Monitorinq qrupu Filologiya fakültəsində

10.04.2023-cü il tarixdə  dos. A.Quliyevin rəhbərlik etdiyi monitorinq qrupu Filologiya fakültəsinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı)  və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında I və III kurslarda   keçilən mühazirə və seminar məşğələlərində  iştirak etdi. Dərslərdən sonra fakültə dekanı dos.Zakir Ələsgərovun iştirakı ilə dinlənilmiş dərslərin müzakirəsi oldu. Müzakirədə monitorinq üzvləri və  mühazirə və seminarları dinlənilən  bütün müəllimlər iştirak edirdi. Monitorinq üzvlərindən hər biri çıxış edərək iştirak etdiyi dərslər haqqında  fikir bildirdilər. Onlar  dərslərin yüksək səviyyədə keçildiyini, müəllimlərin hazırlıqlı olduğunu və sənədlərin qaydasında olduğunu qeyd etdilər.Sonda dos.Zakir Ələsgərov  aparılan monitorinqin tədrisin keyfiyyətinə müsbət təsirini  qeyd etdi və monitorinq qrupunun üzvlərinə  təşəkkür etdi.