06.11.2024 -cü il tarixdə kafedranın baş müəllimi Hüseynova Günay Şəmistan qızının 25 saylı orta məktəbdə “Müasir dövrdə mədəni nitqə verilən tələblər” mövzusunda “Ustad dərsi” oldu. Müəllim şagirdlərə mədəni nitqin xüsusiyyətləri, ədəbi dilin normaları, danışıq etikası və s. barəsində geniş məlumat verdi. Dərsdə istifadə olunan slayd və əyani vasitələr dərsin səmərəliliyini daha da artırdı.