Baş müəllim Vidadi Sarıyevin açıq dərsi

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 3¹ qrupunda baş müəllim Vidadi Sarıyevin Mülki Müdafiə və İlkin tibbi yardım fənnindən “Nüvə silahı , onun xarakteriskası və zədələyici amilləri” mövzusunda dərsi oldu.
Açıq dərsdə GÇH və Mülki müdafiə kafedrasının müdiri dos.Niyazi Nəbiyev, Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov və kafedranın digər əməkdaşları iştirak etdilər.
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 3¹ qrupunun tələbələri Rzayev Seyhun ,Hüseynova Nəzrin, Əlizadə Əfsanə və digər tələbələr nüvə silahı, onun dağıdıcı xüsusiyyətləri, qorunma tədbirləri və s. haqqında məlumat verdilər. Müəllim mövzu haqqında ətraflı sual-cavab apardı. Tələbələrin fəallığı yüksək səviyyədə idi.