Aytən Əhmədovanın Azərbaycan dilindən praktikum fənnindən “ Sintaksis. Söz birləşmələri və cümlə. Çalışmalar üzərində iş” mövzusunda açıq dərsi keçirilmişdir.
Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında fil.ü.f.d., baş müəllim Aytən Arzulla qızı Əhmədova Azərbaycan dilindən praktikum fənnindən “ Sintaksis. Söz birləşmələri və cümlə. Çalışmalar üzərində iş” mövzusunda açıq dərs keçmişdir. Qeyd edək ki, dərs yeni təlim metodu və müasir təlim texnologiyası əsasında qurulmuşdu. Dərsin ilkin mərhələsində motivasiya qurularaq tədqiqatın sualı müəyyənləşdirildi. Qruplar üzrə […]
DAHİ ŞƏXSİYYƏT HƏMİD ARASLININ 110 İLLİK YUBİLEYİ
Gəncə Dövlət Universitetində (GDU) ədəbiyyatşünas, akademik, professor, Əməkdar elm xadimi Həmid Araslının 110 illik yubileyinə həsr olunmuş “Klassik və şifahi xalq ədəbiyyatımızın misilsiz tədqiqatçısı” adlı tədbir keçirilib. Tədbiri Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva açaraq, böyük ədibin həyat və fəaliyyətindən danışıb. Bildirilib ki, qədim Gəncə torpağı Azərbaycan elminə və mədəniyyətinə, ədəbiyyat və incəsənətinə bir çox […]
FAKÜLTƏNİN TƏLƏBƏLƏRİ VƏ MÜƏLLİM KOLLEKTİVİ “V1 CHALLANGE” DƏ
Fakültəmizin tələbələri və professor müəllim heyyəti Gəncə şəhərində ilk dəfə keçirilən “V1 CHALLANGE” yarışında iştirak ediblər.
Fakültəmizin əməkdaşı beynəlxalq simpoziumda
Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu 19 Mayıs Universiteti ilə birlikdə və Samsun Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə 2019-cu il 11-14 iyun tarixlərində Türkiyənin Samsun şəhərində “100-cü ilində 19 May və Milli Mücadilə” adlı Beynəlxalq Simpozium keçirmişdir. Azərbaycan Respublikasının 31 nəfərdən ibarət nümayəndə heyəti 4 gün ərzində plenar və bölmə iclaslarında fəal iştirak etmiş, Atatürkün […]
28 may
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və […]
Filologiya fakültəsinin əməkdaşları Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransda
25 may 2019-cu il tarixində Qazax şəhərində Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinə həsr olunmuş “AZƏRBAYCAN TƏHSİLİ VƏ ELMİNİN MÜASİR PROBLEMLƏRİ” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Dillər Unversiteti, AMEA-nın Folklor İnstitutu və Bakı Dövlət Universitetinin Qazax filialının himayəsi altında keçirilən Konfransda Gəncə Dövlət Universiteti nüfuzlu heyətlə təmsil olunmuşdur. Gəncə Dövlət […]
Tələbələrimiz Debatda rəqiblərini geridə qoyaraq qalib olub.
Gəncə Gənclər Debat forumu “Yaz 2019” çərçivəsində gənclər arasında “Beynəlxalq tədbirlərin keçirilməsi ölkənin inkişafına müsbət təsir göstərir” mövzusunda keçirilən debat oyunlarında fakültəmizin tələbələri bu oyunlarda bir neçə komandayla iştirak etmişlər. Fakültəmizdən “Karamazov qardaşları”, “Abigor” və “Kaliqula” komandaları bu yarışlarda iştirak etmişdir. Komandalar rəqibləri ilə güclü mübarizə aparmış, lakin sonda mübarizəni dayandırmışlar. Bununla belə, “Karamazov qardaşları […]
Tələbələrə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim olundu
17 may 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş fakültəmizin bir qrup tələbəsinə partiya vəsiqələri təqdim olundu. Tədbiri giriş sözü ilə fakültə dekanı dos. Zakir Ələsgərov açmış, tələbələri YAP sıralarına qəbul olunmaları münasibəti ilə təbrik etmişdir. Sonra Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının məsul işçisi Cabir Məmmədov tələbələri təbrik etmiş, Yeni Azərbaycan Partiyasının […]