Fakültədə Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib

Bu günlərdə Filologiya fakultesində dekanlığın və ictimai təşkilatların birgə hazırladıqları Dövlət müstəqilliyi gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə fakültənin humanitar məsələlər üzrə dekan müavini Nadir Kubışev açmışdır. Azərbaycan və dünya ədəbviyyatı kafedrasının dosenti Qivami Qazıyev “Dövlət müstəqilliyimiz daim qorunacaq”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Vüqar Abbasov “Heydər Əliyev müstəqilliyimizin qarantıdır”, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 1-ci kurs tələbələrindən Aytən Məmmədova “Müstəqilliyimiz əbədidir” və Aytəkin Məmmədova “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda çıxış etmişlər. Tədbir 3-cü kurs tələbəsi Gülər Həşimzadənin ifasında “Qalx ayağa, Azərbaycan” şeiri ilə yekunlaşmışdır. Tədbirin sonunda fakültə dekanı prof. Mübariz Yusifov çıxış edərək bir daha dövlət nüstəqilliyimizin əbədi və daimi  olduğunu qeyd etmiş və tədbir içtirakçılarına minnətdarlığını bildirmişdir.