Filologiya ixtisasının tələbələri Nizami məqbərəsi, Qala muzeyi, Heydər Əliyev mərkəzi və Şəhidlər xiyabanında

Filologiya ixtisası IV kurs tələbələri Nizami məqbərəsi, Qala muzeyi, Heydər Əliyev mərkəzində  olmuşlar. Təcrübə rəhbəri  Azərbaycan və dünya ədəbiyyatı  kafedrasının dosenti Qivami Qazıyev tələbələrə həmin yerlər haqqında məlumat vermiş, filoloqların suallarını cavablandırmışdır. Sonra tələbələr Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərimizin ruhu qarşısında baş əymiş, onların məzarına gül dəstələri qoymuşlar.