Fakültədə monitorinq

29.03.2019-cu il tarixdə Filologiya fakültəsində Pedaqogika və təhsilin əsasları kafedrasının müdiri dos. Allahverdi Quliyevin rəhbərliyi ilə monitorinq keçirilmişdir. Monitorinq komissiyasının üzvləri əvvəl dekanlıqda olmuş, fakültə dekanı dos. Zakir Ələsgərovun fakültə və ixtisas kursları haqqında, cədvəl üzrə qrupların sayı barədə məlumatını dinləmişlər. Komissiyanın sədri dos. Allahverdi Quliyev komissiya üzvlərinə tapşırıq verdikdən sonra komissiya üzvləri ayrı-ayrı qruplarda dərslərdə iştirak etmişlər. Dərs dinləmələrinin yekunu dekanlığın  və komissiya üzvlərinin birgə iştirakı ilə müzakirə olunmuş, monitorinqin nəticəsi qənaətbəxş hesab edilmişdir.