Baş müəllim Naibə Məmmədzadənin açıq dərsi
Azərbaycan dili kafedrasının baş müəllimi Naibə Məmmədzadə Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının III kursunda “Linqvistik tipologiya” fənnindən “Fonetik söz yaradıcılığı” mövzusunda açıq dərs keçdi.Dərsin başlanğıcında müəllim mövzu haqqında məlumat verdi, fonetik söz yaradıcılığının yollarını, xüsusiyyətlərini izah etdi. Dərs prosesində nümayiş etdirilən slaydlar dərsin daha səmərəli keçməsinə şərait yaratdı.