquqi-sosioloji əsaslarının araşdırılması, ailə qanunvericiliyinin təməl normalarının öyrənilməsini bilir
FTN 7. Müasir əmək bazarının araşdırılması qabiliyyətlərinin mənimsənilməsi.Əmək müqaviləsi, əmək hüquqları, əməyin mühafizəsi və s. fundamental hüquqi məsələlərin təhlili və araşdırılması bacarır.
FTN 8. Cinayət və cəza anlayışları, habelə cinayət qanunvericiliyinin təməl norma və prinsipləri haqqında məlumat və biliklərin əldə edilməsini bilir
FTN 9.İnzibati hüquq pozuntusu, inzibati məsuliyyət və s. anlayışların ətraflı öyrənilməsi, habelə hüquqların inzibati qaydada müdafiəsi məsələlərinin araşdırlmasını bacarır
S/f. MƏNTİQ
FTN 1. Fənnin tədrisi nəticəsində tələbə təfəkkürünün qanunauyğunluqlarını bilir.
FTN 2. Bu qanunauyğunluqların öyrənilməsi tələbələrə mülahizə prosesində fikrin düzgün qurulmasını bilir.
FTN 3. Məntiq elminin qanunauyğunluqlara istinad edərək öyrənilməsi onlardan şüurlu surətdə istifadə olunmasına və mülahizələrin təhlil edilməsini bacarır.
FTN 4. Məntiq mülahizələrin düzgün və yaxud səhv olduğunu müəyyən edərək həqiqəti yanlışlıqdan ayırmağı bilir.
FTN 5.Təfəkkürün qanunauyğunluqlarının öyrənilməsi, onlardan mülahizə prosesində şüurlu surətdə istifadə edilməsini bacarır
FTN 6. Daha ardıcıllıqla, qeyri-ziddiyyətli, sübutlu düşüncə səriştəsini yaratmaqla həm özünün, həm də özgənin fikirlərinə qarşı tənqidi münasibət qaydalarını bilir.
S/f. ETİKA
FTN 1. Əsas əxlaqi anlayışlar kimi çıxış edən xeyir və şərin mahiyyətini dərk edərək, sosialhəyatda üzləşdiyi situasiyaları xeyir və şər prizmasını təsvir edir;
FTN 2. İstər qədim vəortaəsrlər tarixində, istərsədəmüasir dövrdə geniş yayılmış incəsənətnövlərinin mahiyyətini dərk edir;
FTN 3. Sosaial-əxlaqi fəzilətlərin mahiyyətini,əməksevərlik, vətənpərvərlik kimi formalarıncəmiyyət həyatında rolunu izah edir;
FTN 4. Estetikanın vəbəşəriyyətin estetik zövqünün formalaşma tarixindəxüsusiəhəmiyyətkəsb edən estetik konsepsiyaların mahiyyətini və onara tənqidi münasibəti təhlil edir;
FTN 5. Əsas estetik kateqoriyalar kimi çıxış edən gözəllik vəeybəcərlik, ülvilik vərəzillik,faciəvilik və komiklik kimi anlayışların məzmununu öyrənərək onlarda estetik tərbiyə və estetik zövq formalaşdırır;
FTN 6. Azadlıq, məsuliyyət, vicdan, borc, ləyaqət və qürur kimi anlayışların məzmunuçərçivəsində insan davranışını dəyərləndirir.
S/f.İNFORMASİYA TEXNOLOGİYALARI İNFORMASİYANIN İDARƏ EDİLMƏSİ
FTN 1. İnformasiya texnologiyaları və sistemləri.Verilənlər bazasının idarəetmə sistemləri
FTN 2. Access proqramı.Access-də cədvəllərlə iş
FTN 3.Böyük verilənlərin analitikası. Big Data.Bulud texnologiyaları. Bulud xidmətləri
FTN 4.İnternet. İnternet protokollaı. OSİ modeli.
FTN 5.HTML ilə tanışlıq. Bu dildən istifadə edərək veb səhifələrdə rənglərdən istifadə, siyahıların, hiperistinadların, səhifələrin cədvəllərin yaradılması.
FTN 6. CSS-in HTML sənədə
daxil edilməsi vərdişlərini əldə etmək
S/f. MƏDƏNİYYƏTŞÜNASLIQ
FTN 1. Mədəniyyətin əvvəlki nəsillərin yaradaraq gələcəyə ötürdüyü, bizim həyatımızın əsaslarını müəyyən edən sosial təcrübə və mənəvi irs olduğunu müəyyən edir;
FTN 2. Mədəniyyət haqda mövcud nəzəriyyələri şərh edir;
FTN 3. Mədəniyyətin sənət (incəsənət), əxlaq, qanunlar, adətlər, həmçinin sosial varlıq kimi insanın yaratdığı qabiliyyətlər və bacarıqlar kompleksi olması məsələsinə aydınlıq gətirir;
FTN 4. Estetik mədəniyyətin insan həyatındakı rolunu müəyyənləşdirir;
FTN 5. Azərbaycan ədəbi-mədəni mühitinin inkişaf dövrlərini aydınlaşdırır;
FTN 6. Gender haqqında fikirləri ümumiləşdirir;
FTN 7. Multikulturalizm dəyərlərinin və dinin mədəniyyətlə qarşılıqlı əlaqəsinin şərhini verir.
S/f. POLİTOLOGİYA
FTN 1. Siyasət, demokratiya, siyasi təsisatlar, siyasi proseslər, siyasi hakimiyyət, siyasi sistem, siyasi rejim, seçki sistemi, azadlıq və s. kimi siyasi anlayışların tələbələr tərəfindən mənimsənilməsinə və onlarda siyasi dünyagörüşünün formalaşmasını bacarır.
FTN 2. Beynəlxalq münasibətlərin və eləcə də Azərbaycandakı siyasi proseslərin mahiyyəti haqqında bilikləri bilir.
FTN 3. nəzəri və tətbiqi bilikləri bir-birindən ayırmağı bacarır, onların siyasi qərarların qəbul edilməsindəki rolunu bacarır.
FTN 4. Siyasi tədqiqatlar aparmaq, eləcə də tənqidi və müqayisəli təhlildən istifadə etmək bacarığını bilir.
FTN 5. siyasi prosesləri modelləşdirmək və proqnozlaşdırmağı bacarır.
FTN 6. insan və vətəndaş hüquq və azadlıqlarını dərk etmək və onları ictimai həyatın müxtəlif sahələrində istifadə etməyi bacarır.
FTN 7. dinləmək, öz rəyini müdafiə etmək və diskussiya aparmaq bacarığı, eyni zamanda müxtəlif siyasi problemlərin müstəqil həll edilməsi təcrübəsini bilir.
FTN 8. başqaları ilə əməli münasibətlər qurmaq , nümayəndəli siyasi təsisatlar vasitəsilə fərdi və qrup maraqlarını reallaşdırmağı bacarır.
DİLÇİLİYƏ GİRİŞ
FTN 1. Dilçiliyə giriş fənninin məqsəd və vəzifələrini, dilin ən mühüm xüsusiyyətlərini, dilin ictimai mahiyyətini, dillə təfəkkürün əlaqəsini, dilçiliyin tarixini, müasir xarici dilçilikdəki ən mühüm cərəyanları, dilçiliyin başqa elmlərlə əlaqəsi, əsas struktur vahidlərini, dilin yarusları və onların bir-biri ilə qarşılıqlı əlaqə və münasibətlərini şərh edir.
FTN 2. Dilçilik cərəyanları, məktəbləri, bu məktəblərin görkəmli nümayəndələri və onların yaratdıqları nəzəriyyələri, dilçiliyin sahə və şöbələrini, dilin əsas və periferik vahidlərinin xüsusiyyətlərini, yazı və onun mənşəyi, yazının növləri, əlifbaları təsvir və şərh edir.
FTN 3. Dünya dilləri, dillərin təsnifat prinsipləri haqqında məlumat verir və təsnifini (genealoji, morfoloji, areal, struktur, sosioloji, funksional) aparır.
FTN 4. Ümumdilçilik elminin müxtəlif dillərin, dil qruplarının milli və ümumi inkişaf qanunları ilə əlaqədar nailiyyətlərini izləyərək dil materialını dilin forma və aspektləri, eləcə də dil vahidləri baxımından təhlil edir.
FTN 5. Ümumi linqvistik anlayışlar, dilçiliyin tarixi inkişaf yolu, dilin qrammatik quruluşu haqqında ümumi məlumatı şərh edir.
FTN 6. Dilçiliyin nəzəri əsasları, dilin əmələ gəlməsinə dair nəzəriyyələr haqqında ilkin, ümumi, eyni zamanda, zəruri biliklərə yiyələnməklə elmi mövqeyini arqumentləş-dirməyi bacarır.
FTN 7. Dil və dilçilik haqqında ilkin nəzəri bilik əldə etməklə analitik təfəkkürünü möhkəmləndirmək nəticəsində elmi-nəzəri mənbələr, müxtəlif növ lüğətlər, eləcə də sorğu ədəbiyyatı ilə işləməyi bacarır.
FTN 8. Elmi-nəzəri mənbələr, müxtəlif növ lüğətlər, eləcə də sorğu ədəbiyyatı ilə işləməyi bacarır.
FTN 9. Müxtəlif təhsil texnologiyalarına əsaslanaraq fənn materiallarını şifahi və yazılı təqdim edir.
FTN 10. Fənnə dair əldə etdiyi biliklərini, məlumatlarını əlavə
resurslardan istifadə etməklə daha da zənginləşdirir.
ƏDƏBİYYATŞÜNASLIĞA GİRİŞ
FTN 1. Bədii ədəbiyyatın qanunauyğunluqlarının estetik hadisə kimi dərkinə münasibət bildirir;
FTN 2. Ədəbiyyatla digər incəsənət sahələri və elmlər arasındakı əlaqələri müəyyən edir, bunun bədii mətnə tətbiq imkanlarını araşdırır;
FTN 3. Ədəbiyyat və insan, ədəbiyyat və cəmiyyət, ədəbiyyat və idealogiya,ədəbiyyatda istedadın rolunu dərk etməyin elmi əsaslarını şərh edir;
FTN 4. Bədii ədəbiyyat haqqında nəzəri bilikləri ümumiləşdirirb, ədəbiyyata müstəqil münasibət ifadə edir;
FTN 5. Ədəbiyyatın nəzəri əsasları ilə tanışlıq sayəsində onun fəlsəfəsi barədə də düşüncə yaradır;
FTN 6. Bədii nümunələrin mövzusunun, sənətkar qayəsinin, ideya-bədii xüsusiyyətlərinin tam təsnifatını verir.
ŞİFAHİ XALQ ƏDƏBİYYATI
FTN 1. Xalq ədəbiyyatının etnomədəni sistemin ən möhtəşəm qaynağı olması ilə bağlı sistemli və təfərrüatlı bilgini ümumiləşdirir;
FTN 2. İbtidai düşüncənin, ilkin təsəvvürlərin toplumu olan sənət və mədəniyyət kodlarını, ümumi məzmun qatları ilə bağlı amilləri şərh edir;
FTN 3. Mifdən eposa gəlişin dinamikasının və etnos təsəvvüründə etnik sistemin mükəmməllik konseptinin nələrlə səciyyələnməsini dəyərləndirir;
FTN 4. Növ və janr şəbəkəsində tarixi prosesin axarını, çeşidlilik mənzərəsini, kanonik sistemin mükəmməlləşmə prosesini qiymətləndirir;
FTN 5. Xalq ədəbiyyatı haqqında elmin yaranması, formalaşması və tarixi haqqında bütöv bir sahəni şərh edir;
FTN 6. Çağdaş dünyada özünüdərkin, xalqların taleyində mənəvi
dəyərlərin, mənsubluğun, etnik sistemin rolunun aparıcılığını aydınlaşdırır.
DİL TARİXİ
FTN 1. “Azərbaycan dili” terminoloji anlayışını şərh edir;
FTN 2. Azərbaycan ədəbi dili tarixinin dövrlərini, dövrləşdirmə təcrübələrini öyrənməklə tarixən işlənmiş dil faktlarının Azərbaycan dili tarixinin bu və ya digər dövrünə, (mərhələsinə) mənsubluğunu təyin edir.
FTN 3. Dil faktlarının tariixi inkişaf prosesində məruz qaldığı dəyişiklikləri izah edir;
FTN 4. Orta əsrlər yazılı abidələrində Azərbaycan dilinin fonetik, leksik, qrammatik quruluşunu təsvir edir.
FTN 5. Ədəbi dil normasından kənaraçıxmaların izahını verir;
FTN 6. Azərbaycan dili tarixində öz mürəkkəbliyi ilə fərqlənən XX əsrin əvvəllərinə aid dil situasiyasını təsvir edir.
FTN 7. XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid dilçilik əsərlərini, dil quruculuğu məsələlərini şərh edir.
MƏNTİQ VƏ TƏNQİDİ TƏFƏKKÜR
FTN1. Bu fənn tədrisi çərçivəsində dünyanın ən qədim elmlərindən biri olan məntiq haqqında bilgilərini ümumiləşdirir;
FTN 2. Məntiqin səciyyəvi xüsusiyyətləri və tarixinə aydınlıq gətirir.
FTN 3. İnsan mədəniyyətinin yaranıb inkişaf etməsində məntiqin rolu məsələsini şərh edir;
FTN 4. Məntiq elminin tarixinə dair ümumiləşdirmələr aparır;
FTN 5. Məntiqin insanın formalaşmasına təsiri məsələlərini dəyərləndirir;
FTN 6. Təfəkkür və məntiq qanunlarının hərtərəfli şərhini verir.
ÖYRƏNİLƏN ƏSAS DİL-1 (fonetika)
FTN 1. Tələbələrə tədris olunan dilin səs quruluşunu, onların funksionallığını, fonetik quruluşunun əsas xüsusiyyətlərini və s. məsələləri nəzəri aspektdə izah edir;
FTN 2. Fonem anlayışı, Azərbaycan dilində fonemi müəyyənləşdirmək üsullarını, səslərin təsnifi meyarı və formalaşma mənbələrini, akustik və fizioloji əlamətlərini aydınlaşdırır;
FTN3. Saitlərin və samitlərin təsnifi prinsiplərini izah edir, Azərbaycan dili saitlərinin və samitlərinin fizioloji-akustik xüsusiyyətlərini təhlil edir;
FTN 4. Saitlərə və samitlərə aid səs keçidlərinin izahını verir.
FTN 5. Azərbaycan dilində fonetik qanunların və fonetik hadisələrin izahını verir;
FTN 6. Azərbaycan dilində heca tiplərini və nitqin fonosemantik əlamətlərini, vurğunun yerini müəyyən edir, intonasiyanın yazıda ifadəsini – tonoqramını tərtib edir;
FTN 7. Müasir Azərbaycan dilinin orfoepik və orfoqrafik sistemləri arasındakı əlaqəni müəyyən edə bilir. Orfoepik və orfoqrafik cəhətdən qüsursuz mətn parçaları formalaşdırır.
FTN
8. Kök sözlərin
quruluşunu şərh edir
ÖYRƏNİLƏN ƏSAS DİL -2 (leksika)
FTN 1. Azərbaycan dilinin leksikologiyasını, dilin leksik sistemini, onun spesifik xüsusiyyətlərini, sözün leksikasının əsas vahidi olmasını, sözün formaca, mənaca bütövlüyünü aydınlaşdırır
FTN 2. Söz və məfhum anlayışını, sözün məna tiplərini, sözlərin paradikmatik, sintaqmatik və semantik strukturunu təyin edir.
FTN 3. Mətndə işlənən çoxmənalı sözləri, omonim, sinonim və antonimləri müəyyənləşdirir və xüsusiyyətlərini izah edir.
FTN 4. Etimologiya və sözün daxili formasını, onomastikanın tədqiqat obyektini, vəzifəsini və başqa elmlərlə əlaqəsini müəyyənləşdirir.
FTN 5. Azərbaycan ədəbi dilinin lüğət tərkibi və onun dəyişmə səbəblərini şərh edir, bilavasitə və bilvasitə alınan sözləri nümunələr əsasında müəyyənləşdirir.
FTN 6. Azərbaycan ədəbi dilinin aktiv və passiv leksikasını, sözün köhnəlmə səbəblərini aydınlaşdırır, onların növlərini nümunələr əsasında izah edir.
FTN 7. Frazeologizmlərin sabit və sərbəst söz birləşmələrinin fərqini izah edir və mənasını aydınlaşdırır
FTN 8. Lüğətlərin tərtibi prinsiplərini, onların növlərini və lüğət üzrə iş aparmağı bilir;
FTN 9. Söz yaradıcılığının
yollarını izah edir və sözlər üzərində təhlil aparır.
ÖYRƏNİLƏN ƏSAS DİL – 3 (morfologiya)
FTN 1. Qrammatikanın tərkib hissələri, növləri, morfologiya, onun tədqiqat obyekti, növləri, əsas qrammatik anlayışları şərh edir.
FTN 2. Morfologiyanın dilçiliyin başqa şöbələri ilə əlaqəsini, qrammatik mənaların ifadəsində analitizm və sintetizmi aydınlaşdırır.
FTN 3. Sözün tərkibi, kök və şəkilçi, şəkilçilərin növlərini, leksik və qrammatik şəkilçilərin funksiyaları, qrammatik formaları şərh edir.
FTN 4. Öyrəndiyi dilin morfoloji təsnifatını xarakterizə edir. Nitq hissələrinin dilçilikdə təsnifinə dair fikri və mülahizələri, əsas və köməkçi nitq hissələri, onların quruluşca və mənaca növləri, morfoloji yolla söz yaradıcılığını şərh edir.
FTN 5. Əsas və köməkçi nitq hissələri ilə bağlı yazılış və durğu işarələri qaydalarına əməl etməli. Nitq hissələrinə aid əsas və ikinci dərəcəli xüsusiyyətlərin ayırd edillməsi prosesində sərbəst tədqiqat aparmaq bacarığı nümayiş etdirir.
FTN 6. Nitq hissələrinin cümlədəki rolunu müəyyənləş-dirməyi bacarır. Dil vahidlərini morfoloji təhlil etmə bacarığı nümayiş etdirir.
ÖYRƏNİLƏN ƏSAS DİL- 4 (morfologiya)
FTN 1. Felin dilin milli orijinallığını qoruyub saxlayan nitq hissəsi olduğunu, qrammatik kateqoriyalarını aydın-laşdırır.
FTN 2. Zərflərin quruluş və lüğəvi mənaca növlərini şərh edir
FTN 3. Köməkçi nitq hissələriin qrammatik xüsusiy-yətlərini şərh edir;
FTN 4. Qoşmaların əsas nitq hissəsindən əmələ gələrək şəkilçiləşməyə doğru gedən, əsas nitq hissələrindən və şəkilçilərdən fərqlənən nitq hissəsi olduğunu izah edir;
FTN 5. Bağlayıcıların sözlər, söz birləşmələri və cümlələr arasında sintaktik əlaqələri ifadə edərək, qrammatik-məntiqi əlaqə və münasibət yaratmaq üçün rol oynadığını aydınlaşdırır;
FTN 6. Ədatın sözün və ya cümlənin məna çalarlığını bildirən nitq vahidi olduğunu,mənaca növlərini şərh edir;
FTN 7. Modal sözlərin danışanın ifadə etdiyi fikrə münasibət bildirən məntiqi-qrammatik kateqoriya olaraq fikrin, hökmün gerçəkliyə münasibətini əks etdirdiyini izah edir;
FTN 8. Nidaların xüsusi qrammatik kateqoriyaya malik olmayan və dəyişməyən nitq hissəsi olduğunu aydınlaşdırır;
FTN 9. Köməkçi nitq hissələri ilə bağlı yazılış və durğu işarələri qaydalarına əməl edir.
ÖYRƏNİLƏN ƏSAS DİL -5 (sintaksis)
FTN 1. Dilin qrammatik strukturunu və tərkib elementlərini, leksik-qrammatik vahidlərin paradiqmatik və sintaqmatik əlaqələrini, onların funksionallığını və s. məsələləri nəzəri aspektdə izah edir;
FTN 2. Azərbaycan dilçiliyində sintaksisin tədqiqi tarixini izah etməklə söz birləşmələri, onların növləri, yaranma yolları və xüsusiyyətlərini şərh edir;
FTN 3. Sintaktik əlaqələr və onların novlərini şərh edir;
FTN 4. Cümlə üzvlərinin qrammatik üzvlənməsi, cümlənin baş və ikinci dərəcəli üzvlərinin xüsusiyyətlərini və funksiyalarını, eyni zamanda cümlə üzvlərinin həmcins işlənməsini, əlavələri və onların xüsusiyyətlərini təhlil edir;
FTN 5. Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözləri və onların ifadə vasitələrini şərh edir
FTN 6. Xüsusiləşən və xüsusiləşməyən üzvləri bir-birindən fərqləndirməyi bacarır
FTN 7. Sadə cümlənin struktur-semantik tiplərini, üzvlənən və üzvlənməyən cümlələri fərqləndirməyi bacarır;
FTN 8. Mürəkkəb cümlə və onun növlərini müqayisə yolu ilə şərh edir
ÖLKƏ ƏDƏBİYYATI TARİXİ-1 (QƏDİM DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI)
FTN 1. Azərbaycan ədəbiyyatının dövrləri haqqında konkret məlumatları ümumiləşdirir;
FTN 2. Azərbaycan ədəbiyyatında istifadə olunan klassik janrlar haqqında bilgiləri şərh edir;
FTN 3. Azərbaycan ədəbiyyatının qədim dövrünün aparıcı sənətkarlarının həyat və yaradıcılığına dair dolğun və konkret fikirləri dəyərləndirir;
FTN 4. Azərbaycan ədəbiyyatında lirik, epik poemaların yaranma şəraiti və şərtlərinə, mərkəzləşdirilmiş dövlətin formalaşmasının təsiri ilə milli ədəbiyyatın mövqeyinin möhkəmlənməsi məsələlərinə aydınlıq gətirir;
FTN 5. Qədim dövr ədəbiyyatında fəlsəfi cərəyanların bədii ədəbiyyata təsiri və yaranan yeni ədəbi istiqamətlərin təhlili və müzakirəsi ilə bağlı məsələləri ümumiləşdirir;
FTN 6. Azərbaycan poeziyasında realizmin təşəkkülü və inkişaf xüsusiyyətlərinin şərhini verir.
ÖLKƏ ƏDƏBİYYATI TARİXİ-2 (ORTA DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI)
FTN 1. Orta əsrlər ədəbiyyatının Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ olmasını məsələsi barədə düşüncələri ümumiləşdirir;
FTN 2. Anadilli ədəbiyyatın ilkin yazılı nümunələrinin məzmun xüsusiyətlərinin şərhini verir;
FTN 3. Ərəbdilli və farsdilli Azərbaycan ədəbiyyatı ənənəsində ana dilində yazıb-yaratmanın ümumi mahiyyətinə aydınlıq gətirir;
FTN 4. XIII-XVIII əsrlərə aid ədəbi örnəkləri təhlil edib ümumiləşdirir;
FTN 5. Heca vəznli şeirin və anadilli ədəbiyyatın milli müəyyənlik müstəvisində aparıcı funksiyasını dəyərləndirir;
FTN 6. XIII-XVIII əsrlər Azərbaycan ədəbiyyatının fundamental mənzərəsiNİ qaynaqlar kontekstində aydınlaşdırır.
ÖLKƏ ƏDƏBİYYATI TARİXİ – 3 (XIX ƏSR AZƏRBAYCAN ƏDƏBİYYATI)
FTN 1. XIX əsrin ilk onilliyində Azərbaycan ədəbiyyatında baş verən hadisələrkontektində yazılı ədəbiyyatda aşıq şeiri tərzində yazan şairlərin əsərlərini, əsrin əvvəllərində yazıb yaradan qadın şairərin yaradıcılığını şərh edir;
FTN 2. Cənubi Azərbaycanda aşıq şeiri tərzində yazan şairlər – Ə.Qaradaği, S.Nəbati və s. haqqında fikirləri dəyərləndirib onlar barədə ümumiləşdirmələr aparır;
FTN 3. XIX əsrin əvvəlində maarifçiliyin təşəkkülünü şərh edib maarifçilərin elmi və bədii əsərlərinin təhlilini verir.
FTN 4. XIX əsrin birinci yarısının satirik poeziyasına aydınlıq gətirir;
FTN 5. M.F.Axundzadənin həyatı və şeir yaradıcılığı, nəsr əsərləri, dramaturgiyası haqqında bilgiləri ümumiləşdirib, onun ənələrinin İran ədəbiyyatındakı davamçılarının bədii irsini şərh edir;
FTN 6. XIX əsrin ikinci yarısının poeziyasına, X.Nətavanın, S.Ə.Şirvaninin malik olduğu yaradıcı imkanlara aydınlıq gətirir;
FTN 7. XIX əsrin sonunda əsası qoyulan milli mətbuat və bu mətbuatın təsisçisi H.Zərdabinin, N.Vəzirovun yaradıcılığının hərtərəfli şərhini verir.
ÖLKƏ ƏDƏBİYYATI TARİXİ – 4 (XX ƏSR VƏ MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATI)
FTN 1. Mətbuat və ədəbiyyatın inkişaf istiqamətlərini müəyyənləşdirir;
FTN 2. “Molla Nəsrəddin” jurnalının XX əsrin ən böyük ədəbi hadisəsi olduğunu qeyd edir;
FTN 3. Sabir şeir məktəbinin formalaşma prosesi və istedadlı nümayəndələrinin yaradıcılığına aydınlıq gətirir;
FTN 4. Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov və Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığını araşdırma müstəvisinə gətirir;
FTN 5. Azərbaycan ədəbiyyatında romantizmin formalaşması və buna zəmin olan cəhətləri müəyyənləşdirir;
FTN 6. Cümhuriyyət dövrü ədəbi fikri haqqında şərh verib, Azərbaycan mühacirət ədəbiyyatı və Cənubi Azərbaycan ədəbiyyatının inkişaf yolunu, başlıca mövzu və problemlərini müzakirə obyektinə çevirir;
FTN 7. Azərbaycan mühacirət ədəbiyyatının əsas problemlərini, Legion ədəbiyyatının inkişaf istiqamətlərini müəyyənləşdirir;
FTN 8.XX əsrin 20-40-cı illərində ədəbi fikrin axtarışlarına, XX əsrin əvvəllərinin poeziyasındakı yaradıcı meyillərə aydınlıq gətirir;
FTN 9. Nəsrdə yeni ədəbi qüvvələrin yaradıcılıq axtarışlarının genişlənməsinə səbəb olan amilləri ümumiləşdirir;
FTN 10. 1950-1970-ci illərin poeziyasının hərtərəfli şərhini verir;
FTN 11. 1960-1990-cı illərdə nəsr və dramaturgiyanın inkişaf yolunu aydınlaşdırır;
FTN 12. Müasir ədəbi prosesin, ələlxüsus ədəbi-ictimai fikirdə meydana çıxan
milli mənlik və istiqlal düşüncəsinin bədii əksi məsələlərini, ədəbiyyatda
Qarabağ mövzusu, milli birlik və mübarizəyə çağırış motivlərini, ümumən ədəbi prosesin əlamətdar
hadisələrini diqqət mərkəzinə çəkir.
DÜNYA ƏDƏBİYYATI-1 (ANTİK DÖVR VƏ XIII-XVII ƏSRLƏR QƏRBİ AVROPA ƏDƏBİYYATI)
FTN1. Antik dünya ədəbiyyatının tarixini, xronoloji ardıcıllıqla dövrlərin inkişafı və istiqamətlərini təhlil edir;
FTN 2. Arxaik dövr xalq yaradıcılığı, eyni zamanda həmin dövrdə yaşayıb-yaradan şairlərin yaradıcılıqlarını şərh edir;
FTN3. İlk fəlsəfi məktəblərin yaranması məsələsinə, Aristotelin “Poetika” əsəri və ədəbi-tənqidi görüşlərinə aydınlıq gətirir;
FTN4. Janr etibarilə komediyanın, faciənin yaranması məsələsini aydınlaşdırıb, həm komediyanəvislərinin, həm də faciə ustalarının yaradıcılığını şərh edir;.
FTN 5. Roma ədəbiyyatı haqqında məlumatları ümumiləşdirir;
FTN 6. O.Avqustun hakimiyyəti dövrü və bu dövrün ədəbi nümayəndələri haqqında bilgiləri təhlil edir;
FTN 7. İntibah dövrü Avropa ədəbiyyatı haqqında təfərrüatlı bilgini ümumiləşdirir.
DÜNYA ƏDƏBİYYATI-2 (XVIII ƏSR DÖVRÜ)
FTN 1. Maarifçilik ədəbi cərəyaının yarandığı tarixi şərait və səciyyəvi xüsusiyyətlərinə aydınlıq gətirilir;
FTN 2. Maarifçilik hərəkatındakı iki axın haqqında məlumatları ümumiləşdirir;
FTN 3. Dünya mədəniyyəti xəzinəsinə töhfələr vermiş məşhur maarifçi yazıçılar, onların yaradıcılığı haqqında biliklərə aydınlıq gətirir;
FTN 4. Romantizmin yaranma tarixi, bu prosesə təsir edən amilləri dəyərləndirir;
FTN5. Romantik ədəbiyyatın səciyyəvi xüsusiyyətləri haqqında nəzəri məlumatları ümumiləşdirir;
FTN 6. Dünyaşöhrətli romantik və maarifçi yazıçılar, onların həyat və yaradıcılığı, məşhur əsərlərini şərh edir;
FTN 7. Maarifçilik və romantizm ədəbi cərəyanlarının bir-birinə qarşılıqlı əlaqəsi və təsirini aydınlaşdırır.
DÜNYA ƏDƏBİYYATI-3 (XIX-XX ƏSRLƏR DÖVRÜ)
FTN 1. Dünya ədəbiyyatında geniş yayılmış realizm cərəyanı haqqında məlumatları ümumiləşdirir;
FTN 2. Realist yazıçıların bədii irsini təhlil edilir;
FTN 3.Dünyaşöhrətli realist əsərlərin yaradıcılıq xüsusiyyətlərini şərh edir;
FTN 4. Realizmin yaranmasına təkan verən tarixi hadisələrə aydınlıq gətirir;
FTN 5. Realizm cərəyanın məşhur nümayədələri və onların əsərləri, həmin əsərlərin müsbət və mənfi qəhrəmanları haqqında düşüncələri ümumiləşdirir;
FTN 6. XIX əsrdə dünya ədəbiyyatında formalaşmış naturalizm ədəbi cərəyanının mahiyyətinə və yaranma tarixinə aydınlıq gətirir.
QƏDİM DİL
FTN 1. Qədim dilin səs sistemini mənimsəyir.
FTN 2. Qədim dilin morfoloji strukturu haqqında müəyyən biliklər əldə edir.
FTN 3. Qədim dilin əsas sintaktik vahidlərini mənimsəyir.
FTN 4. Qədim dildə seçilmiş mətnləri oxuyub təhlil etmək bacarığına yiyələnir.
FTN 5. Qədim dildə əsas frazeoloji vahidlərin mənasını anlayır.
FTN 6. Qədim dilin inkişaf etdiyi mühitin sosial, siyasi və mədəni özəllikləri haqqında məlumatlanır.
FTN 7. Qədim abidələrdən gətirilmiş mətnləri oxuyub tərcümə etmək bacarığı əldə edir.
FTN 8. Mətnlərin üslubi xüsusiyyətlərini təhlil edir, qədim dilin funksional üslubları haqqında fikir yürüdür.
ÖLKƏŞÜNASLIQ
FTN 1. Türk dünyasının tarixi kökləri, ortaq ədəbi dəyərləri, yaradıcı şəxsiyyətləri haqqında bilgiləri ümumiləşdirir;
FTN 2. Türklərin tarixi, dili, adət-ənənələri haqqındakı təsəvvürlərə aydınlıq gətirir;
FTN 3. Türk xalqları ədəbiyyatının yaradıcılıq təmayüllərini genişliklə şərh edir;
FTN 4. Anadolu, özbək, qazax, iraq türkmənləri, qızğız və b. türk xalqlarının milli ədəbiyyatlarının özünəməxsusluğunu, fərdi yaradıcılıq xüsusiyyətlərini müəyyənləşdirir;
FTN 5. Türk xalqlarının şifahi xalq yaradıcılığı nümunələri: dastan, nağıl, əfsanə, rəvayət, layla, oxşama, tapmacalarda ənənə yaxınlığını aydınlaşdırır;
FTN 6. Ümumtürk yazılı abidələri, türk dünyasının ən böyük ədəbi simaları olan Y.Əmrə, C.Rumi, Baqi, Y.Balasaqunlu, M.Kaşğarlı, Ə.Nəvai, H.Niyazi, M.Fəraqi, H.Baykara, Ə.Hamid, T.Fikrət, N.Kamal, Z.Göyalp, R.N.Güntəkin, İ.Qaspıralı, A.Kunanbayev, O.Süleymenov, Ç.Aytmatov və b. sənətkarların həyat və yaradıcılıqlarındakı müxtəlif ideya və ziddiyyətli fikirləri, onların yaradcılıq qabiliyyətlərini şərh edir.
PSİXOLOGİYA
FTN1. Ümumi psixologiyanın mahiyyətini, psixi hadisələr, onların qanunauyğunluqlarını, inkişaf tarixi ilə bağlı məsələləri, metodoloji prinsipləri, tədqiqat metodları, nəzəriyyələr, psixika və şüur, onların müqayisəsi və şərhi barədə mənimsədiyi bilikləri şərh edir.
FTN2. Psixoloji konteksdə şəxsiyyətin formalaşması, onun inkişafının qanunauyğunluqları, inkişafın amilləri, hərəkətverici qüvvələri, şəxsiyyətin fəaliyyət və ünsiyyət prosesində formalaşması, qrup və kollektivdə şəxsiyyətlərarası münasibətləri təhlil edir və mənimsəyir.
FTN3. Psixi prosesləri sistemli şəkildə mənimsəməklə, hissi idrakın bilavasitə inikası haqqında bilikləri mənimsəyir, bu proseslərin inkişafının zəruriliyini və onların insanın həyatında nə kimi rol oynadığını müəyyənləşdirir.
FTN4. İdrak proseslərinin inkişaf xüsusiyyətlərindən, ali psixi fuksyalar kimi anlayışlarından istifadə etmək imkanı əldə edir.
FTN5. Fəaliyyət və ünsiyyət prosesində idrak imkanlarının inkişafının iradi- emosional proseslərlə qarşılıqlı əlaqəsini, onların təzahür xüsusiyyətlərini müəyyən etməyə nail olur.
FTN6. İnsanların temperament tiplərini, xarakter əlamətlərini, qabiliyyətlərini müqayisə edir, rəftar və davranış prosesində, təhsildə, əmək fəaliyyətində onların nə kimi rol oynadığını müəyyən edir.
FTN7. Psixi inkişafın yaş dövrləri, yaş böhranları, yaş dövrlərinin spesifik xüsusiyyətləri, aparıcı fəaliyyət sahələri, şəxsiyyət kimi inkişafı və formalaşması haqqında məlumat alır.
FTN8. Hər bir yaş dövrünün inkişafında baş verən özünəməxsus yenilikləri, meydana gələn problemləri, onların həlli yollarını müqayisə edir, bu sahədə nəzəri və praktik bilikləri əldə edir.
FTN9. Pedaqoji psixologiyanın mahiyyəti, əsas bölmələri, inkişaf tarixi, təlim, tərbiyə və pedaqoji fəaliyyətin aspektlərini şərh etməyi bacarır.
FTN10. Təhsil sistemində müəllimin pedaqoji qabiliyyətləri, bacarıq və funksyaları, müəllim şəxsiyyətinin psixoloji keyfiyyətləri, pedaqoji prosesdə mövqeyi və ünsiyyəti haqqında biliklər əldə edir.
ÜMUMİ DİLÇİLİK
FTN 1. “Dilçiliyin sahələri” anlayışı, tətbiqi və nəzəri dilçilik, xüsusi və ümumi dilçilik, ümumi dilçiliklə xüsusi dilçilik arasında qarşılıqlı əlaqə və təsir haqqında tələbələri məlumatlandırır;
FTN 2. Qədim dünyada dil haqqında elmi-fəlsəfi təsəvvürləri, fəlsəfi-linqivistik mübahisələri, dilçilik düşüncəsinin inkişafını şərtləndirən tarixi səbəbləri təhlil edir;
FTN 3. Dillərin müqayisəli öyrənilməsinə aid ilk təşəbbüsləri, XIX əsrin əvvəllərində elmi dilçiliyin təşəkkülünü və klassik dilçilik məktəblərinin dilçilik görüşlərini şərh edir;
FTN 4. Dilçilik elminin müasir problemləri humanitar və sosial elmlər sahəsindəki problemlər və nəzəri müddəalarla əlaqələndirərək interdisiplinar çərçivədə qavrayır və təhlil edir;
FTN 5. Dilçilik elminin müasir problemləri, prioritetləri və gələcək perspektivləri haqqında müstəqil mülahizə irəli sürür
FTN 6. Azərbaycan dilçiliyi və onun əsas istiqamətləri, Azərbaycan dilçiliyinin dövrləri, XI əsr, XIX – XX əsr dilçiliyi, XX əsrin II yarısından sonrakı dövr dilçiliyin inkişafı, Ümumi türkologiyada Azərbaycan dilçiliyinin yeri haqqında məsələləri aydınlaşdırır;
FTN 7. Dilin fəlsəfi mahiyyəti, dilin etnosun əsas əlamətlərindən biri oldduğu, dilin sistemi və strukturu haqqında müstəqil mülahizə irəli sürür;
FTN 8. Dilə, dil faktlarına, dildə gedən proseslərə sistemli elmi yanaşma tətbiq edə bilir. Dilin kultoroloji problemlərini, nitq mədəniyyətinin yüksəlişində dilçilik nəzəriyyəsinin rolunu aydınlaşdırır.
FTN 9. Dilçilikdə ayrı – ayrı şöbələr üzrə mövcud əsas elmi cərəyanların konseptual çərçivəsini və bu cərəyanlara dayanan elmi metodologiyanı anlamaq və onları real dil faktlarına tətbiq edərək təhlil edir;
FTN 10. Dilçiliyin əsas tədqiqat metodları və üsullarını şərh edir. Müasir metodlarla linqvistik təhlillər aparır.
ƏDƏBİYYAT NƏZƏRİYYƏSİ
FTN 1. Müxtəlif ədəbi növdə olan mürəkkəb kompozisiyalı əsərlərin məzmununu analiz edir, mənəvi dəyərlər, fakt və hadislərlə, obrazlarla bağlı yazıçı mövqeyini dəyərləndirir;
FTN 2. Əsərin mövzusunu, ideyasını, başlıca problemini və konfliktini müəyyənləşdirir, bağlı olduğu dövrün ictimai-siyasi, estetik yanaşmalarından çıxış etməklə əsərə münasibət bildirir;
FTN 3. Çoxsüjetli, mürəkkəb kompozisiyalı epik və dramatik əsərləri, lirik şeirləri, bədii xüsusiyyətlərinə görə qiymətləndirir;
FTN 4. Şifahi təqdimatlarda, bədii nümunələrlə bağlı müzakirələrdə müxtəlif üsullardan ( nağıletmə, təsvir, nümayiş) istifadə etməklə ümumiləşdirmələr aparır;
FTN 5. Müxtəlif səciyyəli yazılarda mövzuya, problemə, konfliktin həlli yollarına münasibətini dəlillərlə, məntiqi ardıcıllığı gözləməklə ümumiləşdirir;
FTN 6. Müxtəlif ədəbi növdən olan əsərlərin emosional-obrazlı qavranılması, təhlili və qiymətləndirilməsini dəyərləndirir.
ÜSLUBİYYAT VƏ RİTORİKA
FTN 1. Azərbaycan dilinin üslubi imkanlarının zəruri xüsusiyyətlərini bilir;
FTN 2. Mətndəki söz və ifadələri üslubi xüsusiyyətinə görə fərqləndirir və müxtəlif üslublarda mətn hazırlamağı bacarır
FTN 3. Fonetik, leksik, morfoloji vahidlərin üslubi xüsusiyyətlərini mənimsəməklə nitqə tətbiq edir;
FTN 4. Qrammatik vahidlərin üslubi xüsusiyyətlərini mənimsəməklə rabitəli nitqdə bu xüsusiyyətlərdən məqsədəuyğun istifadə edir;
FTN 5. Söz və ifadələrin üslubi xüsusiyyətlərini izah edərək oxuduğu mətnləri üslubi xüsusiyyətlərinə görə müqayisə edir;
FTN 6. Dil qaydalarını yazılı nitqə tətbiq etmək, rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirməklə mətni üslubi və struktur cəhətdən təkmilləşdirir.
MÜASİR İNFORMASİYA – KOMMUNİKASİYA TEXNOLOGİYALARI VƏ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
FTN 1. İnformasiya texnologiyaları və sistemləri.Verilənlər bazasının idarəetmə sistemləri
FTN 2. Access proqramı.Access-də cədvəllərlə iş
FTN 3. Böyük verilənlərin analitikası. Big Data.Bulud texnologiyaları. Bulud xidmətləri
FTN 4. İnternet. İnternet protokolları. OSİ modeli.
FTN 5. HTML ilə tanışlıq. Bu dildən istifadə edərək veb səhifələrdə rənglərdən istifadə, siyahıların, hiperistinadların, səhifələrin cədvəllərin yaradılması.
FTN 6. CSS-in HTML sənədə daxil edilməsi vərdişlərini əldə etmək
MÜLKİ MÜDAFİƏ
FTN1. Fövqəladə hallarda əhalinin müdafiəsinin və ərazinin mühafizəsinin əsas üsullarını, kollektiv və fərdi mühafizə vasitələrini bilir, onlardan istifadə qaydalarını şərh edir.
FTN2. Fövqəladə hallar zamanı rabitə və xəbərdarlıq sistemlərinin vacibliyini bilir və onlardanistifadə qaydalarını nümayiş etdirir.
FTN3. Fövqəladə hallarda evdə, küçədə, məktəbdə davranış qaydalarını bilir və ona əməl edir.
FTN4. Fövqəladə hallarda tənəffüs üzvlərinin qorunması üçün sadə vasitələrin necə hazırlanması və istifadə qaydalarını bilir
FTN5. Fövqəlada hallarda işçi personalın təxliyəsini təşkil edir.
FTN6. Modelləşdirilmiş şəraitdə kimyəvi, bioloji sillahlarin tətbiqi zamanı özünümühafizə vasitələrindən istifadə bacarıqlarına yiyələnir.
S/f. AZƏRBAYCAN TERMİNOLOGİYASININ TƏŞƏKKÜLÜ VƏ İNKİŞAF TARİXİ
FTN 1. Azərbaycan dilindəterminoloji leksikanın yaranma qaynaqları, dünyanın terminoloji məktəbləri haqqında məlumatlara sahib olur.
FTN 2. Terminin spesifik xüsusiyyətləri, elmi dildə işlənən işarələr və simvolların spesifikası, xüsusi leksik qatın əsas yaruslarının xüsusiyyətlərini araşdırır.
FTN 3. Anlayış və məfhumları ifadə edən sözlərin yaranmasını və istifadə olunma xüsusiyyətlərini izah edir.
FTN 4. Terminlərə məxsus səciyyəvi əlamətləri və dil xüsusiyyətlərini araşdırıb üzə çıxarmağı bacarır
FTN 5.Terminologiyanın inkişaf tarixi və onun nəzəri problemlərini araşdırır.
FTN 6. Terminoloji qatın zənginləşməsi mənbələri və üsulları, determinləşmə, transterminləşmə, termin-yaratma, dilin daxili imkanları hesabına terminyaratma məsələlərini izah edir
FTN 7. Terminoloji qatda, alınma terminlərin leksik- funksional paralelliyini araşdırır.
FTN 8. Azərbaycan ədəbi dilində terminoloji yeniləşmə prosesi və bu prosesdə əvəzetmə meylləri məsələsini izah edir.
FTN 9. Mövcud terminoloji sistemi unifikasiya etmək bacarığı nümayiş etdirir
FTN 10. Müvafiq sahə anlayışlarını müəyyənləşdirir.
S/f. AZƏRBAYCAN DİLİNİNTARİXİ QRAMMATİKASI
FTN 1. “Azərbaycan dilinin tarixi qrammatikası” fənninin mahiyyətini, strukturunu, funksiyasını şərh edir;
FTN 2. Azərbaycan dilinin tarixi fonetikasını izah edir;
FTN 3. Azərbaycan dilinin tarixi morfologiyasının xüsusiyyətlərini aydınlaşdırır;
FTN 4. Abidələrin dilində köməkçi nitq hissələrinin tarixi inkişaf prosesini izah edir;
FTN 5. Azərbaycan dilinin tarixi sintaksisi haqqında bilik və bacarıq nümayiş etdirir;
FTN 6. Dil materialları üzrə müstəqil işləyə bilir;
FTN 7. Dil faktlarını təhlil etmək bacarığı nümayiş etdirir;
FTN 8. Dildə tarixən baş verən dəyişiklikləri öyrənərək müqayisəli şəkildə araşdırma aparır.
S/f. AZƏRBAYCAN ƏDƏBİ MƏKTƏBLƏRİ
FTN1. Azərbaycan şeirinin Nizami zirvəsi və onun ənənələrinin poeziyada davamını araşdırma müstəvisinə gətirir;
FTN 2. Dahi Füzulinin poeziya ənənələrinin Azərbaycan ədəbiyyatında uğurlu davamının şərhini verir.
FTN 3. Vaqif poeziyasının təsiri ilə Azərbaycan ədəbiyyatında XVIII əsrin sonu XIX əsrin əvvəllərində yeni poetik üslubun formalaşmasına aydınlıq gətirir;
FTN 4. Mirzə Fətəli Axundzadənin maarifçi-realist dramaturgiyasının davamçılarının yaradıcılığının şərhini verir;
FTN 5. Mollanəsrəddinçilər ədəbi məktəbinin yaranma prosesinə aydınlıq gətirir;
FTN 6. Azərbaycan ictimai-ədəbi düşüncəsinin qoşa qanadı: Mollanəsrəddinçilik və füyuzatçılıq anlayışlarına dair ümumiləşdirmələr aparır;
FTN 7. Görkəmli satirik şair Sabirlə onun məktəbinə mənsub tanınmış qələm sahiblərinin arasında mövzu və ideyaca əlaqələri şərh edir;
FTN 8. Azərbaycan ədəbiyyatında Səməd Vurğun şeir ənənələrini yaşadanları diqqət mərkəzinə çəkib, çağdaş Azərbaycan poeziyasında Rəsul Rza yaradıcılıq məktəbinin xüsusiyyətlərinə aydınlıq gətirir.
S/f. UŞAQ ƏDƏBİYYATI
FTN 1. Uşaq ədəbiyyatının predmeti, vəzifələri, yaş xüsusiyyətləri ilə bağlı müstəqil fikir yürüdür və əsaslandırır;
FTN 2. Azərbaycan uşaq ədəbiyyatının mərhələləri və yaradıcılıq problemləri ilə bağlı biliklərini təkmilləşdirir;
FTN 3. Folklor və klassik ədəbi ənənələrin uşaq ədəbiyyatının bədii strukturundakı yeri və mövqeyi ilə bağlı müqayisələr aparır;
FTN 4. Uşaq ədəbiyyatı nümunələrini mövzu və janr tipologiyası üzrə təsnif edir;
FTN 5. Müxtəlif ədəbi mühitlərdə yaranan uşaq əsərlərini elmi-metodiki tövsiyyələrdən istifadə edərək araşdırır və alınan nəticələrdən dərs prosesində məqsədyönlü istifadə edir;
FTN 6. Uşaq ədəbiyyatının
inkişafında qarşılıqlı ədəbi əlaqələrin və bədii təcrümənin rolu haqqında məlumatlarını
ümumiləşdirir.
S/f. LİNQVİSTİK TİPOLOGİYA
FTN 1. “Linqvistik tipologiya” dünya dillərinin genoloji, tipoloji təsnifatını aparmağı bacarır
FTN 2. Dil haqqında nəzəriyyələrin oxşar və fərqli cəhətlərini izah edə bilir
FTN 3. Genetik köklərdən məna fərqliliyini izah edir
FTN 4. Fleksiyalaşmış kökləri fərqləndirə bilir və izah edir
FTN 5. Paralel kecidləri izah edir
FTN 6. Əsas dilcilik məktəblərini tanıyır, təfəkkür tipologiyası anlayışını bilir
S/f. AZƏRBAYCAN DİALEKTOLOGİYASI
FTN 1. Azərbaycan dialektologiyası fənninin məqsəd və vəzifələrini, dialektologiyanin əsas anlayişları və terminlər haqqında məlumatı, Azərbaycan dilinin dialekt bölgüsünü və dialektlərə xas dil xüsusiyyətləri öyrənməklə dil faktlarının Azərbaycan dilinin bu və ya digər şivəsinə mənsubluğunu təyin edir.
FTN 2. Şivələrdə Azərbaycan dilinin fonetik, leksik quruluşunun təsvirini verir.
FTN 3. Azərbaycan dilinin dialektlərinin fonetik, leksik xüsusiyyətlərini fərqləndirməyi bacarır.
FTN 4. Dialekt leksikasının qrammatik özəlliklərini praktik şəkildə fərqləndirir.
FTN 5. Dialekt leksikasının fonetik, leksik və qrammatik xüsusiyyətlərini mənimsəməklə dialektoloji lüğət materiallarından düzgün istifadə etməyi bacarır.
FTN 6. Dialektlər və onların öyrənmə metodları haqqqında zəruri biliklər əldə etməklə fərdi öyrənmə yolu ilə Azərbaycan dili dialektlərinin tədqiqinə çalışır.
S/f. ƏN YENİ AZƏRBAYCAN ƏDƏBİYYATI
FTN 1. Ən yeni Azərbaycan ədəbiyyatının özünəməxsus mərhələ və xüsusiyyətlərinə dair biliklərini ümumiləşdirir;
FTN 2. 60-cı illər Azərbaycan poeziyasının ictimai-siyasi-mənəvi proseslər kontekstində şərhini verib,poeziyada müasirliyin yeni bir məzmun kəsb etməsi məsələsinə aydınlıq gətirir;
FTN 3. Keçən əsrin 60-80-ci illərində Azərbaycan poeziyasında özünü büruzə verən keçmişlə bu günün qırılmaz bağlılığı məsələsini şərh edir;
FTN 4. 50-ci illərin sonlarından başlayaraq poeziyada lirik qəhrəmanın fikri yetkinliyini gerçəkliyi dərk etməsi, zamanla dialoqa girməsi, həyat və ömür yolu barədə fəlsəfi düşüncələrini aydınlaşdırır;
FTN 5. 60-80-ci illərin poeziyasında vətənpərvərlik məfhumunun başlıca missiyasını ayrı-ayrı söz sənətkarlarının yaradıcılığı işığında ümumiləşdirir;
FTN 6. 60-cı illərdə poeziya, nəsr və dramaturgiyada baş verən yenilik meyillərinin, lirik-psixoloji üslubun üstün mövqe qazanması, mənəvi-əxlaqi mövzulara daha çox üstünlük verilməsi məsələsinin şərhini verir.
FTN 7. Keçən
əsrin 90-cı illərinin ədəbi-mədəni mühitinin səciyyəvi xüsusiyyətlərinə
aydınlıq gətirir.
S/f. ƏDƏBİ TƏNQİD TARİXİ
FTN 1. Azərbaycan ədəbi tənqid tarixinin inkişaf dövrlərini müəyyənləşdirir;
FTN 2. Azərbaycan ədəbi tənqid tarixi, onun inkişaf mərhələləri, istiqamətlərinin sistemli şərhini verir;
FTN 3. Çağdaş ədəbi prosesə istiqamət verən spesifik cəhətlərə aydınlıq gətirir;
FTN 4. Azərbaycan ədəbi tənqidinin təkamül mərhələləri,ədəbi estetik fikrin ortacağ dövrü haqqında bilgiləri ümumiləşdirir;
FTN 5. Ədəbi tənqidin XIX və XX əsrlər, ələlxüsus istiqlaliyyət dövrünə (1991-ci ildən bu günə qədər) dair ətraflı şərh verir;
FTN 6. Azərbaycan mühacirət ədəbi tənqidi və ədəbiyyatşünaslığının mərhələləri haqqında ümumiləşdirmələr aparır;
FTN 7. Məmməd Arif, Məmməd Cəfər, Cəfər Xəndan, Yaşar Qarayev, Kamal Talıbzadə və b. ədəbi-tənqidi görüşlərini şərh edir;
FTN8. Məhəmmədəli Tərbiyətin “Danişməndani-Azərbaycan” əsərinin müqayisəli təhlilini verir.
S/f. NİTQ MƏDƏNİYYƏTİ
FTN 1. Nitq mədəniyyəti anlayışını, fənnin məqsəd və vəzifələrini, başqa elmlərlə əlaqəsini izah edir.
FTN 2. Natiqliyin tarixini, Azərbaycanda natiqlik sənətinin və nitq mədəniyyətinin inkişaf yollarını bilir.
FTN 3. Nitqin forma və növlərınin – şifahi və yazılı, zahiri və daxili, monoloji və dialoji nitqin xüsusiyətlərini, oxşar və fərqli cəhətlərini bilir.
FTN 4. Şifahi və yazılı nitqində mədəni nitqin düzgünlük, aydınlıq, zənginlik, təmizlik, yığcamlıq, münasiblik, obrazlılıq və s. kimi tələblərə əməl edir.
FTN 5. Yazılı və şifahi nitqdə fonetik, leksik və qrammatik normalara riayət edir.
FTN 6. Nitq prosesində ünsiyyət mədəniyyətinə, danışıq etikasına əməl edir.
FTN 7. Müxtəlif situasiyalarda nitq etiketlərindən, müraciət formalarından düzgün istifadə etməyi bacarır.
FTN 8. Ədəbi dilinin funksional üslublarının və fərdi üslubun xüsusiyyətlərini bilir.
FTN 9. Əməli yazıların tərtibi qaydalarına verilən tələblər əsasında nümunələr yazmağı bacarır.
S/f. MƏTNİN LİNQVİSTİK ŞƏRHİ
FTN 1. Mətnin linqvistik şərhinin mahiyyətini, fənnin məqsəd və vəzifələrini, prinsiplərini, həmçinin linqvistik təhlilin ədəbiyyatşünaslıq təhlilindən fərqini bilir.
FTN 2. Xüsusi və ümumi təhlil aparma bacarığı nümayiş etdirərək mətnin dili, bədii dilin tərkibinin xüsusiyyətlərini izah edir.
FTN 3. Poetik dilin, nəsr və dram dilinin səciyyəvi xüsusiyyətlərini izah edir
FTN 4. Linqvistik şərhin konkret prinsiplərini, metod və üsullarını, mərhələlərini bilir
FTN 5. Bədii dilin fonetik imkanlarını bilir və nitq quruluşunu təhlil edir.
FTN 6.Qrammatik təhlil və onun aparılma metodikasını bilir.
FTN 7. Nəzm əsərlərinin linqvistik cəhətdən şərh edir.
FTN 8. Nəsr əsərlərinin linqvistik təhlil edir.
FTN
9. Dram əsərlərinin linqvistik şərh edir.
Əlavə 2
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) (050205) ixtsasında tədris olunan fənlərin və Təhsil Proqramının təlim nəticələrinin matrisi
Sıra № | Fənnin şifri | Fənnin adı | PTN 1 | PTN 2 | PTN 3 | PTN 4 | PTN 5 | PTN 6 | PTN 7 | PTN 8 | PTN 9 | PTN 10 | PTN 11 |
ÜF-B01 | Azərbaycan tarixi | x | |||||||||||
ÜF-B02 | Azərbaycan dilində işgüzar və akademik kommunikasiya | x | x | x | |||||||||
ÜF-B03-1 ÜF-B03-2 | Xarici dildə işgüzar və akademik kommunikasiya-1 | x | |||||||||||
Xarici dildə işgüzar və akademik kommunikasiya-2 | x | ||||||||||||
UFS-B04,I | Fəlsəfə | x | x | ||||||||||
Sosiologiya | x | x | |||||||||||
Azərbaycan Respublikasinin Konstitusiyasi və hüququn əsasları | x | x | |||||||||||
Məntiq | x | x | |||||||||||
Etika | x | x | |||||||||||
UFS-B04,II | İnformasiyanın idarə edilməsi | x | |||||||||||
Mədəniyyətşünaslıq | x | ||||||||||||
Politologiya | x | x | |||||||||||
Multikulturalizmə giriş | x | x | |||||||||||
İPF-B001 | Dilçiliyə giriş | x | |||||||||||
İPF-B002 | Ədəbiyyatşünaslığa giriş | x | |||||||||||
İPF-B003 | Şifahi xalq ədəbiyyatı | x | x | ||||||||||
İPF-B004 | Dil tarixi | x | |||||||||||
İPF-B005 | Məntiq və tənqidi təfəkkür | x | x | ||||||||||
İPF-B006 | Öyrənilən əsas dil-1 | x | |||||||||||
Öyrənilən əsas dil-2 | x | ||||||||||||
Öyrənilən əsas dil-3 | x | ||||||||||||
Öyrənilən əsas dil-4 | x | ||||||||||||
Öyrənilən əsas dil-5 | x | ||||||||||||
İPF-B007 | Ölkə ədəbiyyatı tarixi -1 | x | x | ||||||||||
Ölkə ədəb.tarixi -2 | x | x | |||||||||||
Ölkə ədəb. tarixi -3 | x | x | |||||||||||
Ölkə ədəb.tarixi -4 | x | x | |||||||||||
İPF-B008 | Dünya ədəbiyyatı-1 | x | x | ||||||||||
Dünya ədəbiyyatı-2 | x | x | |||||||||||
Dünya ədəbiyyatı-3 | x | x | |||||||||||
İPF-B009 | Qədim dil | x | |||||||||||
İPF-B010 | Ölkəşünaslıq | x | |||||||||||
İPF-B011 | Psixologiya | x | x | ||||||||||
İPF-B012 | Ümumi dilçilik | x | |||||||||||
İPF-B013 | Ədəb. nəzəriyyəsi | x | |||||||||||
İPF-B014 | Üslub. və ritorika | x | |||||||||||
İPF-B015 | Müas.inf.kom.tex. və inform.təh. | x | |||||||||||
İPF-B016 | Mülki müdafiə | x | |||||||||||
BLOK-I ATMEF-BO1 | Azərb.term.təş.və ink. | x | |||||||||||
BLOK-II ATMEF-BO2 | Azərb.dilinin tarixi qrammatikası | x | |||||||||||
BLOK-III ATMEF-BO3 | Azərb. ədəbi məktəbləri | x | x | ||||||||||
BLOK-IV ATMEF-B-04 | Uşaq ədəbiyyatı | x | |||||||||||
BLOK-V ATMEF-B05 | Linqvistik tipologiya | x | |||||||||||
BLOK-VI ATMEF-B06 | Azərb.dialektologiyası | x | |||||||||||
BLOK-VII ATMEF-B07 | Ən yeni Azərb.ədəb. | x | |||||||||||
BLOK-VIII ATMEF-B08 | Ədəbi tənqid tarixi | x | |||||||||||
BLOK-IX ATMEF-B09 | Nitq mədəniyyəti | x | |||||||||||
BLOK-X ATMEF-B10 | Mətnin linqv.şərhi | x |
MÜNDƏRİCAT
Giriş………………………………………………………………………………..3
Təhsil proqramının təlim nəticələri……………………………………..4
Azərbaycan tarixi……………………………………………………………..6
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya……..7
Xarici dildə işgüzar və akademik kommunikasiya(ingilis dili)-1…….8
Xarici dildə işgüzar və akademik kommunikasiya(ingilis dili)-2…….8
Xarici dildə işgüzar və akademik kommunikasiya(fransız dili)-1……9 Xarici dildə işgüzar və akademik kommunikasiya(fransız dili)-2….10
S/f.Fəlsəfə……………………………………………………………………..11
S/f. Sosiologiya………………………………………………………………11
S/f. Azərb. Respublikası Konstitusiyası və hüququn əsasları..12
S/f. Məntiq…………………………………………………………………….13
S/f. Etika……………………………………………………………………….14
S/f..İnformasiya Texnologiyalari İnformasiyanin İdarə edilməsi………..14
S/f. Mədəniyyətşünaslıq………………………………………………… 15
S/f. Politologiya…………………………………………………………….16
Dilçiliyə giriş……………………………………………………………………17
Ədəbiyyatşünaslığa giriş………………………………………………………18
Şifahi xalq ədəbiyyatı…………………………………………………….19
Dil tarixi……………………………………………………………………….19
Məntiq və tənqidi təfəkkür………………………………………………20
Öyrənilən əsas dil-1………………………………………………………..21
Öyrənilən əsas dil-2………………………………………………………..22
Öyrənilən əsas dil-3………………………………………………………..23
Öyrənilən əsas dil-4………………………………………………………..23
Öyrənilən əsas dil-5………………………………………………………..24
Ölkə ədəbiyyatı tarixi -1………………………………………………….25
Ölkə ədəbiyyatı tarixi -2………………………………………………….26
Ölkə ədəbiyyatı tarixi -3………………………………………………….27
Ölkə ədəbiyyatı tarixi -4………………………………………………….27
Dünya ədəbiyyatı-1…………………………………………………………29
Dünya ədəbiyyatı-2…………………………………………………………30
Dünya ədəbiyyatı-3…………………………………………………………30
Qədim dil………………………………………………………………………31
Ölkəşünaslıq…………………………………………………31
Psixologiya……………………………………………………………………32
Ümumi dilçilik……………………………………………………………….34
Ədəb. nəzəriyyəsi……………………………………………………………35
Üslub. və ritorika……………………………………………………………36
Müas.inf.kom.tex. və inform.təh……………………………………….37
Mülki müdafiə………………………………………………………………..38
S/f. Azərb.term.təş.və ink..tarixi……………………………………….38
S/f Azərb.dilinin tarixi qrammatikası…………………………39
S/f Azərb. ədəbi məktəbləri…………………………..………40
S/f Uşaq ədəbiyyatı…………………………………….….…41
S/f Linqvistik tipologiya………………………………………………….42
S/f Azərb.dialektologiyası………………………………………………..42
S/f Ən yeni Azərb.ədəb…………………………………………………..43 S/f Ədəbi tənqid tarixi…………………………………………………….44
S/f Nitq mədəniyyəti……………………………………………………….44
S/f Mətnin linqv.şərhi……………………………………………………..45
Tədris olunan fənlərin və Təhsil Proqramının təlim
nəticələrinin matrisi……………………………………………………………………………47