Sevinc Qənbərovanın açıq dərsi

17 oktyabr 2018-ci il tarixdə Azərbaycan dili kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qənbərovanın Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının 2³ qrupunda “Linqivistik təhlilin metodikası”  fənnindən “Leksik təhlilin metodikası” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə kafedra müdiri prof. Telman Quliyev, prof.Mübariz Yusifov, dos.Solmaz Cəfərova, dos.Tahirə Quliyeva, baş müəllim, f.f.d. Mehriban Məmmədova, baş müəllimlər Fatma Saralova, Firduz Məmmədova, Mətanət Mahmudova,  müəllim Ayşən İsmayılova, fakültə tədris-metodik şuranın sədri b/m. Nadir Kubışev, rektorluğun nümayəndəsi dos.Zakir Əhmədov və Azərbaycan dili kafedrasının digər əməkdaları iştirak etmişlər.

Dərsdə fəal (interaktiv) təlimin bir çox metod və üsullarından istifadə olunmuşdur. Yeri gəldikcə mövzunun daha aydın və əhatəli izahı üçün İKT və TTV müraciət edilmişdir. Mühazirə zamanı “Linqivistik təhlilin növləri” və “Leksik təhlilin metodikası” mövzusunda hazırlanmış əyani vəsaitlərdən də istifadə edilmişdir. Müəllimin tədris etdiyi mövzu ilə bağlı hazırladığı slaydlar da öz yığcamlığı və dolğunluğu ilə diqqəti cəlb etmişdir. Slaydlarda mühazirənin mövzusu, məqsədi, istifadə olunan resurslar, ədəbiyyat və plan göstərilmişdir. Dərsdə sözlərin leksik təhlili zamanı onların mənşəyinin, ümumişlək olub-olmaması, forma və məzmunca hansı söz qruplarına mənsubluğu, polisemantik və ya monosemantik olması məsələləri ətraflı şərh edildi. Sözün leksik mənasının aydınlaşdırılması üsulları və bunun üçün müraciət olunmalı mənbələrdən bəhs edildi.

Sonra açıq dərsin müzakirəsi keçirilmiş və dərs yüksək balla qiymətləndirildi.