Azərbaycan dili kafedrasının müəllimi Səbinə Səlmanovanın Müasir Azərbaycan dili-3(Leksika) fənnindən açıq dərsi

Azərbaycan dili kafedrasının  müəllimi Səbinə Səlmanova 11.04.2023-cü il tarixdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası II kurs tələbələrinə Müasir Azərbaycan dili-3(Leksika) fənnindən açıq dərs keçdi. Açıq dərsin mövzusu “Lüğətçilik.Lüğətlərin növləri ” idi.

Açıq dərsdə Azərbaycan dili kafedrasının müdiri prof.Telman Quliyev, Filologiya fakültəsinin dekanı dos.Zakir Ələsgərov, f.f.d. Mehriban Məmmədova, f.f.d. Mətanət Mahmudova, müəllim Günay Hüseynova, Aynur Orucova, Ayşən Nəbiyeva, Samirə Quliyeva, Nurlu Qasımova və Azərbaycan dili kafedrasının digər əməkdaşları iştirak edirdilər.

Səbinə Səlmanova seminar məşğələsində lüğətçilik elminin  ümumi məsələləri, Azərbaycanda lüğətçiliyin inkişafı, lüğətlərin növləri və s. haqqında geniş sual- çavab apardı. Müəllim mövzuya aid nümunələri müasir təlim texnologiyalarının köməyi ilə nümayiş etdirdi  ki, bu da dərsin  səmərəli keçməsinə, mövzunun  daha yaxşı mənimsənilməsinə şərait yaratdı.