Nazəndə Hacıyevanın açıq dərsi

 22 oktyabr 2018-ci il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosent əvəzi Hacıyeva Nazəndə Sabir qızının Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasının II4 qrupunda Azərbaycan romanının inkişaf tarixi fənnindən “Tarixi roman qəhrəmanları” mövzusunda açıq dərsi olmuşdur.

Açıq dərsdə Filologiya fakültəsinin Humanitar məsələlər üzrə dekan müavini Nadir Kubışev, monitorinq komissiyasının üzvü dos.Zakir Əhmədov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dos. Maqbet Əhmədov və kafedranın əməkdaşları iştirak etmişlər.