Fakültəmiz Universitetin təşkil etdiyi Novruz şənliyində iştirak edib

18 mart 2019- cu il tarixdə fakültəmizin əməkdaşları və tələbələri Universitetimizin Novruz Bayranına həsr etdiyi “Novruz şənliyi”ndə iştirak ediblər. Tədbirdə bir çox fakultənin, həmçinin bizim fakultənin  əməkdaşı Əhmədov Maqbet Mütülü oğlu və fakültəmizin tələbəsi Məhərrəmova Zümrüd Malik qızı  GDU-nun rektoru, professor Yusif Yusibov tərəfindən fəxri fərmanlarla təltif ediliblər. Eyni zamanda İctimai və təşkilati işlərdə hər zaman yaxından iştirak etdiklərinə görə Azərbaycan dili kafedrasdının müəllimi Orucova Aynur Allahverdi qızı və fakültəmizin tələbəsi Qurbanova Türkan Ağa qızına rektorluq tərəfindən təşəkkür elan edilmişdir.