Tələbələrimiz Debatda rəqiblərini geridə qoyaraq qalib olub.

Gəncə Gənclər Debat forumu  “Yaz 2019” çərçivəsində gənclər arasında “Beynəlxalq tədbirlərin keçirilməsi ölkənin inkişafına müsbət təsir göstərir” mövzusunda keçirilən debat oyunlarında fakültəmizin tələbələri bu oyunlarda bir neçə komandayla iştirak etmişlər. Fakültəmizdən “Karamazov qardaşları”, “Abigor” və “Kaliqula” komandaları bu yarışlarda iştirak etmişdir. Komandalar rəqibləri ilə güclü mübarizə aparmış, lakin sonda mübarizəni dayandırmışlar. Bununla belə, “Karamazov qardaşları ” komandasının 2-ci spikeri Ceyran Məmişova regionun IV natiqi, digərləri – Zeynəb Qurbanlı, Aynurə Həsənova, Qənirə Abbaszadə, Nərgiz Həsənova, Lamiyə Cəfərova,Rufanə Əmiraslanova və s. isə iştirakçı sertifkatları ilə təltif olunmuşlar. Təltif olunmada Gəncə şəhər Gənclər və idman baş idarəsinin rəisi Müşfiq Cəfərov, Gəncə regional debat mərkəzinin sədri Elşən Tağıyev, Gəncə Gənclər evinin rəhbəri Amil Qurbanov və digərləri iştirak etmişlər.
Debatda iştirak edən gənclər fakültə rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılanmış, oyunlardan sonra tələbələrlə fakültə dekanı Zakir Ələsgərov, dekan müavini Mehriban Məmmədova, kafedra müdirləri Maqbet Əhmədov, Telman Quliyev və Fakültənin təlim tərbiyə işləri üzrə dekan müavini və tədris metodika şurasının sədri Nadir Kubişev tələbələrlə görüşüblər. Onlar tələbələrə uğur, gələcək oyunlarda müvəffəqiyyət arzulamışlar.