GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN REKTORU YUSİF YUSİBOV “HEYDƏR ƏLİYEVİN 100 İLLİYİ (1923-2023)” YUBİLEY MEDALI İLƏ TƏLTİF OLUNUB

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Ümummilli Lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunub.

       Aprelin 30-da Elm və Təhsil Nazirliyində “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının təqdim edilməsi mərasimi keçirilib.

      Tədbirdə Elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə qonaqları salamlayıb və yubiley medalına layiq görülən elm və təhsil işçilərini təbrik edib.  Azərbaycan elmi və təhsilinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.

        Nazir Emin Əmrullayev çıxışında Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyətində elmin və təhsilin inkişafının hər zaman prioritet sahə kimi mühüm yer tutduğunu qeyd edib, Ümummilli Liderin Azərbaycan təhsilinin tərəqqisindəki müstəsna xidmətlərindən birinin ölkəmizdən kənarda ali təhsilli kadrların hazırlanması olduğunu diqqətə çatdırıb. Nazir əlavə edib ki, Ümummilli Lider 15 mindən artıq gəncin Azərbaycandan kənarda təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına şərait yaradıb.

       Daha sonra “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülmüş bir neçə universitetin rektoruna,   o cümlədən Gəncə Dövlət Univertsitetinin rektoru Yusif Yusibova  Elm və təhsil naziri Emin Əmrullayev  tərəfindən medallar təqdim edilib.

Bu münasibətlə, Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələri adından rektorumuz-prof. Yusif Yusibovu təbrik edir, uğurlarının daimi və davamlı olmasını arzulayırıq.