Zəfərin mübarək, can Azərbaycan!
Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi. 2020-ci il 8 noyabrda dəmir yumruğumuz düşmənin belini qırdı, başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Hər bir Azərbaycan vətəndaşı kimi fakültəmizin bütün müəllim-tələbə heyəti bu əziz günü böyük coşqu ilə qeyd etdi.