Yeganə Hüseynovanın açıq dərsi

29 mart 2019-cu il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının b/m-i. Yeganə Hüseynovanın Azərbaycan dili və ədəbiyyat  müəllimliyi ixtisasının III kursunda Azərbaycan ədəbiyyatı tarixi-3 fənnindən “Abbasqulu ağa Bakıxanovun həyat və yaradıcılığı” müvzusunda açıq dərsi keçirilmişdir. Aşıq dərsdə Humanitar məsələlər üzrə dekan müavini Nadir Kubışev, Tədris işləri üzrə dekan müavini Mehriban Məmmədova , rektorantlığın nümayəndəsi və kafedranın əməkdaşları iştirak ediblər.

Dərsdə fəal (interaktiv) təlimin bir çox metod və üsullarından istifadə olunmuşdur. Müəllim mövzunu daha aydın və əhatəli izah etmək üçün İKT və TTV-dən istifadə etmiş, mühazirənin mövzusuna aid slaydlar ekranda öz əksini tapmışdır. müəllimin tədris etdiyi mövzu ilə bağlı hazırladğı materiallar və slaydlar öz yığcamlığı və dolğunluğu ilə diqqəti cəlb etmişdir.