Fakültəmizin əməkdaşı beynəlxalq simpoziumda

Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu  19 Mayıs Universiteti ilə birlikdə və Samsun Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə 2019-cu il 11-14 iyun tarixlərində Türkiyənin Samsun şəhərində  “100-cü ilində 19 May və Milli Mücadilə” adlı Beynəlxalq Simpozium keçirmişdir. Azərbaycan Respublikasının 31 nəfərdən ibarət nümayəndə heyəti 4 gün ərzində plenar və bölmə iclaslarında fəal iştirak etmiş, Atatürkün Samsundan başlayan Milli Mücadilə hərəkatının tarixi məkanlarını ziyarət etmişdir. Gəncə Dövlət Universitetini təmsil edən Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Afaq Yusifli və baş müəllim Yeganə Hüseynova Simpoziumun işində fəal iştirak etmiş, onların  çıxışı  və müzakirələrdə fəallığı  Simpozium protokollarında qeyd edilmiş, əməkdaşlarımız sertifikatla təltif olunmuşlar.