Fakültədə Hüseyn Cavidin yubileyi ilə bağlı tədbir keçirilmişdir

24 oktyabr 2018-ci il tarixdə Filologiya fakültəsində Azərbaycanın böyük şair və dramaturqu  Hüseyn Cavidin anadan olmasının 136  illik yubileyi münasibətilə  Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkil etdiyi ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru dos.Gülsüm Fətəliyeva, fakültənin dekanı prof.Mübariz Yusifov, tədris-metodiki şurasının sədri b.m. Nadir Kubışev, professor-müəllim heyəti  və tələbələr  iştirak etmişlər. Azərbaycan və dünya ədəbiyyatı kafedrasının  dosent əvəzi Səba Namazovanın “Hüseyn Cavidin poetik dünyası”  mövzusunda məruzəsi, tələbələrin ifasında Cavid poeziyasından nümunələr dinlənilmiş və böyük sənətkara həsr edilmiş slayd nümayiş etdirilmişdir.

Tədbirdə  baş müəllimlərdən Aygün Əhmədova, Cahan Ağamirov,  Nadir Kubışev, prof.Mübariz Yusifov, dos. Gülsüm Fətəliyeva Hüseyn Cavidlə bağlı ürək sözlərini  demişlər.