GƏNC ALİM VƏ MÜƏLLİMİN NÜMUNƏVİ AÇIQ DƏRSİ

8 dekabr 2016-cı il tarixdə Azərbaycan və dünya ədəbiyyatı  kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səba Azad qızı Namazovanın Azərbaycan ədəbiyyatı tarixi-4 fənnindən “Nəsrdə yeni ədəbi qüvvələrin yaradıcılıq axtarışlarının genişlənməsi: Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Hüseyn Abbaszadə, Əzizə Cəfərzadə, Xalidə Hasilova” mövzusunda açıq dərsi keçirildi. Olduqca uğurlu keçən açıq dərsdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Xəlil Yusifli, baş müəllimlər Yeganə Hüseynova, Kafiyə Musayeva, Aygün Əhmədova, Könül Məmmədova, Aytən Muşkiyeva, kafedrada tədris fəaliyyətinə başlamış gənc müəllimlərdən Gülnar Hüseynova, baş laborantlar Xatirə Məhərrəmova, Günay İsmayılova, Filologiya fakültəsi üzrə tədris metodiki Şuranın sədri, baş müəllim Nadir Kubışev, fakültədə açıq dərsləri dinləmək üçün təhkim olunmuş, dosent Üzeyir Əfəndiyev iştirak etmiş, dərsin gedişi, istifadə edilən müasir təlim metodlarının düzgün və  qaydalara uyğun şəkildə seçilməsi və tətbiqi, həmçinin dərsdə istifadə olunan əyani vasitələrin zənginliyi barədə ürəkdolusu danışdılar. Fənn müəllimi fil.ü.f.d. Səba Namazovanın mövzuya orijinal şəkildə yanaşmasının, gözəl nitq bacarığına malik olmasının, fikirlərinin rəvanlığı və ardıcıllığının, mövzunun zəngin materiallara söykənilməklə tədrisinin xüsusi bir rəğbət doğurduğunu dərs haqqında rəylərini və qənaətlərini bölüşən hər bir natiq dilə gətirdi. Hətta, tələbələr də dərsin gedişatına dair düşüncələrini bildirərkən onlarda doğurduğu xoş təəssüratları açıq şəkildə ifadə etdilər.