Müəllif Arxivləri: Filoloq Admin

Filologiya fakültəsinin əməkdaşları Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransda

25 may 2019-cu il tarixində Qazax şəhərində Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinə həsr olunmuş “AZƏRBAYCAN TƏHSİLİ VƏ ELMİNİN MÜASİR PROBLEMLƏRİ” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Dillər Unversiteti, AMEA-nın Folklor İnstitutu və Bakı Dövlət Universitetinin Qazax filialının himayəsi altında keçirilən Konfransda  Gəncə Dövlət Universiteti nüfuzlu heyətlə təmsil olunmuşdur. Gəncə Dövlət […]

Davamı

Tələbələrimiz Debatda rəqiblərini geridə qoyaraq qalib olub.

Gəncə Gənclər Debat forumu  “Yaz 2019” çərçivəsində gənclər arasında “Beynəlxalq tədbirlərin keçirilməsi ölkənin inkişafına müsbət təsir göstərir” mövzusunda keçirilən debat oyunlarında fakültəmizin tələbələri bu oyunlarda bir neçə komandayla iştirak etmişlər. Fakültəmizdən “Karamazov qardaşları”, “Abigor” və “Kaliqula” komandaları bu yarışlarda iştirak etmişdir. Komandalar rəqibləri ilə güclü mübarizə aparmış, lakin sonda mübarizəni dayandırmışlar. Bununla belə, “Karamazov qardaşları […]

Davamı

Tələbələrə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim olundu

17 may 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş  fakültəmizin bir qrup tələbəsinə partiya vəsiqələri təqdim olundu. Tədbiri giriş sözü ilə fakültə dekanı dos. Zakir Ələsgərov açmış, tələbələri YAP sıralarına qəbul olunmaları münasibəti ilə təbrik etmişdir. Sonra Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının məsul işçisi Cabir Məmmədov tələbələri təbrik etmiş, Yeni Azərbaycan Partiyasının […]

Davamı

İsmayl Şıxlının 100 illik yubileyi qeyd edilib

17 may 2019-cu il tarixdə Filologiya fakültəsi və Nuru Paşa adına kitabxananın birgə təşkilatçılığı ilə İsmayl Şıxlının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.  Tədbirdə Azərbaycan və dünya ədəbiyyyatı kafedrasının dosenti Səba Namazova “İsmayl Şıxlının həyat və yaradıcılığı”, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının  III kurs tələbələri Leyla Məmmədova “Dəli Kür romanının təhlili”,Zərifə Verdiyeva “Ayrılan […]

Davamı

Tələbələrimiz fləşmobda

Nəsimi ilində Gəncədə belə bir gözəlliyin yaradılmasında Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin tələbələrinin də öz payı var. Təşəkkürlər, dekanımız dosent Zakir Ələsgərov, tyutorlarımız -Samirə Quliyeva, Xalidə Əsgərova, təşkilatçı tələbələrimiz-Leyla, Punar, Kənan, Cavidan.

Davamı

Tələbələrimiz fakültəmizi layiqincə təmsil edib

15 may 2019-cu il tarixdə Ramada Plazada keçirilən “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirimi masa keçirilmişdir. Azərbaycan dili kafedrasının müəllimi Samrə Quliyeva və böyük labornt Şölə Vəlizadənin rəhbərliyi ilə fakültəmizin bir qrup tələbəsi bu tədbirdə iştirak etmişdir. Tələbələrimiz mövzu ətrafında keçirilən diskussiyada fəal iıtirak edərək  necə bir intellektə sahib olduqlarını nümayiş etdirmişlər. Tələbələrimizin ifasında […]

Davamı