Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında fil.ü.f.d., baş müəllim Aytən Arzulla qızı Əhmədova Azərbaycan dilindən praktikum fənnindən “ Sintaksis. Söz birləşmələri və cümlə. Çalışmalar üzərində iş” mövzusunda açıq dərs keçmişdir. Qeyd edək ki, dərs yeni təlim metodu və müasir təlim texnologiyası əsasında qurulmuşdu. Dərsin ilkin mərhələsində motivasiya qurularaq tədqiqatın sualı müəyyənləşdirildi. Qruplar üzrə iş aparıldı, qrup liderlərinin təqdimatı dinlənildi. Növbəti mərhələdə müəllimin və tələbələrin fəal müzakirəsi ilə nəticə çıxarıldı. Dərs prosesində slaydlar, videoçarxlar nümayiş olundu, təqdim olunmuş materiallar üzərində fəal müzakirə aparıldı və dərsin bütün mərhələləri yüksək səviyyədə yerinə yetirildi. A. Əhmədova dərs prosesində yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyduğu məqsədə nail oldu. Ümumiyyətlə, dərs müasir təlimin qarşısında duran bütün tələblərə cavab verirdi.